"Qız qalası" Beşinci
Beynəlxalq incəsənət festivalına start
verilib
İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda
"Qız qalası"
Beşinci Beynəlxalq
incəsənət festivalı
başlayıb. Festival Heydər
Əliyev Fondunun təşəbbüsü və
xüsusi dəstəyi,
IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət
Muzeyi və "Qız Qalası" İncəsənət Qalereyasının
birgə təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
tərəfindən keçirilir.
2010-cu ildə başlanan, üç il ardıcıl Azərbaycanın
paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən
"Qız qalası"
Beynəlxalq incəsənət
festivalının bu il beşincisi gerçəkləşdirilir.
Ənənəvi olaraq ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində
keçirilən festivalın
əsas məqsədi
dünyanın müxtəlif
yerlərindən gələn
rəssamlar vasitəsilə
Azərbaycan mədəniyyəti
və incəsənətinin
tanıdılması, eləcə
də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə
töhfə verməkdir.
Azərbaycan memarlığının incisi,
xalqımızın zəngin
mədəniyyətinin və
beynəlxalq tarixi irsin nümunələrindən
biri olan Qız qalası həm də mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə
xidmət edən əhəmiyyətli vasitədir.
Mayın 9-dək davam edəcək builki festivalda dünyanın 27 ölkəsindən
29 tanınmış rəssam
iştirak edir.
Festivalda rəssamlar Qız qalasının maketlərini
öz milli üslublarında bəzəyərək
fərqli mədəniyyət
və adət-ənənələrin
sintezini və qarşılıqlı mübadiləsini
əks etdirən əsərlər yaradırlar. Hər biri
özünəməxsus və
fərqli üslubda olan bu nadir müəllif
işləri dünyanın
müxtəlif ölkələrində
nümayiş etdirilərək,
Qız qalasının
təbliğində əhəmiyyətli
vasitəyə çevrilir.
Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi
məsələsinə cəlb
etməyə qərar
vermişlər. Nəsli kəsilməkdə olan
"Qafqaz beşliyi"nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq rəssamlar tərəfindən xüsusi
rəsm üslubu və dekorasiya ilə bəzədilir.
Festivalın konseptual xəyal
sərhədləri hər
il yeni
tematik komponentin əlavə edilməsi sayəsində genişləndirilir.
Bu il Bakıda
festival çərçivəsində dünyada küçə
incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmlərin təqdim edilməsi planlaşdırılır. Üç ölçülü
optik illüziyanın
köməyi ilə yaranan müəyyən nəzər nöqtəsi
Qız qalasının
zirvəsinə qalxmaq,
qədim şəhərin
meydanına açılan
məftunedici mənzərəni
seyr etmək imkanı yaradır.
Sonda bənzərsiz
sənət əsərlərinə
çevrilən Qız
qalası maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları
üçün İçərişəhərdə,
daha sonra isə müxtəlif ölkələrdə sərgilənir,
ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil
edir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 8 may.- S.7.