Yusif Nəğməkar
"Qələm
səsi"ni təqdim
etdi
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış şair Yusif Nəğməkarın "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Qələm səsi" kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, nəfis tərtibatla dərc olunmuş kitabın redaktoru tanınmış şair Vaqif Bəhmənlidir.
Mərasimdə AYB-nin katibi Rəşad Məcir şairin yaradıcılığı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Yusif Nəğməkar poeziyada yeni düşüncə tərzinin əsasını qoymuş böyük şair Rəsul Rza məktəbinin davamçılarındandır. Bu, onun fərdi üslubunda, xüsusilə, poemalarına verdiyi ədəbi quruluşda öz əksini tapmışdır. Yusif Nəğməkarın şeirlərindəki başlıca xüsusiyyətlərdən biri az sözlə çox məna ifadə etmək, bədii ümumiləşdirmənin güclü olmasıdır.
Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, "Ədəbiyyat" qəzetinin baş redaktoru Elçin Hüseynbəyli, filologiya elmləri doktorları Buludxan Xəlolov, Qurban Bayramov, təndiqçi Əsəd Cahangir, şairlər Oqtay Rza, Musa Ələkbərli və başqaları şairin lirik şeirlərində və poemalarında yaddaqalan məqamların cox olduğunu diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, kitabda nəşr olunmuş "Bəxtiyar" poeması Azərbaycan poeziyasının klassiklərindən olan Xalq Şairi, ustad Bəxtiyar Bahabzadəyə həsr olunmuş ilk mükəmməl bədii əsər kimi diqqəti cəlb edir. Poemada Bəxtiyar Vahabzadənin həyatının ən vacib anları, Vətən və xalq qarşısında əvəzsiz xidmətləri poetik şəkildə öz bədii həllini tapmışdır.
Təqdimat mərasimində şairin şeirləri xalq artistləri Məleykə Əsədova, İlham Əsgərovun və tələbələrin ifasında səsləndirilmişdir.
Mərasimin sonunda Yusif Nəğməkar kirtabını imzalayaraq oxuculara təqdim etmişdir.
Ramil
525-ci qəzet.-
2014.- 1 may.- S.7.