Ürəyimi dənizə atmışam, gedək ürəyim batan yerə
Dünya donacaq, elə bil
ulduzlar yaman irilib,
göylər
yanacaq elə bil;
buludlar
yaxına gəlib
yerə
qonacaq elə bil;
hara
çəkilib səs-səmir,
göyüzü
gecəni əmir;
min ildi dönmək istəmir
ruhum
dönəcək, elə
bil;
ömür
əzabdan asılıb,
haqq
var-hesabdan asılıb;
ürəyim
sapdan asılıb
düşüb
sınacaq, elə bil;
həsrətim
köz kimi olub,
dərd
acı söz kimi olub;
adamlar
buz kimi olub
dünya
donacaq, elə bil.
Dəli
könül nə dersən de
dəli könül nə dersən de,
dardı
həsrətin yolları;
gədikləri
duman basıb,
qardı
həsrətin yolları;
yol
yürüdüm döşə
kimi,
tor qurulub meşə kimi
ürəyimi
şüşə kimi
qırdı
həsrətin yolları;
zaman
nə gec axır zalım,
fələk
baxır zalım-zalım,
canımda
qalmadı halım
yordu
həsrətin
yolları;
oba
köçür, talan
qalır,
fani
dünya yalan qalır,
gedən
gedir, qalan qalır
gordu
həsrətin yolları;
Gecənin qonağı
Gecənin bir vaxtı qapım döyüldü,
görəsən
bu vaxtsız qonaq kim idi...
açıq
pəncərəmdən çölə
boylandım,
göyüzünün
kənarı sınıq
möhür kimidi;
gecənin
bağrını yarır
gecə
quşlarının səsi,
göyüzünün
kənarından asılıb
ağacların
kölgəsi;
adamdımı
gələn,
daşdımı
gələn,
nə
ayaq səsi var, nə bir
hənirti
bəlkə
xatirələr döyür
qapımı,
yuxum
da çəkilib
bu
da bir dərtdi;
buludların
arasında,
ulduzlar
çiçək-çiçək.
ulduzların
işığı
ürəyimi
çəkəcək;
ah, mən bu gecənin
adamı
həsrətim
yarpaq-yarpaq;
göy
üzünün kənarında
buludlar
papaq-papaq;
göyüzündən
gələn var,
qapım
döyülür, tık-tık;
qalxım,
ayağa durum
qonağım
gəlir artıq.
Dönüş
yollar yorğun- yorğun
dərd
solğun-solğun,
əl
çatmayan
uzaq
bir sevgiyə gül oldum,
yanıb-yanıb
kül oldum;
bir
uzaq sevgidən
min il keçəni
solğun
xatirələr ağuşunda
bağrıma
basdım yorğun gecəni;
min illər öncə
uzaq
bir ulduzdan
qayıdıb
gəldim,
könlümdə
islaq-islaq
saçlarının
min il əvvəlki qoxusu,
gözlərimdə
ötən sevginin
bənövşə
yuxusu.
Gecə
meh əsir
yarpaqlar
tərpənir,
gecə
elə qara ki,
könlüm
ürpənir,
gecə
elə qara ki,
qara
gözlü div kimi,
unuda
bilmirəm
min il öncəki sevgimi;
unuda
bilmirəm
anamın
ölümqabağı üzünü,
atamın
son sözünü;
gecə
elə qara ki,
qara
sevgilər kimi
yarpaqlar
xışıl-xışıl
elə
bil dərd də xoşdu,
dərd
də geyinib yaşıl;
bu yuxusuz gecədən
istəyim
nədir, Allah,
nə
ulduzlar sayrışır,
nə
Ay işığı yoxdu...
ah, mənim bu gecədən
başqa
bir istəyim yox...
... gecənin
dərdi çoxdu.
Sevgi
sevgidən uzaq həyat yox,
dərddən
uzaq göz yaşı;
bəzən
yazı qaytarır
bir
çiçəyin yaddaşı;
qarşı
dağlar kimi
duman
çəkilir başımdan,
itən
yurdun sevgisi
çəkilmir
yaddaşımdan;
çəkilmir
yaddaşımdan
itən
yurdun yuxusu;
mən
yaz yağışından,
qız
baxışından,
sellərin- suların axışından
ildırımın
çaxışından yarandım;
bir
Allahdan savayı
qorxduğum
bir kimsə yox,
çığırsam,
yıxılar dağlar,
yıxılar
buludlar...
saçlarımın
çığırtısından,
ürəyimin
istisindən,
dizimin
təpərindən
gəlir
sevgim;
hayqırsam
sınar göyüzü,
sınar,
buz tutmuş sular...
mən
dəli bir sevginin oğluyam,
könlümdə
həsrət quzular.
Kim nə dersə, desin
kim nə dersə desin,
haqqa
üz tut, könül;
olanlar
dönməz daha,
unut,
unut könül;
daha
yollar uzun,uzun
ömür
böyləcə qısa,
daha umud
da qalmır,
qalmır
bu gələn yaza;
həsrət
soyuq qış kimi,
ağrılar
isti-isti
daha
dərddən danışma,
danışma,
daha bəsdi;
dərd
istəmirəm daha
neynirəm
onu...
bahara
yaraşmır
payızın
donu;
neynirəm,
neynirəm
ağrı-acını
mənə
çox gördün
Allah
bircə
bacımı.
Ah çəkmə
Nə oldu, nə oldu
həsrət
də yoldu;
göz
yolda,
könül
naçar...
ah çəkmə
dağlar
uçar;
ürəyim
sapdan
nazik,
ürəyim
yarpaq üstə,
əlini
mənə uzat,
məndən
ürəyimi istə;
sevgilər
beləcə
sevgilər
incə-incə;
Allah məni bağışlar
səni
sevdim gizlicə;
daha
nə oldu, nə
əlimiz
çata bilmir
duamız
çatan yerə...
ürəyimi
dənizə atmışam,
gedək
ürəyim batan yerə.
Mən də yola çıxmışam
mən də yola çıxmışam
gedirəm, veyil-veyil,
dünya bir təhər olub,
ağlım başımda
deyil;
gedirəm veyil-veyil,
gözümdən yuxu qaçıb,
gecə alaqaranlıq
yolun yarısı uçub;
gözümdən yuxu qaçıb,
halım qalmayıb
daha;
uçurumun kənarından
duam çatır Allaha;
baxıram Göy üzünə,
Göyüzü bom- boş qalıb
uçurumdan o yana
hələ bir yoxuş qalıb;
Göyüzü bom-boş qalıb
ulduzlar hara düşüb...
uçurumun kənarından
Allahın səsi gəlir
Allah da dara düşüb;
ulduzlar hara düşüb,
Göyüzü nə gündədi?
Yer üzü də çat verib
dağlar kündə-kündədi;
mən də yola çıxmışam,
gedirəm, veyil-veyil,
bu
yol hara aparır
ağlım başımda
deyil.
Gecəyarısındakı tənha qadın
qalxıb- qalxıb dikəlib
pəncərədən düşən
Ay işığına,
sonra da
fərqinə varmadan
aylı gecənin,
baş qoyub ötən günlərə,
yatdı;
saçlarında bir nəfəs vardı,
bir hənirti vardı qulaqlarında,
isti bir öpüşün dadı
illərdən bəri
çəkilib-çəkilib
getmək bilmirdi,
üzündən, gözündən,
dodaqlarından;
və daha sonra
gözəl günlər görəcəyinə
inanırmış kimi
titrək əllərinin gəzdiyi divar
az-az çiçəkləyib naxışlanırdı;
çöldə
oyaq pəncərəsindən
lap uzaqlarda
xırdaca-xırdaca yağış yağırdı.
Nazim Əhmədli
525-ci qəzet.-
2014.- 3 may.- S.25.