Ayrılıqlar içində Sevmək!- Yüz Gözəl Sevgi Şeiri

 

PƏRVİNin təqdimatında

 

 

Sevgi barmaq izləri kimidi, hər adamda özünəməxsusdu... Yer üzündə nə qədər insan varsa, o qədər eşq var. Məncə, Allah bu istedadı heç kəsdən əsirgəməyib. Sadəcə, birində sevmək qabiliyyəti haçansa, hardasa üzə çıxır, zamanla itilənir, mükəmməlləşir, başqasında ömrü boyu açılmır, dərində qalır. Kiminsə uşaqlıqda aldığı bir zədə sevib-sevilmək səadətindən həmişəlik məhrum edir onu. Bəzən səhv tərbiyə, yaxud cəsarətsizlik ömrün sonuna kimi bu işığa yaxınlaşmağa imkan vermir. Amma adi adamları sevgidən çəkindirən, uzaqlaşdıran əsas və ən böyük səbəb ayrılıq qorxusudu. Həyat belə göstərib, sənət bu cür öyrədib bizə sevgini. Sonunda mütləq ayrılıq, ölüm var. Və sevə-sevə ayrılmağın əzabı... Dözülməz ağrı, çəkilməz  dərd. İnsan məhz bu ağrıdan, dərddən qorxduğu üçün bəyəndiyinə əlini uzatmır, üzünü yan tutur, uzaq qaçır o hissdən.

 

İstedadlı adamın isə sevgisi də, kiçik mübahisələrə, yaxud əbədi ayrılıqlara baxışı da fərqli, qeyri-adidi. Əslində, sevdiyinə aid fikirlərin, onun qəlbindəki, düşüncəndəki, həyatındakı yeri möhkəmləndikdən sonra ayrılıq mümkünsüzdü. Çünki sən artıq reallıqda yaşayan, xarakteri hər gün dəyişən, yenilənən, müxtəlif hadisələrdə fərqli davranan adamı yox, öz yaratdığın, ideallaşdırdığın, zirvəyə ucaltdığın adamı sevirsən. Və real, yanında olan, hər gün gördüyün, səsini duyduğun adamda xəyalındakının cizgilərini gördükcə sevinir, ona daha da bağlanırsan. Amma əksini də görsən, heç nə dəyişilmir. İçindəki o adam  mehribandı, hər halını anlayandı... hər sözünə inanır, ovcundan yerə qoymur səni... Həyatdakı qaba da ola bilir, eqoist də... Nə olsun? Yenə heç nə dəyişmir.

 

Qorxma ayrılıqdan! Burax getsin, sənə qalan qəlbindəki olacaq. Onu ki heç nə dəyişə bilməz?! 

 

Hə, bir məqama kimidi ayrılıq xofu. Çılğınlığı azaldıb beyninlə sevənə kimi... Toxunmaqdan doyub düşüncələrinə sarılana kimi... Amma bu hal sevginin çox üst qatıdı, Allaha yaxınlaşdığın məqamdı. Türk şairi Ümid Yaşar Oğuzcanın  sevgi lirikasında məhz bu çalar düşündürür adamı. Şairdən ötrü  insandan asılı olmayan, onun idarə edə bilmədiyi heç nə yoxdu. “İki adama bir dünya” və “Qaranlıq...” şeirlər silsilələrində sevginin, ayrılığın, münasibətlərin ən dərin, qeyri-adi məqamları təsvir olunur. Ümid Yaşarın ağrını, əzabı təmkinlə, sakit təsvir etməsi, hətta ayrılıqdan da sevgiylə, işıqla söz açması adamı sadəcə riqqətləndirir.    

 

Sen bu ayrılıklar için mi yaratıldın söyle,

Bu zehir zemberek kederler için mi?

Bak bütün orkestralar sustu,

Bütün ışıkları söndü dünyanın,

Korkma!

Haydi uzat ellerini,

Geçmiş yılları yeniden yaşayalım bir-bir...

Bak dinle,

Bir seslenen var uzaklardan!

Bak dinle,

Kader kapıyı çalıyor!

Gelme diyorsun,

Gelme diyorsun,

Bu gel demektir.

Şair keçmişdə qalmış, bitmiş, ümidsiz bir sevgidən danışır. Amma  bütün işıqları söndü dünyanın, qorxma, uzad əllərini...” kəlmələrində xəfif, güclə seziləcək bir işıq, inam da var. Eyni zamanda Kişilik! Çünki yalnız əsl kişi “gəlmə” deyən Qadına qaranlıqda əl uzadar...

...Qadını bu qədər İlahiləşdirmək də güclü kişiyə aid cəhətdi əslində:

 

Verdiğin her kederin yüreğimde yeri var,

Hangi kitabı açtıysam seni okudum yıllardır.

Hangi aynaya baktıysam seni gördüm,

Gel desen gelemem,

Git desen gidemem,

Öl desen kanım akmaz.

Anladım artık seni sevmek yüce bir şey,

Anladım seni sevmek Tanrı’ya yaklaşmak gibi.

 

Şeirin bu məqamında Şairin real eşqdən, içindəki, yaratdığı sevgiyə,  xəyallarına keçidi apaydın duyulur. Artıq indən sonra sevgi bir Qadından ibarət deyil ondan ötrü. Ürəyindəki kədər də, oxuduğu kitab da, baxdığı güzgü də o eşqin tərkibidi, zərrələridi. Və əslində, bu yanaşma ayrılığa üsyandı, reallıqla barışmazlıqdı! Tanrıya yaxınlaşmaqdı həm də... Saflaşıb, durulub özünə aid olmaqdı, bütün asılılıqlara qalib gəlməkdi, hisslərini əlində muma çevirməkdi... 

 

Şimdi yoksun,

Seni dilediğim gibi düşünebilirim artık.

Tutar ellerini öpebilirim uzun-uzun

kimseler ayıplayamaz beni.

Yokluğunda seni nasıl sevdiğimi anlayamazlar.

İşte gözlerin, işte dudakların

senin olan ne varsa karşımda duruyor.

Ayaklarını dilediğim yere götürebiliyorum artık,

sevdiğim şarkıları söyletiyorum dudaklarına

Ve hoyrat ellerimle

seni her gün biraz daha güzelleştiriyorum.

 

Aşiq uzaqlığın, yoxluğun gətirdiyi iztirabdan qurtulmağın yolunu bilir:  xatirələrə sarılmaq, xəyallarla yaşamaq. İlk misradan sonra sitəm, şikayət gözlədiyin halda, tamam əksini görürsən. Real həyatda itirdiyi Qadını düşüncəsində tapıb Şair! Daha burda heç bir qadağa, yasaq qalmayıb. “Görərlər”, “eşidərlər”, “camaat nə deyər” narahatlıqları yoxdu. O dodaqlar həmişəkindən gözəl, əllər hər zamankından mehribandı! İndi sevilən, bir Qadının varlığı, necəliyi deyil, həm də yoxluğudu: 

 

Kimse yokluğunda bunca sevilmedi,

Kimse yokluğunda ilahlaşmadı bu kadar,

Saçların böyle daha güzel

Sen daha güzelsin...

Gelecek mutlu günlerin ışığında

Her şey daha güzel.

Ne var ki ayrılığın adı kötüye çıkmış

Yoksa bin yıl daha yaşamak isterdim

Ve seni bin yıl daha,

Ayrılıklar içinde sevmek

isterdim.

 

Bu misraları oxuduqca, dərinə getdikcə suallarla dolub daşırsan. Nə baş verib axı? Səbəb nədi ayrılığa? İnsan belə sevdiyi, bu qədər ilahiləşdirdiyi adamdan niyə ayrılmalıydı? Niyə bütün bu xəyal etdiklərini doya-doya yaşaya bilmir? Nə üçün uzaqlığa, ayrılığa bu cür “aciz” üsyan edir. Niyə uçurmur, dağıtmır divarları. Nədən axı ayrılıqlar içində sevmək istəyir, mutluluqlar içində yox?! Və yenə də, yenə də səbəbi Qadında görürsən... Sanki yetişib o məqam. Aşiq sevgilisini adiləşdirməmək, münasibətləri bəsitləşdirməmək üçün “qaçıb” ondan. Bütün gözəllikləri qoruyaraq, sevginin ilahiliyinə xələl gətirmədən özünə çəkilib.

Ümid Yaşarın sevgiyə, ayrılığa fərqli baxışı nəsrlə, esselər şəklində yazdığı   “Naməlum Qadına məktublar” silsiləsində də özünü göstərir. Əvvəldə qeyd etdiyim kimi, bu adamdan ötrü çətin heç nə yoxdu, hər şey özündən asılıdı. Məktubların birində yazır: “Ayrılıq deyə bir şey yoxdu.  Bu bizim yalanımızdı.  Sevmək var əslində, özləmək var, gözləmək var.  İndi hardasan? Nə edirsən? Günəş çoxdan çıxıb. Oyanmısan yəqin. Saçlarını darayanda məni xatırladın, eləmi? Elədirsə, deməli ayrılmamışıq. Sadəcə özləyirik, gözləyirik sadəcə...” Əslində, bütün bunlar qaçılmaz olan ayrılıqdan çıxış yoludu. O ağır dərdi, əzabı yüngül keçirmək, bəzən hətta duymamaq üçün təsəllidi... Şairin məktubunda ayrılığı “bizim yalanımız” adlandırması, yaxud şeirlərdə “sən daha gözəlsən”, “indi hər şey daha gözəldi” deməsi də bu cür təsəllidi. Duyğuların zədələnibsə, ayağının altındakı torpağın qaçdığını hiss edirsənsə, bundan gözəl yol varmı? Yoxdu, özünü aldatmaqdan, ağrını ovutmaq üçün hər gün nələrsə fikirləşib tapmaqdan, bu da bir sınaqdı keçib gedər – deməkdən savayı yol yoxdu...     

          

Aramızdakı demir kapı belki hiç açılmayacak

Senin ışığını görmeden kapanacak gözlerim

Karanlık aman vermiyor

Hangi perdeyi aralasam gece

Ne yapsam çaresiz

Kokunu getiren rüzgar da olmasa

Bir manası kalmayacaktı yaşamanın

Şimdi hiç değilse

Hayaliyle avunmadayım

Zaman içinde başka bir zamanın...

 

Yenə də Ümid Yaşarın özünəməxsus həzin, təmkinli təsvirləri. Aşiqin ümidsizliyi, kədəri belə zərif ifadələr, kövrək sözlərlə verilir burda. Şair  döyəcləmir o dəmir qapıları... Sevdiyinin qoxusunu gətirən rüzgarı udaraq, qərq olduğu qaranlıqda günəş şüası gözləyərək yaşayır! Başqa bir zamanın, xoşbəxt zamanın xəyalı ilə ovunaraq yaşayır! Elə bunun özü də sevginin, bənzərsiz, dərindən-dərin, fərqli, müdrik sevginin gətirdiyi ovqat deyilmi?!

... Sındırma dəmir qapını!!!

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 29 mart.- S.21