"Uğurlu
dövlət siyasəti vətəndaş cəmiyyətinin
möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı"
RAUF ZEYNİ:
"AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN
İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA,
QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI"
"Uğurlu dövlət siyasəti vətəndaş
cəmiyyətinin möhkəmlənməsi
və inkişafı üçün zəmin yaratdı"<b style="color:red"> (davamı)</b>
Çağdaş dövrümüzdə ictimai
həyatın demokratikləşdirilməsi,
insan hüquq və azadlıqlarının
qorunması, cəmiyyətin
harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri
kimi vətəndaş
cəmiyyətinin inkişaf
etdirilməsi, dəstəklənməsi
cəmiyyətin əsas
hədəf və vəzifələrindən biri
kimi çıxış
edir. Müstəqillik əldə etdikdən
sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının
inkişafı dövrü
başlayıb. Bu yol heç də hər zaman rahat deyil,
bir çox hallarda enişli-yoxuşlu
olub. Üçüncü sektor təmsilçiləri
öz inkişafında
ən müxtəlif çətinliklərlə üzləşmələrinə
baxmayaraq, nəticə
etibarı ilə cəmiyyətdə özlərini
təsdiqləyə biliblər.
Vətəndaş cəmiyyəti institutları
bu gün Azərbaycanda tərəqqi
proseslərinin, novatorluğun,
modernləşmə təşəbbüslərinin
lokomotivi kimi qəbul edilirlər.
Artıq
vətəndaş cəmiyyəti
institutları cəmiyyəti
irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə,
atdığı addımlara
ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz
ki, vətəndaş
cəmiyyəti institutlarının
bu səviyyəyə
gəlib çıxmasında
Azərbaycan dövlətinin,
xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna
əhəmiyyəti var. Bütün
bu müsbət məqamların fonunda müəyyən problemlər
və həllini gözləyən məsələlər
var ki, bunlar
da hələ ki, üçüncü sektorun qarşısında
qət ediləcək
yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni ilə
söhbətimizi də
bu istiqamətdə qurduq.
(Əvvəli ötən sayımızda)
- Rauf müəllim, dövlət proqramlarının
icrasında QHT-lər
nə dərəcədə
rol oynayır?
- Müxtəlif dövlət
proqramlarının icrasında
QHT-lər yer alaraq onların həyata keçirilməsində
mühüm rol oynayır. Amma bunu bütün
dövlət proqramlarına
aid etmək olmaz.
Hesab edirəm ki, əlaqədar dövlət
proqramlarına QHT-lər
daha geniş şəkildə cəlb edilməlidirlər. Bu, daha böyük effekt verə bilər. Bununla həm QHT-lərin
kadr potensialnı artırmaq, həm də dövlət proqramlarının daha şəffaf şəkildə
həyata keçirilməsini
reallaşdırmaq olar.
QHT-lərin dövlət
proqramlarına cəlb
edilməsi çox aktual bir məsələdir.
Bunun daha geniş mexanizmləri işlənib-hazırlanmalıdır.
Fikrimcə, dövlət
proqramlarına üçüncü
sektorun daha geniş şəkildə
və ardıcıl olaraq cəlb edilməsi QHT-lərin inkişafında yeni mərhələnin başlanğıcı
ola bilər.
- MQF-nin Azərbaycanda QHT hərəkatının başlanmasında,
ölkədə bu hərəkatın əsaslı
şəkildə formalaşıb
intensiv çalışmasında
xüsusi rolu olduğu danılmazdır.
Bu baxımdan qurumun fəaliyyətini Siz necə qiymətləndirərdiniz?
- Həqiqətən
də MQF Azərbaycanda
QHT hərəkatının başlanmasında öz dəsti-xətti ilə seçilən qurumdur və bu gün
də həmin fəaliyyət davam edir. MQF bu gün
Foruma üzv olan 635 təşkilatın
əlaqələndirilməsi, müəyyən aktual istiqamətlərə yönəldilməsi
istiqamətində mühüm
iş aparır. Eyni zamanda beynəlxalq əlaqələrin qurulması
və inkişaf etdirilməsi, regionlarda QHT
hərəkatının daha
da gücləndirilməsi
istiqamətində müstəsna
fəaliyyət həyata
keçirir. Bütün bunlar
və Azərbaycan dövlətçiliyinə xidmət,
həyata keçirilən
proqamlara dəstək
bizim prioritet istiqamətlərimizdir. Bu istiqamətdə biz MQF olaraq
inamla addımlayırıq.
Bütün bunlarla yanaşı
maddi-texniki bazamızın
yenilənməsinin, inkişaf
etdirilməsinin zəruri
olduğunu düşünürəm.
Biz bu istiqamətdə
müəyyən araşdırmalar
aparırıq. Bu il MQF-nin fəaliyyətə başlamasının
15 illiyidir. Forum 15 illiklə bağlı tədbirlərin keçirilməsi
məqsədi ilə müxtəlif şirkətlərlə
danışıqlar aparır.
Yenə də şirkətlərə
müraciət edərək,
ötən illərdə
olduğu kimi, 15 illiklə bağlı da bizə köməklik
göstərməsini xahiş
edirik.
- Bir qədər əvvəl QHT-lərin maddi problemlərindən danışdınız. Hazırda QHT-lərin maddi çatışmazlıqlarından başqa daha hansı problemləri var?
- QHT-lərin qeydiyyat məsələsi ilə bağlı ciddi problemləri mövcuddur. Sevindirici haldır ki, getdikcə bu problem aradan qaldırılır.
Forumun fəaliyyət
göstərdiyi on beş il ərzində bizim dəstək məktubumuzla
500-ə qədər QHT qeydiyyata
alınıb. Əsas problemlər
arasında ofisin olmaması, maddi-texniki bazanın yoxluğudur.
Həmçinin kadr potensialının
olmaması ciddi problemlərdəndir. Hesab edirəm
ki, universitetlərdə
sosial yönümlü
fakültələr artırılmalıdır.
Bakı Dövlət Universiteti, Turizm İnstitutu sosial yönümlü fənlərə
yer verməyə başlayıblar. Bunun daha
da genişləndirilməsinin
zəruri olduğunu düşünürəm. Bütün bunlar məhz QHT-lərin kadr potensialının artrılmasına
xidmət edir. Ən ciddi problemlərdən biri yuxarıda qeyd etdiyimiz kimi maddi problemlərlə
bağlıdır. Belə ki,
maddi problemlərə
görə biz işçilərimizə
daimi əmək haqqı verə bilmirik. Müəyyən təminatlar olmalıdır
ki, biz əldə etdiyimiz kadrları əmək haqqı ilə təmin edə bilək. Bu istiqamətdə müəyyən qurumlarla
danışıqlar da
aparırıq. Forum olaraq QHT-lərin problemlərinin həll edilməsi istiqamətində
müxtəlif tədbirlər
də həyata keçiririk. Milli və dövlətçilik
siyasətimizin təbliğatı,
Xocalı soyqırımı,
erməni işğalı
və digər ümummilli məsələlərlə
bağlı hər il böyük
tədbirlər həyata
keçiririk. Amma davamlı
maliyyə imkanlarının
olması bu istiqamətdəki işimizi
daha da genişləndirə
bilər.
- QHT-lər arasındakı rəqabətlə bağlı
düşüncələriniz necədir?
- Əsasən özəl
sektorda belə rəqabət var. QHT-lər
arasında elə də böyük rəqabətin olduğunu
düşünmürəm. Çünki bizim QHT-lər hələ o səviyyədə
güclü deyillər
ki, hansısa məsələdə rəqabətə
girə bilsinlər.
Sadəcə olaraq qrant layihələrinin əldə
olunmasında QHT-lər
müəyyən mənada
rəqabət apara bilərlər. Ölkəmizdə təcrübəli təşkilatlar
çoxdur və onlar böyük qrant layihələri əldə edə bilirlər. Amma xırda layihələr
həyata keçirən
QHT-lərin rəqabətə
davamlı olduğunu düşünmürəm. Beynəlxalq təşkilatlar bir çox hallarda qrant layihələri ayıran zaman məsələlərə obyektiv
yanaşmırlar. Onlar bu məsələdə müəyyən
maraqları əsas götürürlər. Yəni bu
zaman hansısa rəqabət də mühüm əhəmiyyət
daşımır. Ümumiləşdirsək,
deyə bilərik ki, rəqabətdə təcrübəli təşkilatlar
uğur qazana bilirlər.
- Rauf müəllim, son zamanlar QHT-lərin şəffaflığı məsələsi
tez-tez gündəmə
gəlir. Üçüncü sektorda şəffaflıq
məsələləri necə
tənzimlənir?
- Bizim bütün fəaliyyətimiz ona hesablanıb ki, maksimum şəffaf olaq. Özəl, dövlət və ya QHT sektorundan asılı olmayaraq biz fəaliyyətimizdə şəffaflığı ön plana çəkməliyik. Fikrimcə, bütün sahələrdə şəffaflıqla yanaşı ictimai nəzarətin təmin olunmasına da çalışmalıyıq. Düzdür, bir çox hallarda istər dövlət qurumların da, istər özəl sektorda şəffaflığın təmin olunduğunu, ictimai nəzarəti müşahidə edirik. Amma bütövlükdə aşkar, şəffaf, hesabatlı cəmiyyətin yaradılması, ictimaiyyətə açıqlığın təmin edilməsi daha güclü dövlət deməkdir. Bütün bunlarla biz korrupsiya və rüşvətxorluğun minimuma endirilməsinə nail ola bilərik. Təkcə QHT-lər deyil, eyni zamanda bütün qurumlar şəffaf fəaliyyət göstərməlidirlər. Təbii ki, QHT-lər də ayrılan vəsaiti təyinatı üzrə xərcləməlidirlər. Bununla bağlı vaxtaşırı hesabatlar verməli, onların nə üçün, hansı istiqamətə maliyyə aldıqları cəmiyyətə aşkar şəkildə çatdırmalıdır. Fikrimcə, biz daha böyük şəffaflığa nail olmalıyıq. O qədər şəffaflıq olmalıdır ki, istənilən media qurumu istənilən nazirlikdən, QHT-dən istədiyi məlumatı əldə etməyə çətinlik çəkməsin. Biz də öz növbəmizdə Forum olaraq həm QHT-lərin, həm də dövlət qurumlarının ictimaiyyətə açıq və şəffaf fəaliyyət göstərməsinin tərəfdarıyıq. Bu istiqamətdə də əlimizdən gələni əsirgəmirik.
(Ardı var)
Aqil LƏTİFOV
525-ci qəzet.-2014.- 22 may. - S.6.