Qılman İlkin 100 illiyi ilə bağlı anılıb
Bakı
şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə görkəmli
Azərbaycan yazıçısı,
Dövlət mükafatı
laureatı, əməkdar
incəsənət xadimi
Qılman İlkinin
100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən "525"ə verilən məlumata görə, "Qələmlə
çarpışan mücahid
ömrü" adlanan
tədbir keçirildiyi
Mərdəkan Mədəniyyət
Sarayının foyesində
Qılman İlkinin yaradıcılığını, ömür yolunu əks etdirən fotolardan, qəzet və kitablardan ibarət sərgi ilə başlayıb. Tədbirdə ədəbiyyatşünas
alim, professor Eldar Abbaszadə Qılman İlkinin həyat və yaradıcılıq yolundan,
qələmə aldığı
əsərlərin ideya
və bədii keyfiyyətlərindən danışıb.
Qeyd edilib ki, "Qalada üsyan", "Dəniz qapısı",
"Madam Qədri" adlı
romanları, "Həyat
yollarında", "Ömrümün
cavan çağları",
"Üçtəpə uşaqları", "Dəniz
həmişə göy
olur" və digər povestləri, eləcə də neçə-neçə hekayə
və pyesləri ilə Qılman İlkin ədəbiyyatımıza
öz töhfəsini
verib. Onun "Bakı və
bakılılar" kitabı
isə təkcə Bakının deyil, ətraf kəndlərin tarixinə dair zəngin materialların yer aldığı qiymətli mənbədir.
Kinoşünas, əməkdar incəsənət
xadimi Aydın Kazımzadə ədibin kino yaradıcılığından
söz açıb:
"Qılman İlkin
"Yenilməz batalyon"
və "Kölgələr
sürünür" bədii
filmlərindən başqa,
bir neçə sənədli film və televiziya tamaşalarının
ssenari müəllifidir.
Digər
çıxış edənlər
də yazıçının
yaradıcılığının müxtəlif məqamlarından,
həmçinin bir naşir və redaktor kimi fəaliyyətindən
söhbət açıblar.
Bədii
qiraət ustaları yazıçının əsərlərindən
parçalar təqdim
edib, filmlərindən
fraqmentlər göstərilib.
Sonda görkəmli yazıçının
həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət slaydlar nümayiş olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 2 may.- S.7.