Səttar Bəhlulzadənin ev muzeyi yeni
tərtibatda
Azərbaycanın tanınmış xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi olacaq. Lent.az-ın məlumatına görə, muzey ümummilli lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyin təşkil olunması haqqında sərəncamına əsasən 1994-cü ildə yaradılıb.
Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin kiçik otağında rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb.
Qeyd edək ki, muzey Əmircan qəsəbəsində, Əlisöhbət Sumbatzadə küçəsi, 5a ünvanında yerləşir.
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 24 may.- S.16.