“Mədəniyyətlərarası musiqi körpüləri:Almaniya-Azərbaycan

 

 

Alman Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə bugün Almaniyanın Köln şəhərində “Mədəniyyətlərarası musiqi körpüləri: Almaniya –Azərbaycan” mövzulu konsert tədbiri keçirilmişdir. Tədbir Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət evinin təşəbbüsü və Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilati yardımı ilə təşkil edilmişdir. Konsert axşamı Almanların Azərbaycanda məskunlaşmasının 195-ci ildönümünə həsr edilmişKöln şəhərinin qədim tarixi abidəsi olan Müqəddəs Pantaleon kilsəsində gerçəkləşmişdir. İlk dəfə olaraq Azərbaycanın məşhur orqan ifaçısı professor Rəna İsmayılova və Müqəddəs Pantaleon kilsəsinin müsiqi rəhbəri Martina Mailenderin ifasında konsert kilsəsində Azərbaycan bəstəkarlarının əsərləri səslənmiş və Alman dinləyicilərinin böyük rəğbətini qazanmışdır.

 

Təbdiri Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli giriş sözü ilə açaraq, qonaqları salamlamış və Almanların Azərbaycanda məskunlaşması tarixindən danışmış, müasir Azərbaycanda bu tarixin qorunub saxlanılmasını qeyd etmiş, Azərbaycandakı müasir inkişafdan bəhs etmişdir. O, öz çıxışında Azərbaycanın ağrılı məqamlarına toxunaraq, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermən işğalçılrı tərəfindən zəbt olunması və bir milyon qaçqınların aqibəti haqqında məlumat vermişdir. Qeyd etmək lazımdır ki, tədbirin proqramlarında da Müqəddəs Pantaleon kilsəsi və Şuşadakı Gövhərağa məscidinin görüntüləri əks edilmişdir. Altay Rüstəmli çıxışının sonunda bir daha tədbirə dəstək göstərənlərə - Azərbaycan Səfirliyinə, Müqəddəs Pantaleon kilsəsinə, AAKM-nə - təşəkkürünü bildirmişdir.

 

Daha sonra tədbirdə çıxış edən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzerİsmailovaya qonaqları salamlayaraq, bu konsert axşamının Alman və Azərbaycan xalqları arasında olan tarixi əlaqələrin davamı kimi dəyərləndirmiş, iki ölkənin mədəniyyətlərarası dialoqun önəmli olduğunu vurğulamışdır. O. konsertin proqramında olan musiqi əsərləri haqqında məlumat verərək, əsas diqqəti Azərbaycan bəstəkarlarının əsərlərinə cəlb etmişdir. Samira Patzerİsmailova Azərbaycan musiqi tarixindən, qədim Muqam sənətindən, Azərbaycanda ilk peşəkar bəstəkarlıq məktəbinin yaranmasından və musiqi sahəsində olan nailiyyətlərdən söhbət açmışdır.

 

Samira Patzerİsmailova konsertdə əsərləri ifa olunacaq bəstəkarların həyat və yaradıçılığını və orqan aləti üçün əsərlərini ayrılıqda təqdim etmişdir Konsertdə Qara QarayevDon Kixotsimfonik qravüralarından “Pavanapyesi, Vasif Adıgözəlovun “Muqam-Fantaziya”sı, Nazim Əlivərdibəyovun “Bayatı – Şiraz” əsəri, Firəngiz Əlizadənin “Fantaziya”sı, Fərhad Bədəlbəylinin “Ave Maria” (“Müqəddəs Məryəm”) əsərləri ifa edilmişdir. Bundan əlavə Samira Patzerİsmailova qeyd etmişdir ki, proqramdakı Azərbaycan bəstəkarlarının əsərlərinin böyük hissəsi Rəna İsmailovaya həsr edilmişya onun tərəfindən orqan üçün işlənişmişdir.

 

Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı görkəmli Alman bəstəkarları – İohan Sebastian Bax, Fridrix Hendel, Maks Reger, Volfqanq Rayzinqerin əsərləri də səslənmişdir.

 

Konsert axşamı böyük müvəffəqiyyətlə keçmiş, alman qonaqların Azərbaycan mədəniyyətinə böyük marağına səbəb olmuşdur. Konsertdə alman ictimaiyyəti, eləcə də azərbaycan və türk diasporunun çoxsaylı nümayəndələri iştirak   ïîëíîñòüþ:   

 

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 27 may.- S.7.