Azərbaycanda Moldova Mədəniyyəti Günləri

 

 

Azərbaycanda Moldova Respublikasının Mədəniyyət Günləri başlayıb. Mədəniyyət günləri çərçivəsində aprelin 29-da Moldovanın mədəniyyət naziri xanım Monika Babuk Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev ilə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Azərbaycanda mədəni sahədə həyata keçirilən islahatlardan söz açan Əbülfəs Qarayev bildirib ki, ölkəmizin dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir: " Bu əməkdaşlığın inkişafına qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi əhəmiyyətli töhfə verməkdədir. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız isə dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur".

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Monika Babuk mədəniyyət turizm naziri Əbülfəs Qarayevi cari ilin oktyabrında Moldovada keçiriləcək beynəlxalq tədbirə dəvət edib.

Ölkəsində caza, xüsusilə Vaqif Mustafazadə sənətinə sonsuz sevginin olduğunu dilə gətirən M.Babuk deyib ki, Azərbaycanın görkəmli sənət adamlarına moldovalıların həmişə böyük məhəbbəti olub: "Mədəniyyət günləri qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına, mədəniyyət incəsənətinin təbliğinə dəyərli töhfələr verəcək".

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Moldova Mədəniyyəti Günlərini Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev Moldovanın mədəniyyət naziri Monika Babuk açıb.

Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından qonaqları səmimi salamlayaraq qeyd edib ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra onların arasında qardaşcasına münasibətlər yaranıb: "Bu illər ərzində Azərbaycanda artıq dördüncü dəfə Moldova Mədəniyyəti Günləri keçirilir". Monika Babuk mədəniyyət günlərinin təşkilində göstərilmiş dəstəyə görə Azərbaycan xalqına hökumətinə dərin təşəkkürünü bildirib. Nazir qeyd edib ki, Moldova beynəlxalq arenada həmişə Azərbaycanın dəstəyini hiss edir.

Qeyd edilmişdir ki, mədəniyyət günlərinin proqramı maraqlı olacaq. Bu proqrama əsasən, Ştefenes qardaşlarının baletmeyster Yuri Bivolun rəhbərliyi ilə "Fluyeraş" xalq musiqi rəqs ansamblının konserti nəzərdə tutulub.

Mədəniyyət günləri çərçivəsində əməkdar incəsənət xadimi, indiyə qədər Moldovada xaricdə 38 dəfə fərdi sərgiləri keçirilmiş Mixay Potırnikenin fotoşəkillərinin sərgisi açılacaq. Moldova Mədəniyyəti Günləri çərçivəsində Anatol Ştefenesin başçılıq etdiyi "Trigon" qrupunun konserti olacaq, konsertdə tanınmış ifaçı Vali Boqyanu iştirak edəcək. Sonra "Fluyeraş" xalq musiqi rəqs ansamblı çıxış edib.

Azərbaycanda Moldova Mədəniyyəti Günləri çərçivəsində Aprelin 29-da "Qalereya 1969" sərgi salonunda moldovalı fotoqraf Mixay Potırnikenin işlərindən ibarət sərgi açılıb. Tədbirin açılışında çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrdən danışıb, fotoqrafa yaradıcılıq uğurları arzulayıb. Ə.Qarayev Azərbaycanda çox maraqlı mədəniyyət tədbirləri keçirildiyini söyləyib, bugünkü tədbirin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Nazir bu gün Azərbaycanda Moldova Mədəniyyət Günlərinin başlandığını diqqətə çatdırıb. Ə.Qarayev qeyd edib ki, tədbir çərçivəsində Bakı sakinləri Moldova mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Moldovanın mədəniyyət naziri Monika Babuk Azərbaycanda Moldovanın Mədəniyyət Günlərinin açılışında iştirakından məmnunluğunu ifadə edib.

M.Babuk Bakının gözəlliyinə heyran olduğunu bildirib, mədəniyyət günlərinin məhz istedadlı fotoqraf Mixay Potırnikenin işlərinin sərgisi ilə başlandığından çox şad olduğunu vurğulayıb, fotoqrafın buraya özünün ən yaxşı əsərlərini gətirdiyini diqqətə çatdırıb. Azərbaycanlıların incə ruhlu insanlar olduğunu vurğulayan moldovalı nazir bu əsərlərə baxarkən Moldova xalqının daxili aləminin hiss edildiyini söyləyib: "İnanıram ki, mədəniyyət günləri xalqlarımız arasında dostluq tellərinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Mixay Potırnike əsərləri barəsində məlumat vermiş, sərginin açılışında əməyi olanlara təşəkkür edib.

Sərgidə 30-dan çox fotoşəkil nümayiş etdirilir. Fotoşəkillər Moldovanın tarixini, mədəniyyətini, insanlarının daxili aləmini əks etdirir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 1 may.- S.7.