Sağlamlıq imkanları məhdud olsa
da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil
Ümummilli lider Heydər Əliyevin dövlətçilik
fəlsəfəsində Azərbaycan xalqının
firavanlığı, ölkədə sosial rifah səviyyəsinin
yaxşılaşdırılması hər zaman mühüm
yer tutub. Öz xalqının rifahının yüksəldilməsi
və sosial müdafiəsinin gücləndirilməsi
ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini,
onun dövlətçilik fəlsəfəsinin ana xəttini
təşkil edib. Əlilliyi olan şəxslərin
maddi və mənəvi tələbatının ödənilməsi
istiqamətində də H.Əliyevin rəhbərliyilə
mühüm işlər görülüb. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi,
onun uzunmüddətli inkişafına yönələn zəruri
tədbirlərin həyata keçirilməsi ilə
yanaşı, ulu öndər əhalinin sosial müdafiəyə
xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin
yeni iqtisadi şəraitdə mənafelərinin
qorunmasını, onların sosial rifahının təmin
olunmasını dövlət qarşısında mühüm
vəzifələrdən biri kimi müəyyən edib.
1995-ci ilin 17 yanvarında Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin
kollektivi ilə görüşdə H.Əliyev:
"İnsanların, dövlətin, cəmiyyətin fiziki,
ruhi cəhətdən müəyyən məhrumiyyətlərə
uğramış adamlara qayğısı həmişə
yüksək səviyyədə olmalıdır", - deyə
vurğulamışdı. Zaman keçdikcə
bu sözlər real həyatda öz təsdiqini tapdı.
Fiziki qüsurlu şəxslərin hərtərəfli
dövlət qayğısı ilə təmin olunması
istiqamətində mühüm tədbirlər həyata
keçirilərək, onların maddi təminatı ildən-ilə
gücləndirildi. Bu gün "Əlillərin
hüquqları haqqında" Konvensiyada əlilliyi olan şəxslərlə
bağlı əksini tapan bir sıra təşəbbüslər
hələ ötən əsrin 90-cı illərində ulu
öndər tərəfindən irəli sürülərək,
milli qanunvericilikdə də təsbit olunmuşdu. Azərbaycanın firavan gələcəyinə
hesablanan bu inkişaf strategiyasını 2003-cü ildən
sonrakı dövrdə Prezident İlham Əliyev yüksək
səviyyədə davam etdirir.
Sosial
müdafiənin gücləndirilməsi məqsədilə
cari il ərzində 8 fərman və sərəncam
imzalanıb
Bu uğurlu siyasətin nəticəsidir ki, son 10 ildə
əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində mühüm addımlar atılıb. Təkcə
2014-cü ilin ötən dövründə sosial cəhətdən
həssas əhali qruplarının sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə prezident tərəfindən
8 fərman və sərəncam imzalanıb. Artıq Azərbaycan sosial dövlət statusunu daim
gücləndirən, hər bir vətəndaşının,
eyni zamanda əlilliyi olan şəxslərin sosial rifah
halını təmin etmək üçün fəal siyasətə
malik bir ölkəyə çevrilib.
Döyüşlərdə
11912 nəfər əlil olub
Hazırda
əhalinin 5,6 faizi, yəni 530 min nəfəri
əlilliyi olan şəxslər və sağlamlıq
imkanları məhdud uşaqlardır. Azərbaycanda
əlilliyin səviyyəsi digər ölkələrə nisbətən
aşağıdır ki, bunun da əsas səbəbi ölkə
əhalisinin gənc olmasıdır. Ölkəmizdə
əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi böyük rol oynayıb.
Ərazi bütövlüyümüzün
müdafiəsi ilə əlaqədar döyüşlərdə
11912 nəfər əlil olub. İşğal olunmuş
20 faiz ərazimizdən məcburən köçkün
düşmüş əhali arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin
digər əhalisi üzrə bu göstərici 5,5 faizdir.
Sürətli
inkişaf və bütün sahələrdə qabaqcıl
beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi,
həmçinin dövlətin əlilliyi olan şəxslərlə
bağlı siyasətini mütərəqqi dünya
praktikasından irəli gələn yanaşmalara uyğun
qurmaq əzmi Azərbaycanın 2008-ci ilin oktyabr ayında
BMT-nin "Əlillərin hüquqları haqqında"
Konvensiyasına və həmin Konvensiyanın Fakültativ
Protokoluna qoşulmasına şərait yaratdı. Əminliklə demək olar ki, əlilliyin
qarşısının alınması, reabilitasiyası, əlilliyi
olan şəxslərin sosial müdafiəsi, eləcə də
onların ictimai həyatın bütün sahələrində
iştirakı və layiqli həyat sürmələri
üçün şəraitin yaradılması dövlətin
sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Bu, həm ölkəmizin Konstitusiyasında, həm əsas
strateji sənədi olan "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında, həm də
aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit
olunub.
Artıq bir neçə aydır ki, "Əlilliyi olan
şəxslərin hüquqları haqqında" yeni Qanun
layihəsi hazırlanaraq sözügedən nazirliyin internet səhifəsində
yerləşdirilib. Həmçinin Konvensiyadakı müddəaların həyata
keçirilməsi məqsədilə "Əlilliyi olan
şəxslərin hüquqlarının müdafiəsinə
dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət
Proqramı"nın layihəsi də
hazırlanaraq nazirliyin vebsaytında yerləşdirilib.
Məsələyə
münasibət bildirən Əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümovun sözlərinə
görə, yeni qanun layihəsi ölkəmizin Konvensiya
üzrə üzərinə götürdüyü
bütün öhdəlikləri, o cümlədən bu sahədə
dövlət siyasətinin əsas prinsiplərini, dövlət
təminatlarını, əlilliyin qarşısının
alınması, əlilliyi olan şəxslərin
abilitasiyası və reabilitasiyası, məşğulluğu,
əlil şəxslərin sosial təminatları kimi məsələləri
əhatə edir. O, hazırda Dünya Bankı ilə birgə
icra olunan "Sosial Müdafiənin İnkişafı"
Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi
meyarlarının, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin
təkmilləşdirilməsi istiqamətində işlər
görüldüyünü deyib.
Nazir Azərbaycanda
əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə
nəzərdə tutulan müddət qədər əmək
stajları olduqda əlilliyə görə əmək
pensiyaları verildiyini bildirib: "Əmək pensiyası
hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir.
Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə
prezident təqaüdləri təyin olunur. Hazırda əmək
pensiyası alanların 27 faizi, sosial müavinət
alanların 57,2 faizi, prezident təqaüdü
alanların isə 52,2 faizi əlilliyi olan şəxslərdir.
2006-2013-cü illər ərzində əlilliyə görə
əmək pensiyalarının orta aylıq məbləği
3,3 dəfə, sosial müavinətlərin
məbləği isə 2,6 dəfə artırılıb. Cari ilin mart ayında ölkəmizdə əlilliyi
olan şəxslərin sosial təminatının gücləndirilməsi
istiqamətində növbəti mühüm addım
atılıb. Belə ki, prezidentin
imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə
edən Sərəncamlara əsasən əlillərə verilən
sosial müavinətlərin məbləği orta hesabla 36 faiz
artırılıb. Digər tərəfdən,
müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan
övladlarının təhsil haqlarının dövlət
büdcəsinin hesabına ödənilməsi nəzərdə
tutulub. Prezidentin xüsusi diqqət və
qayğısı nəticəsində Azərbaycanda
müharibə əlillərinin və şəhid ailələrinin
mənzillə təminatı sahəsində mühüm tədbirlər
davam etdirilib. Bu sahədə Azərbaycan
digər ölkələrdə mövcud olmayan müsbət təcrübəyə
malikdir. Belə ki, indiyədək 5000-ə
yaxın müharibə əlili və şəhid ailəsi mənzillə
təmin olunub. Eyni zamanda, 4000-ə
yaxın müharibə əlilinə avtomobillər
verilib".
Nazir cari
il ərzində bu təbəqələrdən olan vətəndaşlar
üçün Goranboy, Tərtər, Beyləqan və
İmişli rayonlarında hər biri 6 mərtəbəli 54
mənzilli, Şamaxı, Bərdə və Ağdam
rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli,
gözdən əlil şəxslər üçün isə
Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli
132 mənzilli yaşayış binalarının istifadəyə
veriləcəyini deyib: "Biz bu il eyni zamanda Bakının
Sabunçu rayonunda Gözdən əlillər
üçün Tədris-Bərpa Mərkəzini, Yetkinlik
yaşına çatmayanlar üçün 50 yerlik
İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzini
istifadəyə verəcəyik. Eyni zamanda, Prezidenti cənab
İlham Əliyevin "Xüsusi nəqliyyat almaq
üçün tibbi göstərişi olan əlillərin
avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər
haqqında" 23 dekabr 2013-cü il tarixli Sərəncamına
əsasən, Azərbaycanın ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20
Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat
almaq üçün tibbi göstəriş əsasında
növbəyə durmuş şəxslərin avtonəqliyyatla
tam təmin olunması üçün Prezidentin Ehtiyat Fondundan
beş milyon manat ayrılıb. Bütün
bunlar Prezidentimiz cənab İlham Əliyevin əlilliyi olan
şəxslərin sosial təminatının daim
yaxşılaşdırılmasına göstərdiyi
böyük diqqət və qayğının növbəti
bariz təzahürləridir".
Hazırda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində
yerləşən 14 bərpa-müalicə müəssisəsi
fəaliyyət göstərir ki, həmin mərkəzlərdə
hər il orta hesabla 8 min nəfərə yaxın əlil və
sağlamlıq imkanları məhdud uşaq dövlət
hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə
yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və
reabilitasiya vasitələri ilə təmin olunur. "Sosial xidmət haqqında" Qanuna əsasən
evlərində və sosial xidmət müəssisələrində
sosial-məişət xidməti göstərilən vətəndaşların
3666 nəfəri əlilliyi olan şəxslərdir. Eyni zamanda, əlilliyi olan şəxslərin dövlət
tibb müəssisələrində büdcə vəsaiti
hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək,
güzəştli şərtlərlə dərman almaq,
sanator-kurort müalicəsi ilə təmin olunmaq
hüquqları var.
Müvafiq qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
"Əmək qabiliyyətsiz" ifadəsi artıq yoxdur
Əlillərlə bağlı digər problem əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilməməsi sadəcə "əmək qabiliyyətsiz" sözünün yazılması ilə bağlı idi. Bu da öz növbəsində əlil şəxslərin məşğulluğuna ciddi maneə yaradan hal kimi onları narahat edirdi. Artıq bu maneə də aradan qaldırılıb. İndi əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur ki, bu da əlillliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmasına imkan verir.
"Məşğulluq haqqında" Qanun bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanları təmin edir. Əmək Məcəlləsinə əsasən də əmək münasibətlərində işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
2009-2013-cü illərdə 1089 nəfər əlil işlə təmin olunub
2009-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunaraq, 60 nəfər isə ödənişli ictimai işlərə göndərilib.
Son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013-cü ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilib ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013-cü ildə 100-dək yeni iş yeri yaradılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub.
İsgəndər HƏSƏNOV
525-ci qəzet.-
2014.- 27 may.- S.4.