“Hasarın o üzü”: Qərib, Fyodor, Yeqor

 

 

QəribƏli Əmirlinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşHasarın o üzü  tamaşasının qəhrəmanıdı, bizim dövrümüzdə yaşayır, Fyodor – S.AlyoşininHər şey insanlara qalırəsərinin baş obrazıdır,keçən əsrin 50-ci illərində Sovet dövründə yaşamışdır.Üçüncüsü isə M.QorkininYeqor Buluçov başqalarıdramasının əsas obrazıdır ki,1915-20-ci illər arasında ömür sürmüşdür. Lakin onların hər üçünü birləşdirən bir xüsusiyyət var ki,hər üçü sağalmaz bir xəstəliyə tutulmuşlar. Onlar elə ilk gəlişlərindən öz xəstəliklərini duyurlar, bilirlər. Müəlliflər öz qəhrəmanlarının ən çətin olan bir anını,əcəlin qapını döydüyü anı o anda insanın necə davrandığını qələmə almışlar.

 

Öz küçəsindəyaşamadığını duyan Yeqor din xadimlərinə qarşı amansızdı. Akademik Fyodor isə din əleyhinə çıxsa da qohumu keşiş ilə hörmətlə davranır.

 

Ə.ƏmirlininHasarın o üzüəsərinin qəhrəmanı Qərib isə elə əvvəldən namaz qılan arvadına qarşı çox sərtdir. Bunun da səbəbləri dialoqlardan tədriclə aydın olur. Qəribin ailəsi özü ilə bərabər üç nəfərdən ibarətdir. Lakin bu ailədə rejissorun yozumuna görə bir-birinə qarşı səmimiyyət diqqət yoxdur.QəribNurəddin Mehdixanlının işdən evə dönərkən, özunun dediyi kimi,həmişə eyni mənzərə ilə rastlaşır.Arvadı Humay-Həmidə Ömərova həmişə transdadır,yəni namaz üstədir.

 

Etiraf edim ki,tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədovun işi ilk baxışda mənə xoş gəlməmişdi.Səhnədə bir kreslo,iki yumuşaq stul, böyük stol telefon üçün kiçik stoldan başqa bir şey görünmürdü.Tamaşaya ikinci dəfə baxandan sonra mənə aydın oldu ki,əşyaların bu cür düzümü təsvir edilən evdə birliyin olmaması,hərənin öz aləmində yaşamasına işarədir.

 

QəribN.Mehdixanlı göründüyü ilk andan ailə üzvlərinin bu yadlığını xüsusi diqqətə gətirir.Evdə xörək bişirilsə belə onu heç kəs ədəb-ərkanla stol üstünə qoymur.Hətta arvadı deyir ki,xörək bişirmişik get götür, ye.Özünəməxsus temperamentə,davranış tərzinə malik olan Qərib öz-özünə deyinsə bu cür vəziyyətlə barışmalı olur.Xalq artisti N.Mehdixanlı Akademik Milli Dram Teatrının səhnəsində bir çox yadda qalan obrazlar yaratmışdır.O,sənətinə sadiqdir buna görə tamaşaçıların sevimlisidir.Rejissorun, onu Qərib rolunun ifası üçün GƏNC TAMAŞAÇILAR TEATRINA dəvət etməsi sənət üçün düzgün seçimdir.N.Mehdixanlı teatra yeni bir nəfəs gətirmişdir.Y.Vəliyev, T.Qasımovdan sonra N.Mehdixanlının GTT səhnəsində görünməsi ciddi psixoloji qəhrəmanların ifa ənənəsinin davamı deməkdir.

 

Qızı Zərifin hamilə olması xəbərini eşidəndən sonra arvadı Humayla dialoqunu aktyor xüsusi emosionallıqla aparır.Bu səhnədə o,olmuş hadisəyə münasibətini dərin ağrı kəskin ehtirazlarla nümayiş etdirir.Qərib ilk dəfə səhnəyə gələndə gumrah,şən qollu-qanadlı bir qartala bənzəyirdi, eşitdiyi xəbərdən sonra isə zərbə alıb,əzilmiş bir hala düşür.Bu hadisənin baş vermə səbəblərini axtarır . Səbəbini özünün tanrıya inamsızlığı ilə bağlı olduğunu başa düşür,baş ağrılarının xərçəng xəstəliyi ilə bağlı olduğunu onkoloq kimi dərk edir, bədbinləşir, yazıqlaşır, əsərin ikinci yarısından sonra dialoqların çoxunu ağlar vəziyyətdə aparır. Həkim olduğuna görə öz xəstəliyinin ilə bitəcəyini duyur,çox əzab çəkir.Sonda biz onun namaz üstündə yalvarışlarını, dualarını eşidirik. Bu səhnə özü-özlüyündə rejissor B.Osmanov tərəfindən ifadəli şəkildə qurulmuşdur.Arxada gur işıq altında həyəcanla Qəribin inama tərəf dönməsini izləyən arvadı qızı,öz evində saxladığı xəstəsi yetim  Çiçək görünür.

 

Yazımız gəlib rejissora çatdığından B.Osmanov haqqında fikirlərimi bildirmək istərdim.B.Osmanov teatra öz mövzuları ilə gəlir.Birinci tamaşasıMən gəldim qızlar”da da, indikiHasarın o üzütamaşasında da rejissor ailə ailədaxili problemləri araşdırır.Ailədə birliyin qarşılıqlı məhəbbətin olmaması rejissoru çox narahat edir. B.Osmanovun dinin böyük qüdrətinə inamı mövzusu işlədiyi teatrın yarandığı günündən bəri, qaldırılan ilk mövzulardan biridir.Burada dinin şəfaverici, münasibətlərə saflıq müqəddəslik gətirməsi dramaturq Ə.Əmirli ilə rejissorun səhnədə qaldırdığı əsas məqsədlərdən biridir.

 

Xalq artisti Həmidə Ömərovanın kino yaradıcılığı xalqımızın incəsənət aləminə çox gözəl anlar bəxş etmişdir. Onu Humay rolunda görmək tamaşaçılar üçün töhfədi.Lakin bilmədik nədən aktrisanın səhnədə dediyi çox vaxt eşidilmir bu da rolu tam qavramaqda  tamaşaçılara mane olur. Düzdür tamaşa elə qurulmuşdur ki, iştirakçıların hamısı təklif olunan vəziyyətlərdə dəqiq davranırlar. Yəni sözlər eşidilməsə belə obrazın hansı vəziyyətdə, məqsədlə dediyini başa düşmək olur.

 

Tamaşada Qəribin qızı Zərif rolunu Şəbnəm Hüseynova Günel Məmmədova ifa edirlər. ZərifŞ.Hüseynova ötkəm, ağıllı, qətiyyətli, öz mövqeyini müdafiə eləyən bir obrazdır. G. Məmmədova isə tənha uşaq olduğundan çox sərbəst, bəzən sayımsız,ancaq düşdüyü vəziyyətin dərəcədə əxlaq normalarına uyğun gəlmədiyini anlamayan qızdır.

 

Əməliyyatdan sonra Humay tərəfindən evə gətirilmiş,uşaq  evində böyümüş Çiçək rolunu isə Asya Atakişiyeva Səbinə Məmmədova ifa edirlər.Hər iki ifaçı öz işləri ilə tamaşaçıları qane edirlər.S.Məmmədova isə  zahiri görkəmi partnyorları ilə münasibətində daha inandırıcı təbii görünür.

 

Ağakişi KAZIMOV

Xalq artisti, professor

525-ci qəzet.- 2014.- 29 mart.- S.20.