Uğurlu qastrol,
maraqlı və yaddaqalan təəssüratlar
Deyirlər ki, mədəniyyət bəşəriyyətin
topladığı ən yaxşı nümunələrlə
xalqları zənginləşdirir. Zamanın keşməkeşli
sınaqlarından üzüağ çıxan 141 illik tarixə
malik teatrımız Azərbaycan xalqının zənginləşməsində
müstəsna xidmətlərə malikdir. Azərbaycan
milli teatrının ayrılmaz tərkib hissəsi olan 86
yaşlı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının da bu sahədə rolu
danılmazdır. Azərbaycan teatrının
dünyaya tanıdılması, dünya teatrları ilə təcrübə
mübadiləsini təmin etmək üçün həyata
keçirilən qastrol və festivallarda fəal iştirak edən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı növbəti dəfə Rusiya Federasiyasının Həştərxan
vilayəti və Kalmıkiya Respublikasına qastrol səfərində
olub. 2014-cü ilin aprel ayının 6-dan 14-dək davam
edən qastrol səfəri 3 teatr direktorları arasında
imzalanmış qarşılıqlı yaradılıcıq
müqaviləsinə əsasən həyata keçirilib...
Aprel ayının 6-dan başlayan yolçuluğumuz bir
gün sonra Həştərxan vilayətində daha öncəki
gəlişimizdə olduğu kimi eyni otelin
qarşısında yekunlaşdı. Həştərxan
Dövlət Gənc Tamaşaçılar Teatrının
direktoru Viktor Yakovleviç Butenko, teatrın bədii rəhbəri
Yuri Vladimiroviç Koçetkov və direktor müavini Svetlana
Vasilyevna Povalyayeva bizi bu yerlərə məxsus hədiyyələrlə
qarşılayıb, uğurlar dilədilər. Bir günlük istirahətdən sonra tamaşalarımızın
nümayişinə başladıq. Aprel ayının 8-i və 9-da
kollektiv Həştərxan Dövlət Gənc
Tamaşaçılar Teatrında Yevgeni Şvartsın
eyniadlı əsəri əsasında hazırlanmış
"Qırmızı papaq" tamaşasını gündə
iki seans Həştərxanlı
azyaşlı tamaşaçılara təqdim etdi. Tamaşalarda məktəblilərlə
yanaşı, teatr mütəxəssisləri, valideynlər də
iştirak edir, öz təəssüratlarını
bölüşür, bəyəndiklərini dilə gətirirdilər.
Aprel
ayının 9-da - qastrol səfərinin bağlanış mərasimində
Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi
və teatrın rəhbərliyi çıxış edərək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının kollektivinə nümayiş olunan uğurlu
tamaşaya və qarşılıqlı yaradıcılıq
münasibətlərinin inkişafına görə öz təşəkkürünü
bildirib, Həştərxan vilayəti mədəniyyət
nazirinin Azərbaycan Respublikası mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə təşəkkür
məktubu təqdim olunub. Daha sonra Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının direktoru, Əməkdar
artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti
Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar
İncəsənət Xadimi Bəhram Osmanov
çıxış edərək bu cür
yaradıcılıq səfərlərinin gələcəkdə
də davam edəcəyini bildirərək, göstərilən
diqqət və qayğıya görə Həştərxan Gənc
Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkürlərini
bildiriblər. Beləcə tamaşaların
nümayişini başa vurub, aprel ayının 10-da
Kalmıkiyaya yola düşdük.
Kalmıkiya
səfəri daha çox həyəcan vəd edirdi: 3
tamaşa, 1 konsert...
Aprel
ayının 10-da Kalmıkiya Respublikasının Elista şəhərində
B.Basanqov adına Milli Dram Teatrında
teatrımızın istedadlı aktyoru İlham Əsədovun
"Qolos drujbı" ("Dostluğun səsi") adlı
solo konserti həyata keçirildi. Əllərindəki
dəvətnamələr və gül-çiçək dəstələri
Kalmık əhlinin konsertə əməlli-başlı
hazırlaşdıqlarının göstəricisi idi. Nəhayət ki, konsert başladı, səbəbkar
göz qamaşdıran libasda səhnəyə göydən
düşdü. Azərbaycan, türk, rus
və kalmık dilində səsləndirilən hər
mahnı tamaşaçılar tərəfindən
alqışlarla müşaiyət olunurdu. 1 saatlıq
möhtəşəm konsert proqramı musiqilərin rəngarəngliyi
və peşəkar ifa ilə yadda qaldı...
Tamaşaların
nümayişinə start verildi...
Aprel
ayının 11-dən - 13-dək B.Basanqov adına
Milli Dram Teatrında Y.Şvartsın "Qırmızı
papaq", Avstriya dramaturqu Peter Türrininin "Axır
ki..." və R.Ağayevin "Bir gecənin
nağılı" əsərləri əsasında
hazırlanmış tamaşaları (gün ərzində bir
neçə seans olmaqla) göstərildi. Anşlaqla
keçən bütün tamaşalar izləyicilərin
böyük marağına səbəb olmuşdur.
Mükafatlandırma
zamanı...
Aprel
ayının 13-də son tamaşanın nümayişindən
sonra (R.Ağayev "Bir gecənin nağılı") səfərin
bağlanış mərasimində çıxış edən
Kalmıkiya Respublikasının Baş nazirinin müavini Larisa
Borisovna Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri
Aleksey Maratoviç Orlovun 27.03.2014-cü il
tarixli sərəncamını səsləndirib. Sərəncama
əsasən, Xəzəryanı xalqlar arasında mədəni
əməkdaşlığın möhkəmləndirilməsinə
görə teatrımızın direktoru, Əməkdar artist
Mübariz Həmidov və baş rejissoru Əməkdar İncəsənət
Xadimi Bəhram Osmanov "Kalmıkiya Respublikasının
Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüblər.
Kalmıkiya
Respublikasının mədəniyyət nazirinin müavini
Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin
möhkəmləmləndirilməsi sahəsində əldə
olunmuş uğurlara görə teatrın aktyorları, Əməkdar
artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham
Əsədov və redaktor, Əməkdar Mədəniyyət
İşçisi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin
baş katibi Səriyyə İsmayılovaya Fəxri fərmanlar
təqdim edib.
Elista şəhərinin Baş Administrasiyasının
müavini Qalina Vaskina və şəhər
administrasiyasının təhsil şöbəsinin müdiri
İste Muşayev çıxış edərək
qarşılıqlı yaradıcılıq mübadiləsi
üçün qastrol səfərlərinin önəmindən
danışaraq, teatrın rəhbərliyinə təşəkkür
məktubları təqdim ediblər.
Kalmıkiya
Respublikasının Teatr Xadimləri İttifaqının
nümayəndəsi Klara Yesinovna Kalmıkiya və Azərbaycan
teatrları arasında mədəni və
qarşılıqlı yaradıcılıq əlaqələrinin
genişləndirilməsi sahəsindəki töhfələrinə
görə teatrın rejissoru Gülnar Hacıyeva və
aktyorlar Günel Məmmədovaya, Zülfiyyə
Alhüseynovaya və Vüsal Mehrəliyevə fəxri fərmanlar
təqdim edib.
Azərbaycan
Respublikası üzrə Kalmıkiya Respublikasının
hökumət başçısının mədəni və
iqtisadi əlaqələr üzrə baş məsləhətçisi,
"Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri
hökumət təşkilatının sədri Sabir Quliyev
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin
vitse-prezidenti, "Bura Vətəndir" məclisinin sədri,
teatrımızın redaktoru Səriyyə İsmayılova
sözügedən məclisin fəaliyyətindəki
uğurları, eləcə də, ölkəmizin
hüdudlarından kənarda yaşayan
soydaşlarımızın üzv olduğu diaspora mərkəzlərində
mədəni əməkdaşlığın möhkəmləndirilməsindəki
və inkişafındakı yüksək xidmətlərinə
görə "Zolotoy rukovoditel" ("Qızıl rəhbər")
Fəxri Fərmanı ilə təltif edib.
B.Basanqov
adına Milli Dram teatrının direktoru, RF-nin əməkdar mədəniyyət
işçisi Şurayeva Qalina Borisovna və bədii rəhbər, RF-nın
Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev qastrol səfərinin uğurundan
danışaraq təqdim etdiyi maraqlı tamaşalar
üçün Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının rəhbərliyinə və
kollektivə öz təşəkkürlərini bildirmiş,
xatirə hədiyyələri təqdim
ediblər.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
direktoru, Əməkdar artist Mübariz Həmidov və
teatrın baş rejissoru, Əməkdar İncəsənət
Xadimi Bəhram Osmanov da çıxış edərək
göstərilən isti münasibətə görə öz
dərin minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan
Teatrları arasındakı qarşılıqlı
yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini
vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə
təqdim ediblər.
Kalmıkiya
Respublikasında Azərbaycan konqresi ilə görüş...
Kalmıkiyada yaşayan həmvətənlərimiz
birinci səfərdən fərqli olaraq bu dəfə
tamaşalarımıza daha çox axın edir, bütün
tamaşalara gül-çiçək dəstələri və
hədiyyələrlə təşrif buyurmuşdular. Azərbaycanlılar
hər tamaşadan sonra aktyorlara yaxınlaşıb söhbət
edir, kollektivi yeni tamaşalarla yenidən Kalmıkiyada gözlədiklərini
bildirirdilər. Azərbaycan Respublikası üzrə
Kalmıkiya Respublikasının hökumət
başçısının mədəni və iqtisadi əlaqələr
üzrə baş məsləhətçisi,
"Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri
hökumət təşkilatının sədri Sabir Quliyevin təşkil
etdiyi görüş yenidən hər kəsi bir araya
topladı. Kollektivin hər bir üzvünə
gül dəstələri və suvenirlər təqdim edən
S.Quliyev hər kəsi salamlayaraq, maraqlı tamaşalar və
konsertə görə aktyorları və rəhbərliyi təbrik
etdi. Görüşdə teatrımızın kollektivi,
B.Basanqov adına teatrın rəhbərliyi
və həmvətənlərimiz öz ailələri ilə
iştirak edirdilər. Milli musiqimizin sədaları altında
baş tutan görüş maraqlı
yaradıcılıq söhbətləri ilə
yekunlaşdı.
Kalmıkiya
mətbuatı teatrımızın fəaliyyətindən
yazdı...
Kalmıkiya kütləvi informasiya vasitələrində
qastrol səfərimiz, nümayiş olunan tamaşalar və gələcək
yaradıcılıq planları ilə bağlı bir sıra
məqalələr dərc olunmuşdu. "İzvestiə
Kalmıkii" qəzetində teatrın direktoru Mübariz Həmidovun "Nas
obedinəet iskusstvo" başlıqlı müsahibəsi yer
almışdır. Yazıda Gənc Tamaşaçılar
Teatrının beynəlxalq əlaqələri, Kalmık Milli
Dram Teatrı ilə bağlı yaradıcılıq
planları və M.Həmidovun "Kalmıkiya
Respublikasının Əməkdar İncəsənət
Xadimi" Fəxri
adına layiq görülməsi haqqında ətraflı
məlumat verilmişdir. Teatrın baş rejissoru Bəhram
Osmanovun sözügedən qəzetdə dərc olunmuş
"Nado ne boətğsə novoqo" adlı müsahibəsində
"Azərbaycan Teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı, bu proqram çərçivəsində
həyata keçirilmiş yeniliklər, dünya teatr səhnəsinə
inteqrasiyanı təmin edən festival və qastrollarda
iştirak və 11-13 aprel tarixlərində Elista şəhərində
nümayiş etdiriləcək qastrol tamaşaları
haqqında ətraflı məlumat vermişdir.
"Kalmıkiya seqodnya" qəzetinin 12 aprel tarixli
sayında "Speşite videtğ Azerbaydjanskiy TÖZ"
yazısı yer almışdır. Yazıda teatrın
aktyoru İlham Əsədovun konserti və qastrol
tamaşaları haqqında ətraflı məlumat verilərək,
hər kəs qastrol tamaşalarına dəvət
olunmuşdur.
Yaxın
gələcəklə bağlı planlar...
May ayının 16-18-i tarixlərində Kalmık Milli
Dram Teatrı 3 günlük qastrol səfəri ilə
teatrımızda çıxış edəcəkdir.
Qastrol səfəri çərçivəsində
balacalar üçün V.Kostryukovun "Dobrıy doktor
Aybolit" və böyüklər üçün B.Mandjiyev
və V.Yaşkulovun "Araş" tamaşalarının
nümayişi nəzərdə tutulmuşdur. Bundan başqa
qarşılıqlı yaradıcılıq müqaviləsinə
əsasən, 2014-cü ilin sentyabr ayında Kalmık
Teatrının bədii rəhbəri Boris Mandjiyev Gənc Tamaşaçılar
Teatrında Jorj Feydonun "Qadın dərzisi" tamaşasını
hazırlayacağı planlaşdırılır. Teatrımızın
baş rejissoru Bəhram Osmanov isə Kalmık teatrında bir Azərbaycan dramaturqunun əsərinə quruluş verəcək.
Teatrın
direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti,
Kalmıkiya Respublikasının Əməkdar İncəsənət
Xadimi Mübariz Həmidov:
Heç şübhəsiz ki, əsas qələbə
teatrımızın kollektivi üçün
tamaşaçı sevgisini və alqışını
qazanmaq idi. Bu da baş tutdu. Özü də
bundan əvvəlki qastrol səfərində. Bu gün XXI əsrin teatrını inkişaf
etdiririk. Ölkə
başçımızın "Azərbaycan teatrının
inkişaf etdirilməsi haqqında" 2009-2019-cu illərdə
Dövlət Proqramı Azərbaycan teatrının dünyaya
inteqrasiya edilməsində müstəsna rol oynayır. Məhz bu proqram çərçivəsində
teatrlarımız yaxın və uzaq ölkələrin
aparıcı teatrları ilə qarşılıqlı
yaradıcılıq əlaqələri qururlar. Festivalların,
qastrolların, konfransların keçirilməsi və bu tədbirlərdə
teatr kollektivlərinin iştirakı zəruridir. Bunu artıq zaman tələb edir. Mənim
Kalmık Milli Dram Teatrı ilə tanışlığım
da məhz 2 il bundan öncə Brest şəhərində
keçirilən Beynəlxalq teatr festivalında baş
tutmuşdur. Bu kollektivin bir tamaşası məni
çox maraqlandırdı və onları Bakıya dəvət
etdim. Həqiqətən də tamaşa bizim
tamaşaçıların böyük marağına səbəb
oldu və iki teatr arasında qarşılıqlı
yaradıcılıq əlaqələrinin yaranmasına təkan
verdi.
İstər Həştərxan, istərsə də
Kalmık tamaşaçıları həddən artıq tələbkar
və teatrsevərdirlər. Onlar səhnədə
baş verən hər bir hadisəyə çox həssaslıqla
yanaşırlar. Hər iki şəhərdə
tamaşaçı alqışı bunu deməyə əsas
verir ki, Azərbaycan teatrı, onun peşəkar rejissorları
və aktyorları dünya teatr arenasına
çıxmağa hazırdırlar və əcnəbi
tamaşaçını heyrətləndirmək istedadına
malikdirlər.
Kalmıkiya Respublikasında qastrolun bağlanış
günü Kalmıkiya Respublikası
başçısının Sərəncamı ilə iki Azərbaycan
teatr xadiminə ölkənin fəxri adları təqdim
olunması bizim üçün əsl surpriz oldu. Mən hesab
edirəm ki, bu yüksək qiymət Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının timsalında
ümumilikdə Azərbaycan teatr sənətinə verilən
təltif idi. Amma eyni zamanda biz bu məsuliyyəti
dərk edərək növbəti görüşlərdə
daha sanballı tamaşalarla bizi səbirsizliklə gözləyən
dostlarımızı sevindirməliyik. Və
əlbəttə ki, səfərlərin reallaşmasında
daim teatra dəstək olan Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə minnətdarlığımızı
bildiririk. Hələlik isə, kollektivimiz may ayında
B.Basanqov adına Kalmık Milli Dram
Teatrının kollektivini qarşılamağa
hazırlaşır.
Baş
rejissor, Azərbaycan və Kalmıkiya Respublikalarının
Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov:
Səfər təəssüratları yazmaq çox
çətindir. Çünki hər bir sevincli anı
danışanda, yazanda, həmin səfərdə iştirak
etməyənlər deyəcəklər ki, çox tərifləyir.
Amma yaradıcılıq uğurlarıma
qarşı həmişə bir qədər istehza ilə
yanaşsam da, kollektivin yaradıcılıq uğuruna tam
sevinirəm. Çünki nə az, nə
çox, düz səkkiz ay çəkilən zəhmət
öz bəhrəsini verdi. İstər uşaqlar
üçün hazırlanan Y.Şvartsın
"Qırmızı papaq", istər böyüklər
üçün hazırlanan R.Ağayevin "Bir gecənin
nağılı", istərsə də artıq müxtəlif səfərlərdə
sınaqdan çıxmış Əməkdar artist Qurban
İsmayılovun ifasında oynanılan P.Turrininin "Axır
ki... tamaşaları sözün əsl mənasında
müasir Azərbaycan teatrının aktyor qələbəsidir.
Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Vüsal
Mehrəliyev, Eşqin Quliyev, Zümrüd Quliyeva və
başqalarının inkişafı danılmazdır. Bütün təltiflərin hər biri xoş xatirəyə
dönsə də, tamaşaçı alqışı əbədi
yadda qalır. Bu da sənətin bir
xüsusiyyətidir. Artıq Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının Həştərxanda,
Elistada öz tamaşaçısı var. Adətən bu
şəhərlərdə bizdən fərqli olaraq bazar
günləri tamaşaçı teatra az
gəlir. Bunu həmin teatrların rəhbərləri
söhbət əsnası bizə bildirdilər. Mən təbii ki, aktyorlara bu barədə məlumat
verdim. Amma gözlənilənin əksi
oldu. İstər gündüz, istərsə
də axşam tamaşalarında tamaşa salonu dolu idi, hətta
əlavə stullar da qoyulmuşdu. Qələbə bu
idi...
İşlədiyim teatrlarda hazırladığım
tamaşalar müxtəlif festivallarda oynanılıb. Həmişə
də uğurla qarşılanıb, mükafatlara layiq
görülüb. Amma heç vaxt bir gündə beş tamaşa oynanılmayıb. Bu qələbə
teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar
artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət
Xadimi Mübariz Həmidovla
düşündüyümüz inkişaf proqramının əvvəlki
etapıdır. İnanıram ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə biz
düşündüyümüz proqramı tam həyata
keçirə biləcəyik.
Teatrın
aktrisası, Əməkdar artist Almaz Mustafayeva:
Aktrisa üçün yeni şəhər, yeni səhnə
və yeni tamaşaçı qarşısında
çıxış etmək həm maraqlı, həm də
məsuliyyətlidir. Qastrol səfəri ərzində
nümayiş etdirdiyimiz hər tamaşada bu maraq və məsuliyyəti
aydın şəkildə dərk edirdik. Tamaşaçıların
ifamızı bəyəndiklərini görmək bizə daha
da stimul verir, hər növbəti tamaşanı böyük
sevgilə canlandırmağımıza rəvac verirdi.
Düşünürəm ki, bu tipli qastrol səfərləri
başqa ölkələrin mədəniyyətlərinə daha yaxından bələd
olmaq, öz ölkənin mədəniyyətini
təbliğ etmək baxımından olduqca əlverişlidir.
Teatrın
redaktoru, Əməkdar Mədəniyyət İşçisi
Səriyyə İsmayılova:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı beynəlxalq mədəni və yaradıcılıq
əlaqələri sahəsində maraqlı layihələrini
uğurla həyata keçirir. Teatr 2014-cü il aprel ayının
6-dan - 14-dək Rusiya Federasiyası Həştərxan Dövlət
Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya
Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində
olmuş və göstərilən tamaşalar uğurla
oynanılmış, dövlət rəsmiləri, teatr
ictimaiyyəti, yerli əhali, müəllimlər, valideynlər,
Kalmıkiyadakı Azərbaycan Konqresi Qeyri-hökumət təşkilatının
üzvləri, soydaşlarımız, media nümayəndələri tərəfindən böyük
maraq və rəğbətlə
qarşılanmışdır. Hər gün zalı
doldurmuş tamaşaçılar peşəkar aktyor oyununu,
professional rejissor işini yüksək qiymətləndirmiş,
aktyorları ayaq üstə dəqiqələrlə, sürətli
alqışlara qərq etmişdilər. Uzun
müddət zalı tərk etməyən
tamaşaçılar onlarla ünsiyyətdə olur, şəkillər
çəkdirirdilər.
Qastrol günlərində
duyğulandığımız,
qürurlandığımız unudulmaz anlar yaşadıq.
Həştərxan
Dövlət Gənc Tamaşaçılar Teatrında, Elista
şəhərində B.Basanqov adına Milli Dram Teatrında
uğurlu keçən qastrol səfərinin bağlanış
mərasimlərində
çıxış etmiş dövlət rəsmilərinin
Azərbaycanın sürətli inkişafı,
günü-gündən gözəlləşən
paytaxtımız Bakı şəhəri, qonaqpərvər Azərbaycan
xalqı, onun zəngin mədəniyyət və incəsənəti
haqqında söylədikləri dəyərli fikirlər hər
birimizi fərəhləndirirdi.
Beynəlxalq
və mədəni yaradıcılıq əlaqələrinin
genişləndirilməsi sahəsində xidmətlərinə
görə Azərbaycan Respublikası mədəniyyət və
turizm nazirinə ünvanlanmış təşəkkür məktubu,
Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın
inkişafının möhkəmləndirilməsinə
görə teatrımızın direktoru, Əməkdar Artist
Mübariz Həmidov və
teatrın baş rejissoru, Əməkdar İncəsənət
Xadimi Bəhram Osmanovun Kalmıkiya Respublikasının Əməkdar
İncəsənət Xadimi fəxri adına layiq
görülməsi, teatrın yaradıcı heyətinin müxtəlif təşkilatların
fəxri diplomları ilə təltif edilməsi hər birimizə
həyəcanlı və sevincli anlar yaşatdı. (Qeyd edilməlidir
ki, Azərbaycan teatr sənəti sahəsində xarici dövlətin
yüksək fəxri adına ilk dəfə
olaraq məhz qeyd olunanlar şəxslər layiq
görülmüşlər).
Mənim
üçün belə anlardan biri də Kalmıkiya
Respublikasındakı Azərbaycan Konqresi Qeyri Hökümət
təşkilatının mənim "Bura Vətəndir"
ədəbi məclisinin fəaliyyətindəki, eləcə
də ölkəmizin hüdudlarından kənarda yaşayan
soydaşlarımızın üzv olduqları diaspora mərkəzlərində
mədəni əməkdaşlığın möhkəmləndirilməsində
və inkişafındakı yüksək xidmətlərimə
görə "Zolotoy rukovoditelğ" ("Qızıl rəhbər")
fəxri fərmanına layiq görülməyim oldu.
Qeyd etməliyəm
ki, Kalmıkiya Respublikası Höküməti
Başçısının mədəni və iqtisadi əlaqələr
üzrə baş məsləhətçisi, Azərbaycan
Konqresi Qeyri Hökümət Təşkilatının sədri,
soydaşımız Sabir Quliyevin, onun xanımı Elmira
Quliyevanın, konqres üzvlərinin teatrımıza, onun
tamaşalarına, aktyorlarımıza göstərdikləri
diqqət və qayğı, tamaşalarda fəal iştirakı,
təqdim etdikləri gül dəstələri təqdirlə
qarşıladıq.
B.Basanqov adına Milli Dram Teatrında xalqlar arasında
dostluq, mədəni və yaradıcılıq əlaqələrinə
həsr olunmuş maraqlı və uzun zaman xatirələrdən
silinməyən tədbirlər oldu. Teatrımızın
aktyoru İlham Əsədovun, hər iki teatrın
yaradıcı heyətinin birgə konsertində Azərbaycan,
rus və kalmık mahnılarının həmin dillərdə
səsləndirilməsi, rəqs nömrələrinin
böyük coşğu ilə birgə ifası hər kəsə
xoş anlar bəxş etdi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının uğurlu qastrol səfəri münasibətilə
konqres tərəfindən təşkil olunmuş
görüşdə də eyni təəssüratlar
yaşandı.
Qastrol günlərində Elista şəhərində tamaşaçılarla və bəzi şəxslərlə ünsiyyətdə olarkən onların çoxunun Azərbaycan, onun mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə, xalqımız haqqında ətraflı məlumata malik olmaları diqqətimi cəlb etdi. Bu da təsadüfi deyildi, teatrın keçən il həmin bölgələrə qastrol səfərində Azərbaycan haqqında apardığı kitablar, broşurlar, suvenirlər Azərbaycanın təbliğinə xidmət etmişdir.
Teatrın aktyoru İlham Əsədov:
Qastrol səfərində artıq ikinci dəfə iştirak etdiyimə görə, sözügedən şəhərlər və insanlar mənə çox doğma və yaxın idilər. İnsanların isti münasibəti, qonaqpərvərliyi bizdə xoş hisslər yaradır, özümüzü sevdiklərimizin əhatəsində kimi hiss edirdik. Amma qeyd etməliyəm ki, Elista şəhəri mənə daha əzizdir. Çünki orada mənim "Qolos drujbı" adlı solo konsertim həyata keçirildi. Əslinə qalsa, konsertin bu dərəcədə maraqla qarşılanacağını düşünməmişdim. Etiraf etməliyəm ki, bu məndə unudulmayacaq təəssüratlar yaratdı. Daha sonra heç gözləmədiyim daha bir surprizlə qarşılaşdım. Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyi bir neçə aktyor həmkarımla yanaşı, məni Fəxri Fərmanla təltif etdi. Bu hisslərin hələ uzun müddət məni tərk etməyəcəyinə əminəm.
Hüsniyyə
MURSAQULİYEVA
Azərbaycan
Dövlət Gənc
Tamaşaçılar Teatrının mətbuat xidmətinin
rəhbəri
Bakı-Həştərxan-
Kalmıkiya
(Elista)- Bakı
525-ci qəzet.-
2014.- 1 may.- S.4.