Şimşəklər şeirini göylərə yazır, İlahi, nə gözəl söz
havasıdır
Bu millət özünü yandıra
bilməz!..
İstəsə, seli də susdurar, əlbət,
Qoluna güc gələr, dizinə taqət.
Yeri də, göyü də yandırar, fəqət,
Bu millət özünü yandıra bilməz!
Zəfər meydanda daim at sürən,
Yolundan düşməni silib-süpürən,
Torpağı od saçan, alov püskürən
Bu millət özünü yandıra bilməz!
Ağlayan gözlərin yaşı
dillənər,
Əzabdan qəlblərin başı
dillənər.
Şəhid məzarların daşı
dillənər,
Bu millət özünü yandıra biməz!
Varlığı həsrətdən oda
qalanan,
Taleyi kədərə, dərdə
calanan,
Obası
dağılan, yurdu talanan
Bu millət özünü yandıra bilməz!
Zaman qısaldıqca söhbət
uzanır,
Ayrılıq üzündən möhnət
uzanır...
Siyasət uzanır, möhlət
uzanır,
Bu millət özünü
yandıra bilməz.
Qarşını kəsibdir qalın
duman, çən,
Buludlar çəkilmir,
getmir göylərdən.
Hər an xilasını gözləyir Vətən,
Bu millət özünü yandıra bilməz!
Zəmanə nə qədər
günaha batar,
Fəryadlar yüksəlib fələyə
çatar.
Bəlalar böyüyər, xəyanət
artar,
Bu millət özünü yandıra bilməz!
Özgədir yadların fikri,
niyyəti,
Gərək ki, hər addım atılsın qəti...
Sayılar əbədi məğlubiyyəti,
Bu millət özünü yandıra bilməz!
Zaman mənə bəs
etmir
Yaşamaq eşqim artır,
Günlər mənə bəs etmir.
Ötən illərim tamam
Həyatımı əks etmir...
Düşünürəm, bəlkə də,
Sonadək, axıradək
Yaşanmayır anlarım,
Vaxtım yarımçıq qalır.
Zamanın qapıları,
Sanki gecə, gündüz də
Bağlanmır, açıq qalır...
Hər dəqiqəm, saniyəm
Duymasam, hədər
gedər.
Fikrimtək, xəyalımtək
Olub dərbədər
gedər.
Saatın
işlədikcə
Dabanından tər gedər...
Səhərə yetmək üçün ,
Zamanın sərhəddini
Aydın
dərk etmək üçün
Sübhəcən balışımtək
Çevirirəm gecəni...
Neçə dəfə rütbəyə
Çatdıraraq əlbəəl,
Neçə dəfə taxtından
Devirirəm gecəni.
Nə qədər cəhd edirəm,
Anlar ana qovuşmur.
Çatmır dalğa dalğaya,
Yol ünvana
qovuşmur.
Yaşamaq istəyim çox,
Kifayət etmir fəqət
Mənə ay da, fəsil də.
Ömrümün vaxt ölçüsü
Hər an qalır kəsirdə...
Xocalıya
Göy yarılır, ölüm
tutur
Buludların yaxasından.
Dağ ayrılır, çıxır,
sanki,
Sıldırımlar arxasından...
Üstünü yer örtə bilmir,
Məzarlara sığmır ölüm.
Artır
daim iştahası,
Can istəyir, qan istəyir,
Gözlərini fəqət yenə
Heç yollardan yığmır ölüm.
Gah çapalar daşlar üstə,
Azıb
qalar meşələrdə,
Gah çay
ilə axar ölüm.
Qayaların köksünədək
Qalxar ölüm...
Hər bucaqda susub yaşar,
Kabus kimi hey dolaşar-
Dərə ölüm, təpə
ölüm...
Sərilibdir qar içinə
Bu ağsaçlı, uzunhörük,
Ayaqyalın körpə ölüm...
Bu dünyanı küfr aparır
Ruzigar qovar saatı,
Yetişər qübar saatı.
Vaxt biçir
divar saatı.
Hirsini kəfkir aparır...
Sanki zaman fikirləşir.
Bütün cahan fikirləşir.
Hamı
yaman fikirləşir,
Hamını fikir aparır.
Qəsb
eləyib yurd bağımı,
Yadlar pozub növrağımı.
Araz bölüb torpağımı,
Bir yandan da Kür
aparır...
Qəlb
yanır min ah içində,
Baş itir tamah içində.
Fırlanır günah içində
Bu dünyanı küfr aparır...
Kitabla başlanır
Sanki hamıdan tez xəbərin olur
Hər təzə kitabın çapından sənin .
Hər yeni əsərlər, yeni nəşrlər
İlk dəfə
keçirlər qapından
sənin.
Daim gəzdirirsən ürəyin
üstə,
Kitabla öyünüb, fərəhlənirsən .
Hissin, fikirlərin səhifələnir,
Sən də kitab kimi vərəqlənirsən.
Ömrünün bəzəyi, naxışlarıdır,
Kitabla yaşanır
hər anın sənin.
Adın
kitab ilə birgə çəkilir,
Başlanır kitabla ünvanın sənin.
İrəli
Düşsə də arxamca, gedir
Bu yollar məndən
irəli.
Xəyala
dönüb dolanır,
Dumandan,
çəndən irəli...
Xoş günlər hara çəkilib,
Qarşıdan ara çəkilib.
Yellənir, dara çəkilib
Ruhum bədəndən
irəli.
Əzablar dərddən tox
imiş
Bəlalar həddən çox imiş.
Elə bil, sevinc yox
imiş,
Dünyada qəmdən irəli...
Ayrılıq fəryad qoparır,
Canımı alıb aparır.
Dərdlərim bir-bir qabarır
Çıxır sinəmdən irəli...
Sən məni uduzdun
Sinənə çox döyüb
girdin meydana,
Ancaq yarışmada
asan keçildin.
Bu dəfə yenə də çıxdın qarşıma ,
Nə məni seçdilər,nə sən seçildin.
Qoymadın özgədən gedim
irəli,
Sandın ki, rəqibin geri çəkildi.
Sənin
səhv gedişin, səhv addımınla
Kiminsə vəzifə yeri
çəkildi...
Salındın oyundan-oyuna daim,
Gözlərin seçmədi dumanı, çəni.
Heç
kim uduzmadı
bizdən savayı,
Sən məni uduzdun, mən də ki, səni...
Söz havası
Küləklər çırpınıb dayanır
hazır,
Buludlar karvanı ünvanı azır...
Şimşəklər şeirini göylərə yazır,
İlahi, nə gözəl söz havasıdır.
Çəmən ilmələyir gül
naxışları,
Dinir qönçələrin
sirr baxışları.
Nəğmə damcılayır yaz
yağışları
İlahi, nə gözəl söz havasıdır.
İşıqlar üfüqdə qızıl
zeh çəkir,
Üstündən sığalı xəfif meh çəkir.
Səhərin rəsmini yerə
şeh çəkir,
İlahi,
nə gözəl söz havasıdır...
Çeşmənin suları ballanan
vaxtdır
Daim ömrümüzdə edir
əks-səda,
Düşür hər qayası, hər daşı yada.
Gözəllik ardınca payi-piyada
Ruhumuz dağlara
yollanan vaxtdır.
Ürəklər kövrəlir yaz
havasından,
Gözəllər düşməyir naz
havasından...
Sözün nəşəsindən, saz havasından
Təbiət məst olub, hallanan vaxtdır.
İldırım çaxdıqca yarılır
bağır,
Qalxır dərələrdən çən
ağır-ağır.
İndi
o yerlərə gur yağış yağır,
Zirvələr buludla şallanan vaxdır.
Çadırlar yan-yana düzülsün
gərək,
Ayaqlar gəzməkdən üzülsün
gərək...
Qönçə dodaqlara süzülsün
gərək,
Çeşmənin suları ballanan vaxtdır.
Səmalar çəkilir neçə
rəng ilə,
Çıxır küləklərin səsi
təng ilə...
Meşələr bəzənib min ahəng
ilə,
Çəmənlər sevgiylə allanan
vaxtdır.
Bəlkə də...
Daim düşünürəm, kiməm,
nəçiyəm,
Nə vaxtdan başlanır həyatım
mənim?
Haçandır düşmüşəm ümid ardınca,
Haçandan yoldadır bəxt atım mənim?
Kimindir görəsən bu boy, bu görkəm,
Surətim özümə tanış görünmür.
Elə bil, heç zaman yaşamamışam,
Bu dünya gözümə tanış görünmür.
Bəlkə zühr etmişəm
min illər əvvəl,
Bəlkə də, heç hələ doğulmamışam?
Bəlkə də Adəməm
- günahsız, təmiz,
Cənnətdən hələ də qovulmamışam.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.-2014.-23 may.- S.7.