Patrik Vudkokun şeirləri
(Kamran Nəzirlinin tərcüməsində)
(Kanada)
Patrik
Vudkok Kanada şairidir, Azərbaycanda səfərdədir;
hazırda yeni kitabını –Kanadada nəşr olunacaq
“Hamını basdıra bilməzsən” (You can’t bury them all”(ECW Press, Canada, 2016)
şeirlər toplusunu bitirmək üzrədir və elə
bu məqsədlə də paytaxtımızdadır. O, sərbəst
şeirlər və çoxsaylı pritçalar müəllifidir.
8 şeir kitabı çıxıb. Onun “Allahların
əks-sədası və səssiz dağlar” ( Echo Gods and
Silent Mountains(ECW Press, Canada – 2013) şeirlər kitabı
2013-cü ildə Kanadada nəşr olunub. “Həmişə
Ananızdan qabaq ölün” ( Always Die
Before Your Mother(ECW Press, 2009) adlı şeirlər kitabı isə
ona daha çox uğur gətirərək bestseller kimi
satılıb. Patrik Vudkokun şeirləri dünyanın 13
dilinə tərcümə olunub, müxtəlif poeziya
festivallarında səsləndirilib, Bosniya və Hersoqovinada,
Kolumbiyada, Sloveniyada, Serbiyada, İraqda, Gürcüstanda,
İngiltərədə yayılıb. O, Kanadada iki il Ədəbiyyat dərgisinin poeziya şöbəsinin
redaktoru olub. Mən Patrikin şeirlər
kitabını tərcümə edərək çapa
hazırlamışam və bu kitaba şairin Azərbaycanla
bağlı şeirləri də daxil edilib. Patrik Vudkokun Bakıda nəşr olunacaq kitabından
bir neçə ədəbi nümunəni oxuculara təqdim
edirəm.
Patrik
Vudkok, Kolumbiyada, Medelində keçirilən nüfuzlu ədəbiyyat
festivalında şeirlərini oxuyur.
1 iyul epiloqu
Mən
anadan olanda
valideynlərim
yazmadılar doğum tariximi;
Sonralar
onlar da
minlərlə ata-analar kimi
mənə deyəcəkdilər:
anadan
olduğun tarix bəllidi-
Ad
günün
iyulun
biridi...
Mənsə
heç vaxt
bilməyəcəm doğum tariximi,
anadan
olduğum günümü, ilimi...
Biz öləndə
görən nə olacaq?
Qəbir
daşımızın üstündə
bəs
nələr yazılacaq?
Gör
bizə necə
əcayib
başdaşı qoyacaqlar?!..
Ən qəmli
mürəkkəb boyası
Sergey
Yeseninin xatirəsinə
Mən
bilmirəm
mürəkkəb boyasını yuyub aparmaq üçün
nədən istifadə edərmişlər;
Bilmirəm
söz
necə yaranıb,
necə
canlanıb, necə boy atıb?
Ya da
çəhrayı bir şeirin səkkiz sətrini
yazmağa
nə qədər
mürəkkəb çatıb?!
Amma...qəti
sözümdü,
bir qoca
rus qadını tanıyıram:
onun
muzeyi
mürəkkəb boyasının tozunu
silməkdən boyun qaçırıb.
Qəbiristanlıqda
ağlayan qaraçı qızını görəndən
sonra
İllər
öncə mənə,
dünyadan təcrid olan
bir
dağ kəndi barədə danışmışdılar;
Bu kənddə
əbədi gün işığı yanarmış,
havalarsa
daim
soyuq olarmış.
Deyərmişlər
ki,
kişini
nəfəsinə görə oxuya bilərsən;
ya da-
heç
vaxt qadının gözlərinin içinə baxma,
deyərmişlər,
ən
düzgün cavabı
qadın
dodağının titrəyişi pıçıldayır.
Bəli,
bu bir həqiqət
idi –
o kəndin
adamlarını ta əzəldən
hər
kəs başa düşərdi
dodaqların tərpənişindən.
Uşaqlara
yeriməmişdən qabaq
bü
tün
vacib şeyləri öyrədərdilər,
ən
qorxulu yaş dövrünə çatanda-
(uşaqlıqla böyüklük
arasındakı dövr ən qorxulu dövrdür!),
uşaqları uca dağların zirvələrinə
göndərərdilər!
Bütün
Zamanlarda İncə sənət işini görməli olan
Danışmaq
Universitetinə!
O
dağların başında
görüşüb tanış oldu
iki
sevgili aşiq!
Aşiq
şair
kimi nəfəs almağı öyrənirdi,
Məşuq
heykəltəraş olmağı!
Biri-birini
sevdilər,
Sevib
aşiq oldular!
Gözəl
günlər, xoş günlər sorağıyla
xəyallara daldılar!
Sənətin
sevinc dolu illəri
gözləyirdi onları,
Qanadlanacaqdı
həyat arzuları!
Lakin bir
gün evə dönəndə,
yalnız
kəndirlə nəfəs alan
qısqanc bir kəndli
onları
qarşıladı,
Məktəbdən
qovulmuşdu kəndli-
acıqlıydı,
əlindəki kəndiri ağacdan salladı-
amansızdı,
ilgəyi
cavan aşiqin boynuna keçirib
ağacdan asdı onu...
Vəssalam,
bu da
yazının sonu.
O məşuq
qızı
hələ də görmək olur,
bu
günə kimi o qız
oturub
asılmış oğlanın
yellənən meyiti altında-
ağzı yumuludur-
danışmır, susub,
Əlində
iynə-sap var yalnız!
Çəhrayı
delfinlər və ölmüş anamla birlikdə üzəndə
Biz yaşa dolanda hamımız müxtəlif cür
görünürük. Sənin rəngin də ən azı bir dəfədən
çox dəyişir. Yadıma gəlir ki, bir vaxtlar sən
sarıya çalırdın, sonra ağ rəngdə
oldun, özü də lap ağappağ. Mənim
birgə üzdüyüm çəhrayı delfinlər də
gah mavi rəngə çalardı, gah yaşıl, gah da boz rəngdə
olardı. Bəlkə elə biz öləndə çəhrayı
rəng daha yaxşıdı... Mən bilmirəm hansı rəngdə
olacam-dərimin quruluşu mənə gön dərili
gödəkçə rəngini də verə bilər. Sən həmişə məni irland kostyumunda
görmək istəyirdin, o kostyumu xoşlayırdın.
Mən indi üzürəm, üzəndə o
yadıma düşür. Biz ilk dəfə
onları cəmi bir saat əvvəl görmüşük.
Deyirlər, Puerto Narinodakı muzeydə delfinlər
üzgüçülərə və balıqçılara
hücum ediblər. Lakin mən hələ
də suyun içindəyəm, bizim müxtəlif
dünyalarımız barədə düşünürəm.
Delfinlər böyür-başıma fırlanır və
bizim bələdçimiz bağırır:”Tez ol,
qayığa qayıt!”
Lakin mən
qayığa qayıtmaq istəmirəm, bununla da sənə daha yaxın
olduğumu hiss edirəm. Tutqun qəhvəyi suyun içinə
baş vurduqca və maraq məni bürüdükcə...
Bu gecə
yaman zülmətdir, ana! Mən çayın
dibinə baş vururam...Mən bir daha tənha qalmaq istəmirəm.
Əgər delfinlər bunu edə bilirlərsə,
onda mən də bunu bacararam. Mən suda
olan kimi elə bil onlardan biri oluram. Mən
delfinlərin dalınca düşürəm, onlar kimi
üzürəm. Mən onlara qarışıram,
yüzlərlə, minlərlə delfin kimi olmaq istəyirəm,
ana! Və mən delfin ordusu yaratmaq istəyirəm
ki, onlar məni mənim dünyamdan sənin dünyana
aparsınlar. Mən öz uşaqlarımın
çiyinlərində gələcəyəm, ana!
Səhər ayılanda Amazonun ruhu mənim
ağzımdan çıxırdı.
Yenə qayıdıb suya baş vururam, günəş
daha görünmür. Mənim ayaqlarım var və mən yenə
o delfinləri axtarmağa çalışıram.
Öz ailəmi görmək üçün bütün
günü gözləyə bilmərəm ki! Kimsəyə
ehtiyacım var. Mən daha yalqız qala bilmərəm.
Ana, bax, delfinlərdən biri mənim qarşımdadır, elə
gözəl gözləri var ki! Bilirəm,
kabusların ömür həddini yaxşı bilirəm.
Amma bu gözəl gözlər mənim
xatırladığım sonuncu şeydir. Sən
çarpayıda oturmuşdun. Bilirdin ki, bir
daha olmayacaqsan. Sən ağlayırdın.
Sən rəngini dəyişmişdin. Sənin gözlərinin içinə baxdım və
o gözlər əbədi olaraq yaddaşımda mənim
qorxum kimi qalacaq. Sən komaya düşəndə mən
sənin ümidin ola bilmədim, o gün əlimdən
heç nə gəlmədi. Gərək arxa
qapını açıb səni gölə
sürüyüb gətirəydim. Sən
dəyişirdin, sən mənim dünyamı tərk edirdin;
sən mənim anlaya bilmədiyim dünyamı tərk edirdin.
Ana, xahiş edirəm, yalvarıram, qoy delfinlərdən
biri məni sənin yanına aparsın. Tut qollarımdan
birini, dart. Nəsə elə, ana, təki burda mənimlə
qal.
Azərbaycan
gündəliyindən
Şəhidlər
günündə
Şəhidlər
günündə qara paltarlı adamlar,
ata-analar,
bütün ailələr,
atalarının boynunda oturub
kədərli baxışlarını izdihama zilləyən
uşaqlar...
Şəhidlər
günündə
axışır...
hamı
ağır-ağır
Şəhidlər
xiyabanına axır-
şəhid məzarlarına qırmızı qərənfillər
düzmək üçün,
öz dərdlərinə
gül səpmək üçün...
Bu qədər
itkini
həqiqətin üzünə çırpmaq ağırdı,
Qorbaçovun
qətliamı-
utanmaz əməl
adamı!
Ağırdı,
çox ağırdı bu qəhər,
Həqiqətdi
bu acı kədər!
Görəsən
şəhidlər günündə
Raisa
Maksimovna
sevgi
oyunlarıyla öyünürdü?
Ya bəlkə
hardasa
xeyriyyə işləri barədə düşünürdü?
Yox!
Bu xudbin
siyasətçilər
yalnız
özlərini düşünürlər!
Hakimiyyət
– onların gücü,
hər
zaman ölkəni istədikləri kimi fırladırlar.
Gizlidi hər
zaman niyyətləri,
soyuqqanlı yalanları,
soyuqqanlı xislətləri!
Hörümçək
torlarıdı
toxuduqları!
Elə ki
gördülər duyuq düşürük,
Zərbə
endirirlər,
ölürük biz də-
Şəhidlər günündə.
Ölmüş
canavar və ölmüş şair gözləri
Gecələrin
birində Vilfred
məni
bir çardağa gətirdi,
dostunun
gülləylə vurub
öldürdüyü
canavarı göstərdi...
Canavar
qaraydı, qanlıydı,
üfunət iyi verirdi...
Sonradan
günlərlə mənim gözümə göründü
bu vəhşi
azman...
Mən tənha
olanda
o da gəlib
dururdu
gözlərimin önündə;
dəmir
boru götürürdüm
hər
zaman əlimdə,
pencəyimin qolunda
gizlədirdim həmişə,
Özümü
qorumaqçün
yaman
düşmüşdüm işə...
Dəmir
borunu mən
hər
yana daşıyırdım,
bütün istehka
mlarda
mənim
ümidim idi,
O boru
Makkenzinin
don
vurmuş sularında
mənim
köməkçim idi...
Lap bu dəmir
parçası
mənim
silahım idi-
qorxudan
ayaqlarım
əsim-əsim əsəndə
zərbə endirmək üçün
yaxşıca yarayırdı.
O soyuq
silah növü
cürətli etmişdi məni,
güc
də vermişdi mənə....
Canavar səslərindən
daha
qorxum yox idi:
Patrik, sən
o dəmir
parçasını
qaldırıb var gücünlə
elə
vurmalısan ki,
canavar
ölməlidir!
Mənə
yaşlı adamlar
qədim
bir rəvayətin
müxtəlif versiyalarını danışmışdılar-
onların canavarla
mifik əlaqəsi
də var:
Deyirlər,
qədimlərdə
bir azman
canavar
bir
komaya hücum edib,
orda
yatan qadının
başını parçalayıb.
Komaya girəndə
onu
heç
kim görə bilməyib,
Adamlar
döşəməyə fışqıran qan səsini
eşidib,
bir də
ağızdan tökülən suyu...
Komadan
yanan peçin
gurultusu
da gəlib.
O vaxtdan
üç il ötüb
İndi mən
Bakıdayam,
Bu qədim
şəhərdə
oturub
gözlərimi zilləmişəm
Rahib Həsənovun
yaratdığı
şair
Əlağa Vahidin heykəlinə-
mat
qalmışam bu sənət əsərinə.
Elə
bil şairin beyninin içi görünür-
diqqətlə baxanda
ordan
şairin xarakteri
bəlli
olur.
Burda
Şərq-Qərb
dəyərləri toqquşur,
Ziddiyyətlər
öpüşür, coşur...
Burda bir az sərxoşluq,
bir az da
çal-çağır var.
Bu sənət
əsəri
elə
bil
dərinin üstünə qoyulan
süni
saç kimidi-
dincəlir.
Bəzi
görüntülərdən nifrət hissi də
yağır,
bəziləri mübahisə doğurur,
əks
etdirir qarışıq aləmi,
ya da elə
o qədim
rəvayətə
qaytarır adamı...
Bəlkə
elə o nağıldakı kimi
daha bir
diş götürməyə,
daha bir
həmlə etməyə
hazırlaşır?
Lakin
bu heykəl
gözlərdən
təxminən dəli bir adamın baxışları baxır,
məni
də saatlarla burda yubadıb saxlayır.
Vahid kədərli
görünür,
Vahid
acıqlı görünür,
onun qana
ehtiyacı var...
Makkenzi
çayının üstündə indi
əlimdə dəmir boruyla yalqız qalanda
mənim
gözlərim də
onunku
kimi olur sanki.
Yəqin
o
çardaqdakı gülləylə
öldürülmüş
canavarın gözləri də
ölməmişdən qabaq belə olub,
acıqlı, açıq və qanlı..
Biz
hamımız
bədbəxt hadisəylə həyatımızı bitirəndə,
sopsoyuq
stolun üstünə qoyurlar bizi...
ayağımızın ucuna
birka
taxırlar,
həkimlər də beynimizi
sanki
mistik bir rəvayət axtarışıyla
yarıb
açırlar.
İngilis dilindən çevirəni:
Kamran Nəzirli
525-ci qəzet.-
2014.- 24 may.- S.29.