Bakıda "Saf rənglər"   festivalı başlanıb

 

 Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində bu gün ADRA-nın və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə "Saf rənglər" II beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının ictimaiyyət üçün açılışı olub.

SalamNews xəbər verir ki, festivalda Azərbaycanda fəaliyyət göstərən 20-dən çox rəssamlıq studiyası, incəsənət məktəbi ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Fələstin, Koreya Respublikası, İordaniya, Belarus, Misir, Pakistan, Mərakeş və digər ölkələrdən uşaqların əl işləri də nümayiş etdirilir.

Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara yardım məqsədi ilə əsərlərin satışı da həyata keçirilir.

"Saf rənglər" II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalına iyunun 5-də yekun vurulacaq və iştirakçılar mükafatlandırılacaqlar.

 

525-ci qəzet.- 2014.- 24 may.- S.17.