Məhkəmə islahatları uğurla davam etdirilir
Martın
17-də Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin
rəhbər şəxslərinin,
Bakı şəhərinin
bütün məhkəmə
sədrlərinin, hakim assosiasiyaları
rəhbərlərinin, habelə
QHT və KİV nümayəndələrinin
iştirakı ilə
geniş iclası keçirilib.
İclas müxtəlif texnoloji yeniliklər sınaq rejimində tətbiq edilən Bakı şəhəri Yasamal
rayon məhkəməsində baş tutub. Tədbirdə həmçinin videokonfrans
vasitəsilə Gəncə
şəhəri Nizami
rayon məhkəməsi, Gədəbəy
və Oğuz rayon məhkəmələri, Şirvan,
Xaçmaz və Şəki regional ədliyyə
şöbələri ilə
canlı bağlantı
qurulub.
Məhkəmə-Hüquq Şurasının
sədri, ədliyyə
naziri Fikrət Məmmədov Yasamal
Rayon Məhkəməsində sınaq rejimində istifadə olunan elektron xidmətlərdən
söz açıb. Elektron sistemlərin tətbiqini məhkəmələrə inamın
artmasına xidmət edəcəyini söyləyən
nazir bir sıra regionlarda müasir İKT ilə təchiz olunmuş məhkəmə və ədliyyə binalarının
tikildiyini vurğulayıb.
Bildirilib ki, mülki dövriyyənin sürətlə
artması məhkəmələrə
müraciətlərin sayının
ilbəil çoxalmasına
səbəb olu, təkcə 2013-cü ildə
mülki işlər üzrə məhkəmələrə
müraciətlərlərin sayı 13%, iqtisadi mübahisələr üzrə
isə 30 %-dək çoxalıb. Ümumilikdə, yeni məhkəmə
sisteminin fəaliyyətə
başladığı 2000-ci illə müqayisədə
mülki xarakterli mübahisələrin sayı
8 dəfə artıb.
Aparılmış köklü
islahatlar nəticəsində
məhkəmə hakimiyyətinin
müstəqil özünüidarə
orqanları – Məhkəmə-Hüquq
Şurası və Hakimlərin Seçki Komitəsi yaradılıb,
hakimlərin müddətsiz
təyinatı, fəaliyyətlərinin
qiymətləndirilməsi, intizam məsuliyyətinə
cəlb edilməsinin demokratik əsasları təsbit olunub. Korrupsiya hallarının qarşısının alınması
məqsədilə hakimlərin
vətəndaşlarla qeyri
prosessual ünsiyyəti
qadağan edilib, şəffaflığının təmin edilməsi üçün yuxarı məhkəmələrin
bütün qərarlarının,
habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv
edilmiş və ya dəyişdirilmiş qərarlarının dərci
təsbit olunub. Məhkəmə-Hüquq Şurası tərəfindən
hakimlər üçün
xüsusi etik tələbləri müəyyən
edən Etik Davranış Kodeksi qəbul edilib.
Əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə təkcə
son illər ölkəmizdə
20-dək yeni regional məhkəmələr,
o cümlədən apellyasiya,
ağır cinayətlər,
inzibati-iqtisadi məhkəmələr
fəaliyyətə başlayıb,
hakim ştatlarının sayı
2 dəfə, məhkəmə
işçilərinin sayı
isə 75% artırılıb,
beynəlxalq təcrübəyə
uyğun olaraq hər bir hakimə
köməkçi ştatı
ayrılıb.
Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud
pozuntulara və digər neqativ hallara yol verən
70 hakim məhkəmə sistemindən
kənarlaşdırılıb, hakimlər barədə
161 intizam icraatı başlanılıb.
Avropa Şurası
Ədalət mühakiməsinin
səmərəliliyi üzrə
Komissiyası (CEPEJ) və
Avropa İttifaqı Azərbaycan təcrübəsinin
öyrənilməsini tövsiyə
ediblər.
Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış,
2000-ci illə müqayisədə
onların əmək
haqqı 33 dəfə
artırılıb.
2013-cü
ildə səlahiyyət
müddətləri başa
çatmış 101 gənc
hakimin 30-u apellyasiya, 2
nəfəri isə
Ali Məhkəməyə irəli
çəkilib, 6 nəfər
məhkəmə sədri,
64 nəfər digər
hakim vəzifələrinə təyin olunublar. Fəaliyyətləri öyrənilərkən ciddi qanun pozuntuları
və korrupsiyaya şərait yaradan hallara yol verdikləri
aşkar edilmiş 4 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə
səlahiyyətinə xitam
verilib, 3 məhkəmə
sədri aşağı
işə keçirilib.
Yuxarı instansiya məhkəmələrində
mövcud olan vakansiyaların komplektləşdirilməsi
diqqətdə saxlanılaraq
8 nəfər təcrübəli
hakim Ali Məhkəməyə, 17 nəfər apellyasiya məhkəmələrinə irəli
çəkilib.
Ötən il hakimliyə namizədlərin
seçimi uğurla yekunlaşmış, 72 nəfər
hakimliyə namizəd
müxtəlif hakim vəzifələrinə
təyin olunmuşlar.
Müqayisə üçün qeyd
olunmalıdır ki,
2007-ci ildə Bakı
şəhərinin rayon məhkəmələrində
faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə,
indi bu rəqəm
101 təşkil edir, apellyasiya məhkəmələri
hakimlərinin sayı
44-dən 120-yə, Ali Məhkəmə hakimlərinin sayı isə 27-dən 41-ə çatdırılıb.
Ötən il məhkəmələrə daxil
olan mülki xarakterli işlərin sayı xeyli çoxalaraq 180 minə çatıb. Mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70
%-i ilə tərəflər razılaşmış,
başqa sözlə həmin işlərdən
apellyasiya şikayəti
və ya protesti verilməyib. Ümumiyyətlə isə
birinci instansiya məhkəmələrinin mülki
işlər üzrə
yekun qərarlarının
96,4%-i, hökmlərin
isə 90,2%-i dəyişdirilməyərək sabit qalıb.
Nazir Azərbaycanla
bağlı Avropa Məhkəməsinə edilən
şikayətlərin də
statistikasını açıqlayıb. Qeyd edib ki, Avropada
əhali üzrə
100 min əhaliyə 0,8
ərizə düşür.
Azərbaycanda isə bu göstərici 2.3 dəfə
aşağıdır.
Fikrət Məmmədov məhkəmə
sistemində olan çatışmazlıqlardan, nöqsanlardan da söz açıb. Təkcə
2013-cü ildə 13 hakim barədə
intizam icraatı başlanılıb, o cümlədən
2 nəfərin hakimlik
səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub. Nazir bəzi hakimlərin
vətəndaşlarla kobud,
etinasız davranışına,
məhkəmə prosesi
zamanı telefonla danışığına diqqət
çəkib. Tərəflərin
məhkəmədə iştirak
hüququnun həmişə
təmin edilməməsi,
proseslərə təyin
olunmuş vaxtdan gec baxılması kimi faktlar da
sadalanıb.. Bu sahədə aparılan
islahatların belə
halların qarşısının
alınmasına xidmət
edəcəyini bildirən
Fikrət Məmmədov
məhkəmə işçilərinin
vətəndaşlarla qeyri-professional
münasibəti ilə
bağlı olan halların də aradan qaldırılması
üçün tövsiyələrini
söyləyib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev də məhkəmələr tərəfindən
yol verilən xarakterik nöqsanlara toxunaraq onların aradan qaldırılması,
məhkəmə hakimiyyətinin
nüfuzunun yüksəldilməsi,
bu sahədə əlavə mexanizmlərin
müəyyən olunması
və vahid məhkəmə təcrübəsinin
formalaşması üzrə
işləri vurğulayıb.
Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin
sədri İman Nağıyev məhkəmə
sisteminin inkişafından
və nöqsanlarından
danışıb. O, qeyd edib ki, konkret
məhkəmə təcrübəsinin
olmaması bəzən
çətinliyə səbəb
olur.
Tədbirdə həmçinin, “Elektron məhkəmə” informasiya
sisteminin yaradılması
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamından irəli
gələn vəzifələr
müzakirə edilib, sərəncamın bu sahədə strateji prioritetləri müəyyən
etməklə inqilabi təkamülün əsasını
qoyduğu bildirilmişdir.
2013-cü – İKT ili çərçivəsində məhkəmələrdə müasir texnoloji yeniliklərin, o cümlədən elektron sənəd dövriyəsi və idarəetmə, “SMS bildiriş” proqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi faydalı olan məhkəmə sisteminin vahid internet portalının yaradılması qeyd olunub. Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji idarəetmə proqramları nümayiş edilib, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanıb.
Çıxış edən Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd etmiş, ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının, habelə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncamının qarşıda mühüm vəzifələr qoyduğunu bildirib, sınaq rejimində tətbiq edilən texnoloji yeniliklərin “elektron məhkəmə” informasiya sisteminin yaradılmasında təcrübi əhəmiyyətini bildirib.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri və tədbirə video-konfrans üsulu ilə qoşulan hakimlər məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqinin mühüm rolunu vurğulayıb, fəaliyyətin səmərəliliyinin artırılması üzrə konkret təkliflər irəli sürüb.
Eyni zamanda Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali və apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.
Pərviz SADIQOV
525-ci qəzet.-
2014.- 20 mart.- S.10.