"Uğurlu dövlət siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı"
RAUF ZEYNİ: "AZƏRBAYCANDA
QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ
CƏMİYYƏTİNİN İNKİŞAFI
ÜÇÜN VACİB BİR PLATFORMA,
QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI"
Çağdaş dövrümüzdə ictimai
həyatın demokratikləşdirilməsi,
insan hüquq və azadlıqlarının
qorunması, cəmiyyətin
harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri
kimi vətəndaş
cəmiyyətinin inkişaf
etdirilməsi, dəstəklənməsi
cəmiyyətin əsas
hədəf və vəzifələrindən biri
kimi çıxış
edir. Müstəqillik əldə etdikdən
sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının
inkişafı dövrü
başlayıb. Bu yol heç də hər zaman rahat deyil,
bir çox hallarda enişli-yoxuşlu
olub. Üçüncü sektor təmsilçiləri
öz inkişafında
ən müxtəlif çətinliklərlə üzləşmələrinə
baxmayaraq, nəticə
etibarı ilə cəmiyyətdə özlərini
təsdiqləyə biliblər.
Vətəndaş cəmiyyəti institutları
bu gün Azərbaycanda tərəqqi
proseslərinin, novatorluğun,
modernləşmə təşəbbüslərinin
lokomotivi kimi qəbul edilirlər.
Artıq
vətəndaş cəmiyyəti
institutları cəmiyyəti
irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə,
atdığı addımlara
ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz
ki, vətəndaş
cəmiyyəti institutlarının
bu səviyyəyə
gəlib çıxmasında
Azərbaycan dövlətinin,
xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna
əhəmiyyəti var. Bütün
bu müsbət məqamların fonunda müəyyən problemlər
və həllini gözləyən məsələlər
var ki, bunlar
da hələ ki, üçüncü sektorun qarşısında
qət ediləcək
yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni ilə
söhbətimizi də
bu istiqamətdə qurduq.
- Rauf müəllim, sizcə QHT-lər beynəlxalq əlaqələrini
necə qurmalı, bu baxımdan hansı məqamları nəzərə almalıdırlar?
- Azərbaycan demokratık bir ölkədir. Ölkəmiz demokratik, bəşəri
dəyərləri hər
zaman üstün tutan, buna rəğbətlə
yanaşan dövlətlərdən
biridir. Elə bunun nəticəsidir
ki, biz istər QHT sektorunda, istərsə də digər sahələrdə beynəlxalq
aləmə açıq
ölkəyik. Buna görə də hər bir sahədə
beynəlxalq təşkilatlar,
xarici ölkələr
və digər qurumlarla mühüm əməkdaşlıq edərək,
müstəsna əlaqələrə
malikik. Dövlət tərəfindən yürüdülən mükəmməl
siyasət nəticəsində
nüfuzlu beynəlxalq
qurumlarla qurulan əlaqələrin nəticəsidir
ki, Azərbaycan dünyada, BMT səviyyəsində
hesablaşılan ölkə
kimi tanınır.
Mütərəqqi, tolerant ölkə olan Azərbaycanda aparılan məqsədyönlü,
ardıcıl siyasətin
nəticəsində bura
beynəlxalq dialoq, kültür, eləcə
də mühüm tərdbirlərin keçirildiyi
mərkəzlərdən birinə
çevrilib. Sadaladığımız bütün bu məqamlar ölkəmizin
məhz beynəlxalq aləmlə üstün əlaqələrinin olmasını
göstərən nümunələrdəndir.
Əksər dünya dövlətləri
də Azərbaycanın
tolerant, aşkar, demokratik
ölkə olduğunu
etiraf edir. Bütün bunlarla yanaşı, hazırda Azərbaycan kosmik ölkəyə çevrilib. Bu məqam da öz
növbəsində ölkəmizin
beynəlxalq aləmlə
əlaqələrinin daha
da güclənməsinə,
nüfuzunun artmasına
şərait yaradan cəhətlərdəndir. Ölkə olaraq konsepsiyamız ondan ibarətdir ki, neft ixrac
edən ölkədən
intellekt ixrac edən ölkəyə çevrilək. O cümlədən
qara qızılı insan resursuna çevirməyi düşünürük.
Bütün bunlar üçün
isə beynəlxalq təcrübəni daha geniş şəkildə
mənimsəməli, beynəlxalq
aləmə inteqrasiya
olunmalıyıq. Avropaya, beynəlxalq
aləmə inteqrasiya
yolunu tutan bir ölkənin üçüncü sektor
təmsilçiləri olaraq
biz bütün xarici təşkilatlarla maksimum səviyyədə və şəffaf şəkildə
əlaqələr qurmağa
çalışırıq. Çalışırıq ki, beynəlxalq
təşkilatlarla daha
böyük əməkdaşlıq
imkanları, daha böyük tribunalar əldə eləyək.
Əgər bu imkanları
əldə edə bilsək, ölkəmiz haqqında daha geniş təbliğat apara, Azərbaycan həqiqətlərini, erməni
işğalını rahat
şəkildə beynəlxalq
təşkilatların, xarici
ölkələrin diqqətinə
çatdıra bilərik.
Eyni zamanda biz QHT-lər olaraq Avropa Birliyi
Şərq Tərəfdaşlığı
proqramını dəstəkləyirik.
Biz də vətəndaş
cəmiyyəti olaraq bu proqramda təmsil
olunuruq. Yəni biz Qərblə
bərabər, Şərqə
də inteqrasiyaya maraqlı olan ölkəyik. Başqa sözlə
desək, biz yalnız
bir istiqamətlə deyil, bütün beynəlxalq təşkilatlar,
qurumlarla əməkdaşlıq
edirik.
Amma bütün
bunlara baxmayaraq, QHT-lərin xarici əlaqələri bizi qane eləmir. Hesab edirəm
ki, biz üçüncü
sektor təmsilçiləri
olaraq daha geniş imkanlar əldə etməli, əlaqələrimizi bir qədər də genişləndirməliyik. Təbii ki, bütün bunlarla yanaşı özümüzün milli-mənəvi
maraqlarımızı, dəyərlərimizi
qorumaqla beynəlxalq aləmə inteqrasiya etməklə vətəndaş
cəmiyyətimizin inkişafına
təkan verməliyik.
Əlaqələrimizi elə səviyyədə
qurmalıyıq ki, beynəlxalq təşkilatlar
da bizim ərazi bütövlüyümüzü,
erməni işğalını
qəbul etsin və haqq səsimizin
dünyaya, daha geniş ictimaiyyətə
çatdırılması üçün bizə yardımçı olsunlar.
Həmçinin beynəlxalq qurumlar
üzərlərinə düşən
vəzifələri yerinə
yetirməklə, işğalçının
ölkəmizdən çıxarılmasına,
torpaqlarımızın işğaldan
azad edilməsində bizə yardımçı
olmalıdırlar. Biz beynəlxalq öhdəliklər
qarşısında öz
üzərimizə düşən
öhdəlikləri yerinə
yetirdiyimiz kimi, beynəlxalq təşkilatlar
da vəzifələrini
yerinə yetirməlidirlər.
Onlar işğalçını öz
adı ilə çağırmalı, haqqı
görməzlikdən gəlməməlidirlər.
Bu baxımdan biz üçüncü sektor
təmsilçiləri olaraq
beynəlxalq əməkdaşlığın
daha geniş səviyyədə qurulmasında
maraqlıyıq. Hesab edirəm
ki, üçüncü
sektor təmsilçiləri
beynəlxalq əlaqələri
quran zaman məhz yuxarıda sadalanan məqamları önə çəkməlidirlər.
Beynəlxalq güclər erməni
vəhşiliklərini görənə,
buna layiqli reaksiyalarını verənə
qədər biz mübarizə
aparmalıyıq. Biz üçüncü sektor
təmsilçiləri olaraq
beynəlxalq əməkdaşlıqda
maraqlıyıq.
Müasir dövrün tələblərinə
uyğun olaraq biz hər zaman yenilənməli, ümumi
inkişafdan geri qalmamalı, eyni zamanda milli dövlətçilik
maraqlarını, milli
mentaliteti qorumalı və bütün fürsətlərdən istifadə
edərək həqiqətlərimizin
daha geniş şəkildə duyulması
üçün var qüvvəmizlə çalışmalıyıq. Bu baxımdan da yeni kadrlarımızı formalaşdırmalı, maddi-texniki
bazamızı gücləndirməliyik.
- QHT-lərin fəaliyyətində
dövlətçilik məsələləri,
milli maraqlar nə dərəcədə
rol oynayır?
- Bizim üçüncü
sektor təmsilçiləri,
xüsusilə Forumun üzvü olan QHT-lərin demək olar ki, hamısı
milli maraqları, dövlətçiliyi, milli
mentalitetimizi düşünən,
atdığı addımlarda
onu qoruyan təşkilatlardır.
Bu, o demək deyil ki, sən
milli maraqları, dövlətçiliyi qoruyan
təşkilatsansa, hökuməti,
hansısa məmuru tənqid edə və ya kiminsə
hüququnu müdafiə
edə bilməzsən.
Təəssüf ki, hansısa
təşkilatın milli
maraqları müdafiə
etdiyini dedikdə, bir çoxları bunu iqtidaryönlü QHT kimi başa düşür. Amma bu, belə deyil. Hesab edirəm ki, milli maraqlardan çıxış etmək,
dövlətçiliyi düşünmək
bütün üçüncü
sektor təmsilçilərinin
müqəddəs vəzifəsidir.
Hər bir QHT milli-dövlətçilik
maraqlarını qorumağı
özünün şüarı
müqəddəs vəzifəsi
kimi başa düşməlidir. Biz bütün
mənalarda dövləti,
dövlətçiliyi, milli
maraqları müdafiə
edən təşkilatıq.
Forumumuzun üzvü olan
təşkilatlar da bu mövqedən olan təşkilatlardır.
Amma bu bizim təşkilatlarımızın
fəaliyyətinin məhdudlaşdırılması
anlamına gəlmir.
Çünki təşkilatlarımızın
bütün fəaliyyəti
azad, ədalətli şəkildə qurulur.
Bütün üçüncü sektor təmsilçiləri,
eləcə də Forumun üzvü olan QHT-lər istədikləri istiqamətdə
azad şəkildə
fəaliyyət göstərirlər.
Bunun üçün onlara heç bir qurum tərəfindən hansısa maneələr yaradılmır.
(Ardı var)
Aqil LƏTİFOV
525-ci qəzet.-2014.-
23 may. - S.6.