Mərdliyin profilləri- Con F.Kennedi
İngiliscədən Telman Orucov tərcümə
edib
Lakin Qanunvericilik bundan keçmədi. Fevralın 4-də hər
iki Palatadan keçən Qətnamə Lamara belə bir təlimat
verdi ki, Blend Gümüş Billinə səs
versin və Missisipi naminə onun səsvermədən
keçməsinə əmin olmaq üçün
sözçü kimi bütün lazım olan cəhdlərdən
istifadə etsin.
Lamar bu hərəkətdən dərindən narahat oldu. O, bilirdi ki, Qanunvericilik təlimatlarını
əlaqələndirmək hüququnun möhkəm kökləri
Cənubdadır. Onu təyin etmiş
Qanunvericiliyin tələbləri barədə arvadına
yazdığı məktubda o, etiraf edirdi ki, “mən bunu edə
bilmərəm. Mən bundansa siyasətlə
həmişəlik qurtara bilərəm”. O, Qanunvericilik
orqanında olan dostuna izah etməyə
çalışırdı ki, o, federal siyasətin məsələləri
üzrə öz rəyini ifadə edən orqanın
hüququnu tanıyır və Senatorun vəzifəsi, o,
hansı kursla davam edəcəyinə şübhə etdikdə,
həmin ekspressiyalara dözməkdir. Lakin bu
xüsusi hadisədə o, təkid edirdi ki, “onların
arzuları bütün həyatın inandırdıqları
ilə birbaşa münaqişədədir; və mən
(Metyu Qətnaməsinə) göstəriş əsasında səs
versəm, mən onda ilk səsimi öz vicdanım əleyhinə
verəcəyəm”.
“Əgər
(Senator) vətəndəki öz dostlarının rəyləri
tərəfindən idarə olunmasına imkan versə, o, necə
özünü onlara, onlar isə ona özlərini həsr edə
bilər, o, əvvəlki hazırlığın və təhsilin
zəngin nəticələrini kənara atacaqdır və onlardan bir neçə
gün ərzində dəyişilə bilən hisslərinin
sadəcə bayağı eksponentinə çevriləcəkdir...
Belə kurs istənilən adamın dövlət
xadimliyini karlik ölçüsündə edəcəkdir və
onun səsi sadəcə gözlənilən tək
olacaqdır, kamil dəqiqliyin nəticəsi olmayacaqdır”.
Buna baxmayaraq, mərdlik fəlsəfəsi ilə
razılığı onun siyasi həyata qayıtmasını
idarə etdi, Lamar qət etdi ki, öz bölməsi ona sadəcə
əks mövqedə olduğuna görə geri dönməsin. O, belə qənaətə
gəlmişdi ki, köləlik xətti vasitəsilə
özü və sektsiyası üçün Şimalın
hörmətini satın almayacaqdır; lakin ləyaqəti əsas
götürərək qərara almışdı ki, qanun
layihəsi düzgün deyildir, o, Cənubda dövlət
xadimliyinin ölmədiyini və ya Cənubun milli borc və
şərəfdən əl çəkməyin arzu olunmayan
olduğunu millətə nümayiş etdirmək
qayğısını çəkirdi. O, hiss edirdi ki, bu məsələdə
xüsusi əhəmiyyəti olan odur ki, Cənub hərəkətin
dar sektsional kursunun arxasınca getməyəcəkdir. İllər ərzində o, mübahisə
etmişdi ki, Cənub Demokratları Birləşmiş
Ştatlar hökumətinin Vətəndaş müharibəsi
ərzində irəli sürdüyü vəzifələrin
ləğv olmasını axtarmayacaqdır. Lamar Cənub
Demokratları arasında Corciyadan olan Senator Ben Hill istisna
olmaqla, yeganə adam idi ki, “Sərbəst
Gümüş” hərəkatının əleyhinə
çıxdı. Ben Hill demişdi ki,
müharibə ərzində onun etdiyi ən yaxşı
şey o idi ki, Birliyin istiqraz vərəqəsini altmış
sentə almış, verdiyi altmış senti də
itirmişdi, bu vaxt isə ona vəd edildiyi dolların ödənilməsini
istəyirdi.
Bir həftə sonra Blend Gümüş Billi
axırıncı səs vermə üçün Senat
qarşısında qoyuldu. Debat sona çatanda gözlənilmədiyi
halda Senator Lamar ayağa qalxdı. Onun əlində
heç bir qeyd nişanəsi yox idi, çünki o, Senatda nə
vaxtsa mövcud olmuş ən parlaq improvizasiya ilə
çıxış edən natiqlərdən biri idi (“Qələm
mənim ağlımdakını söndürəndir” – o,
deyirdi – və “əsəblərimə işgəncədir”).
Qeyd əvəzinə əlində Missisipi
ştatının böyük möhürünü gəzdirən
rəsmi sənədi tutmuşdu və bunu səhifə-səhifə
stolun üstünə qoyurdu. Öz
kolleqalarına tərif dedikdən sonra Senator Lamar izah etdi ki,
Gümüş Billi barədə artıq öz
baxışlarını bildirməsinə baxmayaraq, o,
“özünün bir borcunu da icra etməlidir; ən
ağrılı cəhət olmasına, baxmayaraq ki,
aydındır”. Sonra o, xahiş etdi ki,
stolunun üstünə qoyduğu qətnamələr oxunsun.
Senat əvvəlcə təəccübləndi və
sonra məmur Missisipi Qanunvericiliyinin Blend Gümüş Billinə
Senatorların səs vermələri barədə ekspress-iradəsini
oxuyanda, zalda diqqətəlayiq bir sakitlik yarandı. Məmur təlimatları
oxuyub başa çatdıranda, bütün gözlər
Lamara dikildi, lakin bircə adam onun gözlədiyinə
əmin idi. Vaşinqtonun “Capitol” qəzetinin reportyoru bunu belə
təsvir edir:
“Qəbul
olunacaq qanun layihəsi ilə bu centlmenin utancaq mövqeyini nəzərə
alaraq, hər bir Senator o dəqiqəcə
diqqət verməyə başladı və zal qəbir kimi
sakitliyə çevrildi”.
Senat zalında iri bədənli, lakin tənha fiqura olan
Lutsius Lamar sakit, lakin güclü səslə
danışırdı, səs “emosiya ilə titrəyərək
qalxırdı, onun bədəni də təşviqata
uyğun qaydada yırğalanırdı”.
“Mister
Prezident, bu qətnamələrlə mənim əqidələrim
arasında böyük uçurum vardır. Mən onları qəbul
edə bilmərəm... Mənim vəziyyətimin
üzərində gənclikdə təhsilə kömək
etmək imtiyazım olduğundan, mən daim
çalışmışam ki, öz inamım və həqiqət
saxtakarlıqdan, vicdanlılıq siyasətdən, mərdlik
qorxaqlıqdan yaxşı olduğuna görə onları ifadə
edim. Bu gün aldığım dərslər
mənə qarşıdır. Bu gün mən
ya düzgün, ya da saxta, vicdanlı və ya hiyləgər,
öz xalqına sədaqətli ya da sədaqətsiz
olmamalıyam. Hətta bu saat onların
qanunvericiliyinin narazılığı və bəyənməməsi
qarşısında da olduğum bir vəziyyətdə mən
bu qətnamələrə səs verə bilmərəm.
Öz səsimin səbəblərini mən öz
xalqıma izah etməliyəm. Onda bu onlara qət etməyə
imkan verəcəkdir, vicdanlı şəkildə öz məsləkimə
sadiq olmağım onları təmsil etməyi
dayandıracaqdır. Çətin və mürəkkəb
məsələ barədə rəy müxtəlifdirsə,
ona görə mənə səbir, uzun davam edən və
vicdanlı qaydada öyrənmək lazım gəldi, buna
bütöv vicdanlılığı və məqsədimin
yeganəliyini tabe etmişəm, buna görə mən
qüdrətli Allahın mənə verdiyini sərf etməklə,
sizdən ayrıldığımı bildirirəm;... lakin
onların iştirakı ilə qərar necə olacaqsa, həm
də bilirəm ki, həmin vaxt uzaqda olmayacaqdır ki, o zaman mənim
bu günkü hərəkətimin müdrik və ədalətli
olduğunu onlar etiraf edəcəklər; və öz borcumun
vicdanlı məsləki ilə silahlanaraq sakitcə nəticələri
gözləyəcəyəm, çünki böyük
Amerikanın “Həqiqət hər şeydən qüdrətlidir
və ictimai ədalət şübhəsizdir” kəlamına
inanıram”.
Qanun layihəsinin hər iki tərəfində olan
Senatorlar o saatca onun stolunun yanına
yığışdılar ki, igidliyini tərifləsinlər. Lamar bilirdi ki,
onun natiqliyi və səs verməsi, Blend Billinin
çoxluğunun səsi ilə qəbul edilməsinin və
prezident Heysin vetosunu da keçərək onun sonradan qüvvəyə
minməsinin də qarşısını ala bilməyəcəkdir.
Həm də onun məqsədli və qəribə
bir mərd qaydada öz seçicilərinin iradəsinə
tabe olmaması da bütünlüklə əbəs deyildi.
Bütöv Şimalda nitq yüksək qaydada tərifləndi.
Cənuba qarşı etimadsızlıq və
onun milli borca və milli etibara münasibətinə
şübhə azalmışdı. “Harper`s Weekly”
Lamarın “öz ştatının möhkəm və
ümumi ictimai hissiyyatına” əks olaraq səs verdiyini qeyd
edərək, bunu belə yekunlaşdırırdı:
“Heç
bir Senator mister Lamar kimi özünün
ümumi hörmətə daha çox layiq olduğunu göstərməmişdi;
öz ştatının ən nüfuzlu etirazı
qarşısında, öz prinsiplərinə görə
heç nə üçün daha bütöv insan kimi
dayanmamışdı... Missisipidən Demokratik
Senator Amerikan dövlət xadiminə çevrilməklə
kişilik mərdliyi göstərdi”.
“The Nation” Lutsius Lamarın qısa
çıxışını, öz ştatının təlimatlarına
məhəl qoymamasını izah etməklə,
insanlığa, ləyaqətə, “Konqressdə heç vaxt
ötüb keçilməyən pafosa görə” nəşr
etdi.
Əvvəlcədən irəlini görmənin baş
tutacağı yəqin ki, görünürdü. Missisipidə
Senatora hücum qəfləti və güclü idi. O,
öz xalqına və sektsiyasına arxasını
çevirdi. Bir siyasi natiqin sözlərinə
görə, o, “çox tələsik düşmən
sıralarına birləşdi, beləliklə öz həlak
olmuş yoldaşlarının qəbirlərinin üstündə
büdrədi”. Köhnə dostu Cefferson Deyvis Lamarı
Qanunvericiliyin təlimatlarına məhəl qoymamaqla “bizim
siyasi sistemin əsasına” və Cənub Demokrat
partiyasının uzun müddət mövcud olan təcrübəsinə
hücum edən kimi, onu dərindən yaralamaqla, ictimai qaydada
məhkum etdi. İmtina etmək, ya tabe olmaq,
yaxud da vəzifədən istefa vermək, onun seçiciləri
belə qaydada “eləsini seçməli idilər ki, o, həqiqətən
onları təmsil etsin”. Deyvis deyirdi ki,
idarə etmək üçün fərasətlilərin
sayı barədə xalqın tələbi vardır (Lamar
öz keçmiş rəhbərinin münasibətindən
ağır zərbə almışdı, lakin bir neçə
gün sonra bir qeydini işıqlandırdı. Bu vaxt
Senator Hoar qanun tərəfindən Deyvisə Meksika müharibəsinin
iştirakçısı kimi verilən pensiyanı ləğv
etməyə çalışanda, Lamar Konfederat lideri barədə
unudulmaz və müdafiəedici bir çıxış etdi:
“Ser, bu heç bir mərdlik göstərməyi tələb
etmir; mən inanıram ki, centlmen xristian dövlət xadimləri
arasında rütbə əldə edir. O, mifologiyanın səhifələrindən
daha yaxşı dərs ala bilər. Prometey
qayaya mıxlananda, bu, qurbanın həyati orqanlarına öz
dimdiyi ilə işgəncə verən qartal deyildi, o
quzğun idi”.
Müasir
şəraitə uyğun olaraq, Lamar
mızıldanırdı: “O, quzğun idi”, onun sağ əli
kənara tuşlanmışdı və barmağı
birbaşa Hoarı göstərirdi).
Hamı razılaşdı ki, Lamar bir seçki müddətindən
sonra siyasi meyiddir və yeganə məsələ isə məhz
kimin onun varisi olacağı idi. Lamar Missisipini sevirdi və
ştatın tənqid edilməsi onu dərindən
ağrıdırdı. O, arvadına yazırdı ki, elə
maliyyə vəziyyətində olmağı arzulayır ki,
öz ailəsinə ədalətsizlik etmədən öz vəzifəsindən
gedəydi:
“Bu dünya yalnız səninlə əlaqə istisna
olmaqla kasaddır. Mən Şimaldan çox sayda tərifli məktublar
alıram, çox az sayda məktubu isə
Missisipidən alıram. Bu həqiqət ola bilərmi ki, Cənub
onun əsl maraqlarını güdənlərin,
özünün zirehsiz döşünü səhvin
müdaxiləsinə qarşı maneə kimi təklif edənlərin
qərəzsiz məhəbbətini məhkum etsin?... Bu həqiqətən də
ictimai adamın ürəyinin üstünə qoyulan
ağır xaçdır ki, ondan öz seçicilərinin
uzaqlaşan məhəbbətinin və etimadının səbəblərinə
qarşı dura biləsən”.
Lakin özünün məşhur əmisi, texaslı
Mirabo Lamar və ailəsinin digər üzvləri kimi Lutsius
Tsintsinnatus Lamar aşıb-daşan əllaməliklərdən
qorxmurdu.
Etiraf edildiyi kimi, o, Qanunvericiliyin təlimatlarını pozdu,
o, deyirdi: “Mən suveren xalqa, mənə təlimat verən
qanunvericilik ustalarına müraciət edəcəyəm”.
Bu bəyanatla Senator Lamar Missisipi üzrə uğurlu səfərinə
başladı.
Dolu zallarda və açıq tarlalarda minlərlə adamla,
camaatla danışaraq, Lamar səmimi surətdə bəyan
edirdi ki, ona agahdır ki, seçicilərin xoşuna gəlməyəcəkdir;
o, həm də bərabər qaydada hali idi ki, istifadə edilməli
asan yol sektsional səbəb idi, o, da daim özünü buna həsr
etmişdi, lakin onun məqsədi ondan ibarət idi ki, sektsional
təzyiqlərə məhəl qoymadan milli marağa səs
verməklə Şimalla Cənub arasında etimad hissini və
qarşılıqlığını yaratmağa kömək
etsin.
Saat üçdə ya dörddə onun ehtirama və təxəyyülə
əsaslanan istedadlı nitqi, onu ələ salmağa gəlmiş
kütlələri heyran etdi. Sonralar bir neçə
müşahidəçi yazırdı ki, “axında
daşları süpürüb atan dağ çayı kimi,
onun xəttinə müxalif olmağa cəhd edənlərlə
də o, həmin qaydada danışırdı”.
Lakin Lamar məsələdən yan keçmək
üçün emosiyaları qızışdırmaqdan
ötəri natiqlik hiyləgərliyindən istifadə etmirdi. Əksinə, onun
çıxışları mövqeyini öyrənməyə
kömək edən izah idi, Senatın konstitusional tarixi ilə
və onun ştat qanunvericilikləri ilə əlaqəli və
dövlət xadimlərini və Börkün, Kalhounun,
Uebsterin və digər məşhur Senatorların nümunələrini,
hansılar ki, Qanunvericilik təlimatları ilə
razılaşmırdı, irəli aparırdı: “Öz
adlarını vermiş məşhur adamların nümunəsi
ilə hərəkət etmək, populyar
qışqırığa hörmət etdikdə,
bütünlüklə ədaləti və məsləki tərk
etməkdən daha yaxşıdır”.
(Ardı var)
525-ci qəzet.-
2014.- 24 may.- S.22.