Nar ilham
qaynağına çevriləndə...
GƏNC YARADICILARIN MÜSABİQƏ-SƏRGİSİ HAQQINDA QEYDLƏR
Bu günlərdə Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının Muzey
Kompleksində açılan
“Azərbaycan narı”
müsabiqə-sərgisi təşkil
olunub.
Məlumat üçün bildirək
ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti və Azərbaycan Rəssamlar İttifaqının iştirakı
ilə gənc yaradıcılar arasında
keçirilən “Azərbaycan
narı” adlı müsabiqə-sərgi “AZNAR” şirkətinin
(prezidenti Fərhad Əhmədovdur) təşəbbüsü
və maliyyə dəstəyi ilə baş tutub.
Elə ölkəmizdə rəsmi
səfərdə olan
Monako knyazı II Albertin də açılışına qatıldığı
tədbirdə çıxış
edən “Aznar”ın prezidenti Fərhad Əhmədov bundan sonra da rəhbərlik
etdiyi qurumun milli təsviri və tətbiqi sənətimizin inkişafına,
xüsusilə də gənclərin yaradıcılıq
potensialının gerçəkləşməsinə
xidmət edən layihələrə
dəstək verəcəyini
bildirib və hörmətli qonağa motivini Azərbaycan narı təşkil edən xalçanı (müəllifi Məmmədhüseyn
Hüseynov) hədiyyə
edib.
Eksponatları mütəxəssis və
sənətsevərlərin böyük marağına
səbəb olan “Azərbaycan narı” müsabiqəsində demək
olar ki, ölkənin ən tanınmış gənc
heykəltəraşları və tətbiqi sənət ustaları öz yaradıcılıq
nümunələri ilə
iştirak ediblər. Odur ki, ekspozisiya
təkcə rəssam
və tişə ustalarının
çoxlarına adi
görünən nara
yaradıcı
münasibətini əks
etdirən əsərlərdən
təşkil olunsa da, onların hər birində gənclərin
çox fərqli bədii yanaşması hiss olunduğundan
bütünlükdə sərgi
yeknəsəklikdən uzaq
olmaqla, məna-məzmun yükünə
görə çox rəngarəng təsir bağışlayıb...
Əgər ölkəmizdə toxuculuğun
çox qədim tarixə malik olduğunu nəzərə
alsaq, onda ekspozisiyada xalça və qobelen nümunələrinin çoxluq
təşkil etdiyini təbii saymaq olar. Qədim el sənəti ənənələrinin müasir
mərhələdə gənc
yaradıcılar tərəfindən
davam etdirilməsinin çox yaxşı hal olduğunu vurğulamaqla, onların xalçaçılığın əski bədii ənənələrini yeni
çalarlarla zənginləşdirdiklərini
qeyd etmək lazımdır. Bahar Bəşirovanın
“Bahariyyə”, Vəfa
Qurbanovanın “Nağıl”,
“Lalə Mehdiyevanın
“Bəndi-rumi”, Səidə
Mirzəyevanın “Yeni
Pazırıq”, İbrahim
Yusifovun “Ağaclı”
və Aysel Şərifovanın
“Nar ağacı”, eləcə də Leyla Vazehinin,
Telman Şıxıyevin,
Səbinə Baxşəliyevanın,
Nadir Səfərovun və
b. toxuculuq nümunələrində
ənənəvi xalça
kompozisiyalarına yeni
nəfəs verilməsinə
şahidlik etmək mümkündür. Gənc
xalçaçı-rəssam Bahar Bəşirovanın narın ilin bütün fəsillərində
görüntüyə gətirilməsinə
siluet dəyişgənliyi
və zərif rəng müxtəlifliyi ilə obrazlı görkəm verməsi kifayət qədər cəlbedici və duyğulandırıcıdır.
Lalə
Mehdiyevanın “Bəndi-rumi”sində
naxışların narlarla
anım yaradan kolorit-forma oxşarlığı,
Səidə Mirzəyevanın
“Yeni Pazırıq”ındakı
türk xalçaçılığının
tarixinin qədimliyini özündə yaşadan
rəng tutumuna müasir nəzirə, Vəfa Qurbanovanın “Nağılı”ındakı meyvəni
kompozisiyanın məzmun
daşıyıcılığının
mərkəzinə çevirmə
istəyi narın uğurlu bədii təfsir vasitəsi kimi istifadənin orijinal görüntüləridir
desək, yanılmarıq...
Rövşən Quliyevin və Xədicə Muxtarovanın ərsəyə
gətirdikləri kilimlərdə
də narın danılmaz olan naxış tutumu və nikbin ovqat alması
da müəlliflərin
mövzuya yaradıcı
yanaşmalarının göstəricisidir.
Müsabiqəyə təqdim olunmuş bir çox tətbiqi sənət nümunələrinin
texnoloji cəhətdən
milli kilimlərimizlə
oxşarlığı danılmaz
olan qobelen sənətinin Azərbaycan
gerçəkliyində yeni
və özünəməxsus
bədii tutum aldığını sərgiləyir.
Ulduz Zeynalovanın “Narların ahəngi”, Məhsəti Eldarovanın
“Mistik kürələr”,
Zemfira Novruzovanın “Biri nar...”, Şaiqə
Muradovanın “Mənzərə”,
Xəyalə Məmmədovanın
“Təəssürat”, Səidə
Qəriblinin “Parçalanmış
nar”, Aytən Əsgərovanın “Sonata” və Emiliya Qocayevanın “İmprovizələr”
qobelenlərində narın
daşıdığı bütün
mənalara yaddaqalan bədii güzgü tutulduğuna şahidlik etmək mümkündür.
Milli qələmkarlıq sənətinin
müasir bədii-texniki
yanaşma ilə zənginləşdirilməsinin mümkünlüyünü sərgidəki
batika nümunələri
də təsdiqləyir.
Rasimə Səmədovanın
“Lalələr”, Mina Muradovanın
“Şərq nağılı”,
Mehdi Nağıyevin “Sirli muğam”, Ulduz Zeynalovanın “Narların ahəngi” və Fəqanə Əliyevanın
“Natürmort” əsərlərində
narın məna-rəmz
tutumuna, onun gerçəkliklə əlaqəsinə
tapılan bədii yozum özünəməxsus
estetik tutuma malikdir.
Gənc
keramikaçıların gərgin
yaradıcılıq axtarışlarının
nəticəsi olan nümunələrdə də
nara və onun daşıdığı
dəyərlərə tamaşaçıda
maraq oyada biləcək bədii münasibət görmək mümkündür. Nadir Eminovun “Nar
ləkəsi”, Qəmər
Müslümovanın “Nar fənəri”,
Şəhla Kərimovanın
“Ağ dünya” və Cavid Bayramlının
“Nar qala” kompozisiyalarında
nar kimi təbii nemətin özünəməxsus rəngindən
və formasından qaynaqlanan ilhamverici məqamların müəlliflər
tərəfindən incəliklə
duyulduğuna şahidlik
etmək mümkündür.
Tətbiqi sənət sahəsinin
yaradıcılıq üçün
geniş imkanlar açdığını İmaməddin
Həsənovun “Gilə
nar” (zərgərlik),
Tacəddin Həsənovun
“Nar çiçəyi” (zərgərlik),
Səbinə Zəkiyevanın
“Narlar” (şüşə)
və Fərman Qasımovun “Taxçalı nar”(şüşə)
adlı əsərləri
də təsdiqləyir.
Tətbiqi sənətdən fərqli
olaraq heykəltəraşlıqda
nara obrazlı plastik görkəm vermək nə qədər çətin
olsa da, müsabiqə iştirakçıları
müsabiqəyə təqdim
etdikləri əsərlərlə
qarşılarına qoyduqları
yaradıcılıq vəzifəsinin
öhdəsindən gələ
biliblər. Bunu sərginin ekspozisiyasında
göstərilən bir
çox əsərlər
də təsdiqləyir.
Teymur Qəribovun “Konstruktiv nar”, Tural Rzaquliyevin “Zirvə”, Hüseyn Hayasın “Eşq”, Hamed Lütfüllahın
“Nar”, Namiq Hüseynovun
“Müqəddəslik”, Ramazan
Məmmədovun “Tac-nar”,
Turalə Məmmədovanın
“Fəzada”, Nurlan Məmmədovun “Ritm”, Roza Əliyevanın “Şam-nar” və Gülağa Mirzəliyevin “Trio” əsərlərində
mövzuya ənənəvi
və müasir yanaşmanın mövcudluğu
onların həm duyğulandırıcı, həm
də düşündürücü
mənəvi qaynaq kimi qəbulunu şərtləndirir...
Sərginin təşkilində duyulası
əməyi olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
prorektoru, Xalq rəssamı Səlhab Məmmədov bizimlə söhbətində bildirdi
ki, ən yaxşı əsərlərin
Berlin və London şəhərlərində
nümayişi nəzərdə
tutulub və düşünürük ki,
bu, milli təsviri və tətbiqi sənətimizin təbliğində
mühüm rol oynayacaq. O, əlavə etdi ki, həm
müsabiqə, həm
də onun aparıcı Avropa şəhərlərində nümayişi
bir daha “Aznar” şirkətinin Azərbaycan incəsənətinin
inkişafına və
təbliğinə xüsusi diqqətinin təzahürüdür.
Ziyadxan ƏLİYEV
əməkdar incəsənət
xadimi
525-ci qəzet.-
2014.- 29 mart.- S.25.