Beynəlxalq Rəsul Rza Mükafatı yeni
qaliblərə təqdim olunub
Mayın 19-da XX əsr Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, Xalq
şairi Rəsul Rzanın anadan olması münasibətilə
şairin xatirəsinin
anma mərasimi keçirilib. Mərasim iştirakçıları şairin Fəxri Xiyabandakı məzarını
ziyarət edərək,
abidəsi üzərinə
gül-çiçək düzüblər.
Sonra Azərbaycan Milli Konservatoriyasının
nəzdində fəaliyyət
göstərən İncəsənət
Gimnaziyasında Beynəlxalq
Rəsul Rza Ədəbi Mükafatının
2014-cü il laureatlarının təqdimatı
keçirilib.
Tədbirdə Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin
həyat və yaradıcılığı barədə
slayd nümayiş olunub və Azərbaycan İncəsənət
Gimnaziyasının tələbələrinin
hazırladıqları ədəbi-bədii
kompozisiya təqdim edilib. Fidan Qədimli və
başqa tələbələr
şairin poeziyasından
nümunələr səsləndiriblər,
şeirlərinə bəstələnmiş
mahnılar oxunub.
Tədbirdə çıxış edən professor Nizaməddin
Şəmsizadə mütəfəkkir
şair Rəsul Rza poeziyasının müasirliyindən, novatorluğundan
söz açıb:
"Rəsul Rza və Nigar Rəfibəyli
mənim ən sevimli şairlərimdəndir.
Azərbaycanda 60-cı illər poeziyasının əsasını
qoyan Rəsul Rzadır. Onun poeziyası novator
poeziyadır. O, fəlsəfi-intellektual
şeirimizin banisidir. Rəsul Rza rənglərin poetik fəlsəfəsini
ustalıqla qələmə
alıb".
Alim və şair Elçin İsgəndərzadə
Rəsul Rzanın yaradıcılığından danışıb, şairin
poeziyası haqqında
fikirlərini tədbir
iştirakçıları ilə bölüşüb,
tərtibçisi olduğu
"Rənglər. Beynəlxalıq
Rəsul Rza mükafatı laureatlarının
şeir antologiyası"
kitabını iştirakçılara
təqdim edib.
"Vektor" Beynəlxalq
Elm Mərkəzinin nəşri
olan kitabın redaktoru AYB katibi Rəşad Məcid, ön sözün müəllifi Xalq şairi Fikrət Qocadır.
Sonra Rəşad
Məcid Beynəlxalq Rəsul Rza mükafatlarını qaliblərə
təqdim edib. Fərqanə
Mehdiyeva, Südabə
Sərvi, Dayandur Sevgin, Zakir Məmməd,
Minaxanım Təkləli,
Salatın Əhmədli,
Çingiz Əsədullayev
mükafata layiq görülüblər.
Tədbirin sonunda Xalq yazıçısı
Anar Beynəlxalq Rəsul Rza Mükafatının yeni laureatlarını təbrik
edib. Anar Azərbaycan İncəsənət
Gimnaziyasının müəllim
və tələbələrinə,
iştirakçılara Rəsul
Rzanı unutmadıqları,
yaradıcılığına hörmətlə yanaşdıqları
üçün təşəkkürünü
bildirib.
525-ci qəzet.-2014.-20 may.-S.7.