Uğurlu dövlət siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı”

 

RAUF ZEYNİ: “AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI”

  Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq azadlıqlarının qorunması, cəmiyyətin harmonik sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi bu istiqamətdə qurduq.

Hərbi hissələrə səfərlər bizim şəffaf şəkildə ordumuzun, əsgərlərimizin vəziyyətini görməyimiz üçün mühüm əhəmiyyət daşıyır. Məhz biz gördüklərimizi cəmiyyətə çatdırırıq. Belə səfərlər eyni zaman olan xırda problemlərin aradan qaldırılmasına təkan oldu. Biz rəsmi şəkildə İctimai Şura olmasaq da müntəzəm olaraq görüşür hərbi hissələrə səfərlər edir monitorinqlər həyata keçiririk. İqtisadi İnkişaf Nazirliyində İctimai Şuranın yaradılması ilə bağlı müsbət cavab almışıq. Bu proses gedir.

Hesab edirəm ki, bütün dövlət qurumlarında belə ictimai nəzarət qurumları yaradılmalıdır. İctimai iştirakçılıq haqqındaqanun qəbul olunduqdan sonra artıq bütün bunlar vahid bir sistemdə yaradılacaq. Dövlət başçısı da bunu tələb edir ki, bütövlükdə bütün nazirliklərin, dövlət komitələrinin işində şəffaflıq olmalı, vətəndaş cəmiyyəti bu işlərdə yaxından iştirak etməlidir. Rabitə Yüksək Texnologiyalar, Ekologiya Təbii Sərvətlər digər nazirliklərlə sıx əməkdaşlığımız var. Amma təəssüf ki, digər bəzi nazirliklər haqqında bunu demək olmur. Onların nəyi gözlədiyini anlaya bilmirəm. Əməkdaşlıqla bağlı qanunvericilik bazası, qərarlar, sərəncam var belə olan təqdirdə onlar nəyi gözləyirlər? Əməkdaşlıq etmək lazımdır. İnanıram ki, yaxın gələcəkdə digər nazirliklər dövlət komitələri ilə bu prosesə müsbət yanaşacaq QHT-lərlə sıx əməkdaşlıq edəcəklər. Bu bizim həm hüquqi dövlətimizin, həm vətəndaş cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcək.

Rauf müəllim Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf perspektivləri ilə bağlı düşüncələrinizi bilmək maraqlı olardı.

Azərbaycan dövlətiAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasını qəbul edib. Orada QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə dövlətimizin i inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Ona görə üçüncü sektorun inkişafı ilə bağlı başqa hansısa sənəd, konsepsiya aparmağa ehtiyac yoxdur. Çünki bu konsepsiyada hər şey göstərilib. QHT evlərinin, regionlarda yeni resurs təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir. Eyni zamanda veteranların, şəhid ailələrinin, əlillərin onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi vətəndaş cəmiyyəti olaraq bizim başlıca vəzifələrimizdən biridir.

Ona görə üçüncü sektorun perspektivi var. Yəni cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə xaricdə təhsil almış gənclərimiz mövcuddur. Ümumiyyətlə cəmiyyətimizdə müxtəlif təbəqələr var bütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi məqsədi ilə biz işimizi daha daha da inkişaf etdirməli, təşkilatlanmalı geniş aparmalıyıq. Bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması  deməkdir. Bütün bunlar eyni zamanda vətəndaş cəmiyyətinin səfərbər edilməsi anlamını daşıyır. Biz bu gün kiçik layihələr həyata keçiririk. Biz tez-tez  xarici qonaqlarla görüşürük. Onlar bizə sual verirlər ki, siz belə böyük təşkilat, koalisiya olduğunuz halda üçün kiçik layihələr həyata keçirirsiniz? Hesab edirəm ki, belə məqamlar aradan qaldırılmalı balanslaşdırılmalıdır. Həmin o perspektiv, inkişaf məsələlərində bütün bunlar nəzərə alınmalıdır. Dövlət büdcəsi hesabına müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət proqramlarına QHT-lər aktiv şəkildə cəlb edilməlidirlər. Bu da heç şübhə yox ki, gələcək perspektivdə vətəndaş cəmiyyətinin sivil, beynəlxalq standartlara uyğun inkişafına müsbət təsir göstərə bilər.

Bir qədər öncə dövlət orqanları ilə əməkdaşlıqdan müəyyən qədər bəhs etdiniz. Bunu bir qədər genişləndirsək, dövlət orqanları ilə QHT-lərin əməkdaşlığını, əlaqələrini necə qiymətləndirmək olar?

Düzdür müəyyən nazirliklərlə, dövlət komitələri ilə əlaqələrimiz var, amma hesab edirəm ki, bu, qarşılıqlı əməkdaşlıq üçün kifayət deyil. Dövlət orqanları ilə əlaqələr daha da genişləndirilməli, inkişaf etdirilməlidir. Dövlət qurumları milli dövlətçilik maraqlarını müdafiə edən, qanun çərçivəsində fəaliyyət göstərən üçüncü sektor təmsilçilərindən ehtiyatlanmamalı, onların fəaliyyətindən narahat olmamalı, onlardan qaçmamalıdır, onlara hər hansı bir yad qüvvə kimi baxmamalıdır. Əksinə bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə dövlət qurumları qucaq açmalıdırlar. Çünki vətəndaş cəmiyyəti institutları bu xalqın, cəmiyyətin, bu dövlətin qüvvələridir. QHT-lər alternativ ictimai institutlardır ki, bunlarında cəmiyyətdə alternativ funksiyaları var. Dövlət orqanları QHT-ləri öz işlərinə daha geniş cəlb edərlərsə, bu halda biz dövlət, qeyri-dövlət, media bütövlükdə vətəndaş cəmiyyəti institutlarını normal inkişaf etdirə bilərik. Bu gündə Avropada, Qərb dövlətlərində göstərici məhz vətəndaş cəmiyyəti institutlarıdır. Güclü iqtisadiyyat, güclü ordu ola bilər. Əgər güclü vətəndaş cəmiyyətin yoxdursa, deməli hələ sən güclü, inkişaf etmiş ölkə deyilsən. Bu, çox ciddi məsələdir. Biz inkişaf etmiş ölkələrə baxanda onların həm adam başına düşən gəlirini, eyni zamanda vətəndaş cəmiyyətinin göstəricilərini nəzərə alırıq. Məhz buna görə dövlətimiz bu sahədə ən optimal variantı tətbiq etməyə çalışır. bu yolda əmin addımlarla irəliləyir. Ümidvarıq ki, bizdə vətəndaş cəmiyyəti daha yüksək səviyyəyə çatacaq.

 

(Ardı var)

 

Aqil LƏTİFOV

525-ci qəzet.-2014.- 17 may. - S.30.