Yaşasın Şəmistan
Əlizamanlı
Hərbi
vətənpərvər mahnılarının
əvəzolunmaz ifaçısı,
hərbi diktor Şəmistan Əlizamanlının
55 yaşına
Qismətin - göylərdən göndərilən səs,
İstedad, bacarıq, tükənməz
həvəs.
"Cənab leytenant"ın,
"İgid əsgər"in
Sevdiyi ustadla kim
fəxr eyləməz?
Keçibsən içindən atəşin,
odun,
Günəş ölkəsinin rəmzidir
adın.
Ucadan söyləyib "Can Azərbaycan"
Sevindir ruhunu Əhməd Cavadın.
"Vətən əmanəti"
- torpaq, su, çiçək,
Qeyrət
salnaməmiz - keçmiş,
gələcək,
O məşhur türkünü
səsləndirəndə,
Qəlbim "Çırpınırdı Qara
dəniz"tək.
Ön cəbhə xəttində
bitməyib savaş,
Guya
"həmsədrlər" baş sındırır,
baş,
Nəfəsin isidər soyuq səngəri,
Mərmidən güclüdür oxuduğun
marş.
Soykökə əbədi bağlısan,
ey dost,
Aranlı,
dərəli, dağlısan,
ey dost,
Qədim
Borçalıda doğulsan
da, bil,
Xalqın,
məmləkətin oğlusan,
ay dost.
Gözümüz fərəhdən, ancaq
fərəhdən
Yaşarsın, Şəmistan Əlizamanlı!
Bir şüar yayaram bu dünyaya mən:
Yaşasın Şəmistan Əlizamanlı!
Oktay Rza
Əməkdar müəllim
525-ci qəzet.- 2014.- 7 may.- S.8.