Rəsul Rzanın "Sabir
poeziya günləri"
Hər il mayın
son ziya günləri
Rəsul
Rzanın yaratdığı
"Sabir poeziya günləri"...
Təəssüflə, birtəhər deyirik
deyiləsi mümkünləri...
Rəsul
Rzanın "günlər"indən
deməzdim ki,
çox zadlar bilmirik...
Amma heç vaxt
Sabir kimi ağlaya-ağlaya
getmirik Şamaxıya,
Şamaxıdan da kirimişcə
Sabir kimi gəlmirik...
Şamaxılı Fikrət Sadığın
da
fəxri gümüşü
saçlarından
bəyaz bir telin
səfərimizin aydınlığına
defis olması,
Yunanlardan
üzü bəri
Uğurumuza uğrayan
Allahın Zefs olması
sardı bizi,
Sabir qədəminə
apardı bizi.
Ötsək də, kirisək
də,
süvar olduq bu yola.
Daha nə ola-ola!
İnnən belə
ümid bizim
arlı aran balası,
və Arran qalası
olan
Əjdərə,
Pənah
bizim
Olacaq olan Ola!..
Qarabağ dərdi yazmaq...
Qarabağ dərdi yazmaq
indi vicdan işidir;
Bu olay, Yurdumuzun
Ən qaranlıq bugünü,
Həm də ağ
keçmişidir...
Ağladıqca bu dərdi
göz yaşımız
quruyar.
Bizi biz qorumasaq,
Tanrı hardan qoruyar?!
"Qara", "bağ"
- iki sözdür -
Əgər desək düzünü.
Bağı viranə qoyub,
tamam ağ eləyiblər
qalan "qara" sözünü.
Uzun acı siqardır
bu Qarabağ dərdimiz.
Namərd bir yana dursun,
çəkə bilmir mərdimiz!..
Çəkilən - haqqa səddir,
Onun da bir sonu
var!..
Qarabağ başqa dərddir
-
Çəkilməz qanunu var...
Dərd,
üstə gəlməsək
də,
Gəlib əkdiyi bizik.
Biz çəkə bilməsək
də,
Dərdin
çəkdiyi bizik...
Qarabağ dərdi yazmaq -
Kimə, hara yazmaqdır?!
Dünyanın nəzərində
ağ qələmlə
də yazsan,
Yenə
qara yazmaqdır...
Yuxu azarı
Bu yorğan həyatı üstümə atıb,
Büzüşüb yatmışam, hamı oyaqdır...
Görən mənim kimi başqa kim
yatıb,
Ya kimin arzusu, kamı
oyaqdır?!
Onsuz da yuxuda acı,
bal dadır...
Dişimin altında fıstıqdır
dünya.
Yuxuya nə var ki,
başqa dünyadır;
Başımın altında yastıqdır dünya.
Şirin
yuxuların acı hökmü var,
Deməzdim hər acı şirin ələmdir...
Yuxu azarının bir həkimi var:
O, döyüş ilacı yazan qələmdir...
Gəzdim
dağı, dərəni,
Gəzdim
dağı, dərəni,
Çəmən qarşıma gəldi.
Ayaq apardı məni,
Gələn başıma gəldi...
Güllələndi Aqil Abbas!..
ANS Televiziyasının "Evə
gəl" verilişində
Aqil Abbas ermənilərlə bizim aramızdakı
sərhəddi
adlayıb keçdi.
İşğal altındakı
torpaqlarımıza
doğru irəlilədi...
Barmağı ilə Ağdamı,
Şuşanı, Laçını
göstərərək dedi:
Azərbaycan xalqı, gəlin,
gedək...
Heç
kəs istəməsə
də,
Özü güllələnmək istəyirdi,
"Güllələndi" də...
Şəhid olmaq istəyirdi,
Yolu şəhidlik mərtəbəsinə
Pillələndi də...
Silahsız qardaş,
Əlində silah yumruğu
-
Allah buyruğu..
Mənə dəyəsi,
sənə dəyəsi
güllələr
Aqilin başına yağdırıldı
dəli yağmur kimi,
dolu kimi.
Aqili güllələdilər
Bu torpağın oğlu kimi...
Güllələdilər Aqili
Cəsarətinin cəsədini
Ay işığına bükmək
üçün.
Qanındakı hərarəti
üşüyən torpağın
üstünə çəkmək
üçün.
Aşağılar atəşə tutdular
ucaları;
Aqilliyi nişan alıb,
atmacaları sevən
Aqilə
atdılar güllə
atmacaları...
Mələk donunda qanad çalıb
Sərhəd üstündən uçduğundan,
Minaların arasından
Ağdamı qucduğundan
güllələdilər Aqil Abbası.
Orda nə var, nə
yox-
Bilməyə getmişdi,
Doğulduğu yerdə
ölməyə getmişdi...
Elə orda qəfil açılan silahdan
neçə min
ərəndən biri
kimi
dilindəki güllədən
asıldı
Nəsimi
şeiri kimi...
Boynunda Vətən eşqindən
kəfən,
Şəhidliyinin sonunda "Əhsən!"
Vətən çölündəki
gözü nəmli nərgizlər
yasında ehsan -
kürəyində intiqam əbası,
sinəsində
tanrısal duyğularından
gülləbatmaz libası
-
güllələdilər Aqil Abbası.
Güllələdilər;
Yurdunu bölmək üçün
çeşidlər bölgəsinə...
güllələdilər
hünəri qoymaq üçün
ruhunun kölgəsinə...
Güllələdilər...
Uf demədi qorxaq kimi,
Cıqqırını çıxarmadı
İgidləri qucağında
Qırılmış torpaq kimi...
Güllələdilər Aqil Abbası
tarın "Segah"
pərdəsiynən,
"Qarabağ bülbülləri"nin,
Cabbarın, Qədirin səsiynən.
Güllələdilər Aqil Abbası
Alova, ölümə təşnə
qeyrətli oğulların
qardaş, qarabağlı
tənəsiynən...
güllələdilər Aqil Abbası -
yurdum gülməsə
üzüm gülməz
-
dediyinə görə,
Məramım şəhid olmaq,
Şəhid ölməz -
dediyinə görə.
Nə yaxşı "güllələdilər"!
-
Canımız qurtardı
Torpağına can deyəndən!...
Canımız qurtardı
Yuxularında belə
Azərbaycan deyəndən!..
Yox, canımız qurtarmadı...
Aqilliyimiz
qurtuldu
torpağa verə
bilmədiyimiz canımızdan...
Bir dərdə min illət dediyindən,
"Ya millət, ya zillət!" dediyindən
Güllələdilər Aqil Abbası -
İrəlidə getmək
Ayrı bir ad-san olur.
Amma qabağa can atanı da
güllələmək asan olur...
Güllələndi Aqil Abbas...
Ayağından vurdular ki,
illərlə anbaan həsrətini çəkdiyi
torpağa dəyməsin.
Başından vurdular ki,
Bu əfsanə olaya
Başları əyməsin.
Dilindən vurdular ki,
Doğma
Qarabağını -
O dünya gözəlini
Bir də, bir də öyməsin.
Yolundan vurdular ki,
"azmasın"...
Qələm tutan əlindən
vurdular ki,
doluxsuna-doluxsuna
"Dolu"nu,
"Çadırda
Üzeyir
Hacıbəyli doğula
bilməz"
acısını yazmasın...
Qərib
qara sazın
"Misri"sinə şığıyan
qaranquş tək,
Qarabağın bəbəyində
qara çiçək
açan
bir damla qara yaş tək
güllələndi Aqil Abbas:
güllələndi Aqil Abbas.
Nə yaxşı güllələdilər
-
Ölmədi.
Gedə
bilmədik yasına...
Rəhmət!
Eh, bu dünyada
Zamanında doğru güllə
atanın
Atasına...
Rəhmət!
Bu qədər güllədən
Ölmədi Aqil -
Aldığı yaranı
Şəstinə duruş elədi,
Yaralı
şəstini
Yolunda yürüş
elədi.
Ölmədi Aqil -
Sərt
qayanın mamırı,
Daş inadın yosunu...
Çünki özündə
Çoxdan öldürmüşdü
Qarabağsızlıq duyğusunu...
Bütün səsi yetənlərə
qadağan eləmişdi
Qarabağsızlıq yasını...
Güllələndi.
Güllələnən, qardaşım Aqil!
təki ulu eşqi
güllə ağzına
qoyma.
Bəxtəvər başına, Aqil
Abbas!
"Bəxtəvər" sözünə
qaşın çatılar
ki...
Çatılmasın, a bəxtəvər,
Güllə qeyrətdən başqa
nəyə atılar
ki?!.
Məsləkin görümündə
nişangahı əymə,
sən allah!
Güllə payımıza
dəymə, sən
allah!
Vətənə yürümək eşqindən
Hərəmizə bir gilə düşür.
Sənin
tək güllələnməsək,
Hamımıza güllə düşür.
Yusif Nəğməkar
525-ci qəzet.-
2014.- 28 may.- S.8.