Con F.Kennedi: Mərdliyin profilləri
İngiliscədən Telman Orucov tərcümə
edib
Cənubi Karolina “quldarlıq institutuna və Cənubun
hüquqlarına qarşı hücumlara” etiraz etmək
üçün Cənubluların qurultayına nümayəndələr
yollamaq barədə Texasa dəvət göndərdi. Hyuston
Qanunvericilik ilə əlaqəni ədəb məsələsinə
çevirdi, lakin ustalıqla yazılmış sənəddə
xəbərdar etdi ki, “Birlik əbədi olmaq niyyətini
güdür”. Ağıllı siyasi manevrlərlə o,
Cənubi Karolinanın dəvətinin qəbul edilməsinin
qarşısını aldı, bu da Corciyadan olan Senator tərəfindən onun “qalxıb öz ölkəsini
çalbaş iblisdən qoruyan Texas Brutu” (Brut b.e.ə.
44-cü ildə Romada respublikanı Sezarın
diktatorluğundan qorumaq üçün onun qətli ilə nəticələnən
sui-qəsddə iştirak etmişdi – tərcüməçi)
adlandırmasına səbəb olmuşdu. 1860-cı
ildə qızışdırılan prezident seçkisi
kampaniyası ərzində bölünmə xeyrinə olan
hisslərin böyüməsi xeyli artdı. Qubernator Hyuston əgər seçilsəydi,
yalnız öz səbirsiz seçicilərindən gözləməyi
və mister Linkolnun münasibətinin necə olacağına
baxmağı yalvarardı. Lakin fakt belə idi ki, Respublikaçıların
qurultayında xahiş etdiyi səslərdən az
hissəsini aldı, Linkolnun hərəkəti onun düşmənlərini
daha ciddi motivlərlə silahlanmağa gətirib
çıxardı. Avqust ayında Hendersonun
şəhəri sirrli qaydada yananda, Qubernator linç məhkəmələrinin
(Ku-kluks-klançıların həyata keçirdiyi iyrənc
linçləmə əməliyyatı – tərcüməçi),
linç edənlərin təşkilatı olan “sayıq komitələrin”
və hirs hissləri dalğasının
qarşısını almaq üçün heç nə edə
bilmirdi. Ondan sonra Zənci üsyanları və
yanğınlar şayiələri gəldi. Ueykoda Hyustonun ayrılmanı pisləyən
çıxışına mehmanxananın arxasındakı
barıt çəlləyinin partladılması ilə cavab
verildi, bu mehmanxanada isə o, heç bir xətər toxunmadan
yatmışdı. Özünün şəxsi və
siyasi təhlükəsinə məhəl qoymadan o, sentyabrda xəstə
yatağından qalxıb özünün son müraciətini
etdi:
“Mən
sektsionizmi sektsionalizm tərəfindən deyil, millətçilik
tərəfindən məğlub edilməsini xahiş edirəm...
Mənim heç bir yeni hissim yoxdur. Mən onları 1856-cı ildə amerikan Senatında
tələffüz etmişəm. İndi də
onları ifadə edirəm. Mən o vaxt
satqın kimi məhkum edilmişdim. Mən
indi də məhkum edilmişəm. Yenə də belə
olacaqdır! Heç vaxt ehtiyaca, zəhmətə,
təhlükəyə dözməyən adamlar məni öz
ölkəmə görə xain adlandırırlar,
çünki mən Konstitusiyaya və seçilmiş hakimiyyətlərə
tabe olmağa hazıram. Mənim bu Birlik
üçün etdiklərimə görə qoy onlar əzab
çəksinlər və onlar hiss edəcəklər ki, bu,
həyat saplarının ürəyimiz ətrafında belə
yaxın sarınmaqla birləşməsinə bənzəyəcəkdir,
onlardan imtina etməkmi... Məni xain adlandıran adam kimdir? Onlar milli bayraq
altında addımlayır və onu müdafiə etməyə
hazırdırlarmı? Bu mənim bayrağımdır!... Və belə uzun vaxt ərzində
dalğalar iftixarla mənim üzərimə gəlir, hətta
o tufanlı səhnənin arasında dalğalansa da, o adamlar
deyil, mən yaddan çıxara bilərəmmi ki, məni
satqın adlandırmışdılar”.
Abraham Linkoln Prezident seçildi və tezliklə
bütün Texasda Zolaqlı Ulduzlu bayraq (ABŞ-ın dövlət
bayrağı – tərcüməçi) şadlıq və
döyüş gözləmə atmosferində
qaldırıldı – Hyustonun Texasa “Birlikdə və Birlik naminə”
öz hüquqları uğrunda vuruşmaq barədə
yalvarışı kar qulaqlara çatdı. “Köləlik
hissi” mətbuatı başına götürmüşdü;
və Qubernator Hyuston Ayrılma Qurultayı
çağrılanda kənara çəkildi.
Sem Hyuston
hökumətin idarə edilməsini saxlamaq üçün
ümidsiz şəkildə mübarizə aparanda, Ştat
Qanunvericiliyinin xüsusi sessiyasını
çağırdı, Şimalın və Cənubun hər
ikisinin ekstremistlərini pislədi və təkid etdi ki, o, “hələ
ümidini itirməmişdir ki, bizim hüquqlarımız
Birlikdə müdafiə edilə bilər”. Əgər
bu olmasa, o, Cənub düşərgəsinə birləşməkdənsə,
onun üçün müstəqillik daha məqsədə
uyğundur.
Lakin
Ayrılma Qurultayının liderləri Qanunvericilik tərəfindən
tanındı, Birliyin Texasdakı komandanının fərariliyindən
kömək aldı, bu, dayanmamalı idi və onların
ayrılmaya ümidsiz hücumu Qubernatorun yalnız sürpriz
şəklində görünməsi ilə ani narahatlıq
yaratdı, onlar Qubernatora nifrət edir, lakin ondan qorxurdular.
Ayrılma Ordinansının (dekretinin – tərcüməçi)
qəbul ediləcəyi gün Sem Hyuston
platformada sakit oturub, zalda qalan və onun yanında Birliyin az
sayda dostlarının təzələnən mərdliyini
müşahidə edirdi. Tarixçi Uartin deyirdi: “Kimlər ki,
onun San Xasinto təpəsindəki gözəl borcu haqqında
danışırdı, mən deyərdim ki, Ostindəki (Texas
ştatının inzibati mərkəzi – tərcüməçi)
Ayrılma Qurultayında ilişib qaldığı bir
vaxtdakı onun igidliyi min dəfə artıq idi və təkcə
onlara tabe olmurdu və onlardan qorxmurdu”. Hyustonun qəribə
iştirakından cuşə gələn Ceyms Y.Trokmorton
ayrılmanın əleyhinə olan yeddi səsdən birini verdi, o, bərkdən və acı şəkildə
fısıldadı, yerindən qalxıb yadda qalan şəkildə
dedi: “Qaraguruh fısıldayanda, vətənpərvərlərin
titrəməsi yaxşıdır”.
Dekret qəbul olunandan bir ay sonrakı dövrdə bəyənilmək
üçün xalqın səsverməsinə göndərildi. Vuruşan
eks-Senator bir adamın kampaniyasında kötükdən
yapışdı ki, Texası Birlikdə saxlasın. Eybəcər kütlələr, daşlar və məhkum
olunma onu ştatın bütün ərazisində satqın
kimi qarşılayırdı. Ueykoda onun həyatı
təhlükədə idi. Beltonda bir
silahlı başkəsən quldur qəflətən qalxıb
ona tərəf yaxınlaşmağa başladı. Lakin
cəsur qoca Sem Hyuston onun gözünə
düz baxaraq hər əlini tapançalarının
üstünə qoydu: “Xanımlar və cənablar; öz
yerinizi tutun. Bu xırda quşun öz
yuvasında şirə qıy vurmasından başqa bir şey
deyildir”. O, ştatda heç bir xətər toxunmadan,
xarakter dəbdə ilişib qalmışdı, öz
düşmənlərini özünün güclü
sarkazmı ilə yerə sərirdi. Ayrılanların lideri
barədə öz vicdanlı rəyini ifadə etmək
xahiş ediləndə, Hyuston belə cavab verdi:
“O, itin, sədaqətdən başqa bütün xasiyyətlərinə
malikdir”. Bu vaxt yetmiş yaşlı, lakin təəssürat
yaradan şəkildə boylu-buxunlu fiqurası, nüfuz edən
gözləri və sıx ağ saçları ilə qoca
Sem Qalvestonda istehza edən və eybəcər camaat
qarşısında öz səfərini
yekunlaşdırdı: “Sizin bəziləriniz ayrılmanın
nəticəsi kimi qan axıdılması ideyasını ələ
salmaq üçün gülürsünüz” – deyə o,
qışqırdı; “Lakin qoy mən sizə deyim ki, nə
olacaqdır. Siz xəzinənin
saysız-hesabsız milyonlarını və yüz minlərlə
qiymətli həyatı qurban verəndən sonra,
çılpaq imkan kimi, əgər Allah sizin əleyhinizə
olmasa, Cənubun müstəqilliyi üçün qalib gələcəksiniz.
Lakin mən buna şübhə edirəm. Şimal Birliyi saxlamağa qərarlıdır”.
Onun peyğəmbərliyi nəzərə
alınmadı. 23 fevralda Texas səs çoxluğu ilə
ayrılmanın lehinə səs verdi və
martın 4-də, Hyustonun ad günü yubileyində və
Texasın müstəqilliyi günündə Ostində yenidən
xüsusi qurultay yığışdı və Texasın
Birlikdən ayrıldığını elan etdi. Qubernator Hyuston həmin vaxtadək ümidsiz qaydada təşəbbüsü
ələ keçirməyə cəhd edəndə, müəyyən
etdi ki, öz planlarını Qanunvericiliyə bir məsələ
kimi verə biləcəkdir. Onun təkidinə, qanuni
hakimiyyətinin sona çatması adı altında hirslənməklə,
qurultay 2 səsə qarşı 109 səslə zəfər
çalan Texası Cənub Konfederasiyasının bir hissəsi
olmasını elan etdi və belə qərar verdi ki,
bütün ştat qulluqçuları on dörd martda sədaqət
barədə eyni and içməlidirlər. Qubernatorun
katibi sadəcə bildirdi ki, Qubernator Hyuston “qurultayın
mövcudluğundan hali deyildir və onun hərəkətini, əl-qolunu
bağlamaq cəhdi kimi qiymətləndirməyəcəkdir”.
Martın 14-də öz gözləri ilə şahid
olan yazırdı ki, qurultay zalı “qəzəb
işığı verməklə, adamların titrəyən
ehtirası ilə və qisascıl döyüşü əvvəlcədən
görməklə alışıb yanırdı. Hava
qışqırıq səslərinin çoxluğundan titrəyirdi
– bunlar hirs, zəfər, nifrətamiz səslər idi.
Nadir and sözləri və ya nifrət epiteti ilə dolu idi –
lakin Sem Hyustonun səsi eşidilmədi”.
Təyin olunmuş saatda qurultay məmuruna göstəriş
verildi ki, ştat qulluqçularının
siyahısını oxusun. Geniş auditoriyada
sakitlik yarandı və hər bir göz qayğılı
şəkildə qoca qəhrəmanı görmək istəyirdi.
“Sem Hyuston!” Heç bir cavab verilmədi.
“Sem Hyuston! Sem Hyuston!” Qarışıq danışıq və nifrətamiz
səslər yenidən eşidildi. Amerika Ştatları
Konfederatının Texas Qubernatorunun vəzifəsi boş elan
edildi; və Qubernatorun köməkçisi “əhəmiyyətsiz
bir məxluq, nifrətə layiq, zirək və sırtıq”
bir adam olan Eduard Klark and içmək
üçün addımladı. (Yaxın şəxsi və
siyasi dostu Hyustonun bileti ilə seçilən Klark sonralar
icraedici ofisə girib ştatın arxivlərini tələb etdi,
yalnız ona görə ki, öz keçmiş himayəçisinin
sükanını tədricən öz kürsüsündə
ələ keçirsin, onunla üz-üzə gələndə
isə çox nifrətamiz bir sual versin: “Və sizin
adınız nədir, ser?”)
Kapitolinin
digər hissəsində San Xasinto qəhrəmanı öz
ömründə siyasi taleyini, şöhrətini və
öz xalqının ona həsr olunmuş Qubernator kimi,
parçalanmış bir ürəklə öz
axırıncı mesajını yazdı:
“Yoldaş vətəndaşlar! Sizin hüquqlarınız və
azadlığınız naminə, bilirəm ki, onları
tapdalayacaqlar, mən bu andı içməkdən imtina edirəm...
(Lakin) Mən Texası o qədər çox
sevirəm, ancaq indi vətəndaş mübarizəsi və
qan tökülməsi onun üstünə gəlir. Mən
bu ştatın Baş icraçısı kimi öz
funksiyamı dinc yerinə yetirmək istisna olmaqla, hakimiyyəti
saxlamağa heç bir cəhd göstərmirəm, artıq
bunu edə bilmirəmsə, mən sakitcə səhnədən
geri çəkiləcəyəm... Mən... vurulmuşam,
çünki mən uğrunda vuruşduğum prinsiplər
naminə güzəştə getməyəcəyəm... Ən kəskin ağrı isə Texas
ştatının adının üstünə gələn
zərbədir”.
Üçüncü
hissə: Zaman və yer
Şimalla Cənub arasında çox baha başa gələn hərbi mübarizə siyasi cəbhədə sülhü və birliyi bərpa edə bilmədi. Appomattoks (Konfederatın 1965-ci ilin aprelində tam təslim olduğunu elan etdiyi şəhər – tərcüməçi) qardaşın qardaşa güllə atmasına son qoydu; lakin bu siyasi müdaxilələrə, iqtisadi soyğunçuluğa, bölmələr arasındakı nifrətə və bölünmüş torpağın işgəncəsinə hələ də son qoymadı. Meyson-Dikson xəttinin hər iki tərəfində acı düşmənçilik, Deniel Uebsteri, Tomas Hart Bentonu sıradan çıxarmaqla, müharibədən sonrakı ildə də on illik ərzində azalmayan qaydada davam edirdi. Şimalda millətin yaralarını sarımağa və Cənuba rəhmli və düzgün qaydada münasibət göstərməyə çalışanlar – Prezident Endryü Conson və impiçmentdə onu müdafiə etməyə qalxan Senatorlar, özlərinin guya vətənpərvərliyə malik olmamaları ucbatından “qanlı köynəyi” başlarının üstündə yelləndirənlər tərəfindən biabırçılıq dirəyinə məhkum edilirdilər. Cənubda öz regionlarının fanatik sekstsionalizminin unudulduğunu millətə nümayiş etdirmək istəyənlər – Missisipidən olan Lutsius Kvintus Tsintsinnatus Lamar kimi adamlar – öz seçiciləri tərəfindən qalib düşmənin yanına qaçanlar kimi hücuma məruz qalırdılar. Konfederat generalı Bob Tumbsdan soruşulanda ki, niyə Konqressə özünün bağışlanması barədə xahişlə müraciət etmədi, Tumbs tam əzəmətlə cavab vermişdi: “Nəyə görə bağışlanmaq? Mən hələ Şimalı bağışlamamışam”.
Lakin tədricən emansipasiya (azad olma – tərcüməçi) və yenidən qurulma üstündə başlanan köhnə konfliktlər solurdu və yeni açılan Qərbin və alçaldılan Cənubun tədqiq edilməsi Senat qarşısına yeni məsələlər və yeni sifətlər gətirirdi. O artıq bizim böyük Konstitusiya hüquqşünasları forumu deyildi, Amerikan ictimai həyatında Konstitusiya məsələləri artıq aparıcı mövqe tutmurdu. Asan qazanılan pul, qəflətən taleyin gətirməsi, artan qüdrətli siyasi maşınlar və hay-küylü korrupsiya millətin əksəriyyətini dəyişdirmişdi; və Senat dəbli görünən demokratik qanunverici orqan kimi nizamlı qaydada milləti təmsil edirdi. Korporasiya vəkilləri və siyasi bosslar, konstitusional natiq olmayanlar bu haray çəkən eranın sözçüləri idilər; baxmayaraq ki, millətin çox böyük sayda istedadlı adamları dünyada yüksək maliyyə və sənaye üçün daha hazırlıqlı, yararlı olmaqla, səfeh və nəzərə çarpmayan kimi görünən hökumət işçilərinə nisbətən şöhrət və tale tapmışdılar. (Əgər Deniel Uebster bu erada yaşasaydı, bir naşir belə şərh vermişdi ki, o, “nə borc içində, nə də Senatda olardı”). On bir yeni ştat Qərb inkişaf etdikcə tezliklə Birliyə əlavə olundu; və iyirmi iki yeni Senator və nəhəng yeni zal köhnədən fərqli olan atmosferdən kiçilmişdi. Sektsionalizm, qarşılıqlı xidmət göstərənlər və çox sayda fanatikliyə yaxın hərəkatlar – onlardan “sərbəst gümüş” hərəkatı Lamarla sözləşmişdi, bu, yalnız başlanğıc idi – Senatın müzakirələrini daxili iqtisadi məsələlər bəlasına salmışdı. “Biz yerli kartof sahələrinin və kələm torpaqlarının sadəcə kolleksiyasına çevrilirik” – deyə bir Senator gileylənirdi, onlar yerli himayəçilik, çayların, limanların və tarifin himayə etdiyi sənayelərin üstündə dalaşmaqdan yorulmuşdular.
(Ardı var)
525-ci qəzet.-
2014.- 29 mart.- S.28.