Musiqili Teatrda ad günü
Azərbaycan Dövlət Musiqili Teatrında yubiley hazırlığı görülürdü. Direktor Əliqismət
Lalayev, "Sabah saat
11-də mənim otağlımda
Şükufə xanımla
Telli xanımın yığcam bir yubiley tədbiri keçiriləcək" deməsi
rəhbərin mətbuat
katibinə verdiyi ənənəvi təlimat
təəssüratı bağışlasa
da yenə də beynimdə sual işarəsi yaratdı. Kiçik bir otaqda yubiley tədbiri necə keçiriləcək?
Kimlər olacaq? Bu qədər insan balaca otağa necə sığacaq?
Şübhələrim əsassız deyildi.
Çünki jurnalistikada olduğum
müddətdə tanınmış
şəxslərin yubiley
məclislərini səhnədən
görməyə adətkardayam.
Şablon, darıxdırıcı,
bir az
səmimi, bir az da qeyri-səmimi
təriflərə qulaqlar
da alışıb, gözlər də. Ona görə də etiraf edim ki,
bu tipli tədbirlərin bir çox hallarda həvəssiz, yazı yazmaq xatirinə, necə deyərlər, candərdi tamaşaçısı
olmuşam. Beynimdəki suallara
cavab tapmağın tək yolu sabahkı
günü gözləmək
idi.
Sabahkı gün...
Sənətçilərdən Azərbaycanın
Xalq artisti Şükufə Yusupova, Çingiz Əhmədov, Gültac Əlili, Amil Həsənoğlu, rejissor Əsgər Əsgərov, truppa müdiri Vidadi Həsənov, direktor müavinləri Elxan Ocaqov və Hüseyn Hüseynov, teatrda Telli xanımın
rəhbərlik etdiyi ədəbi dram şöbəsinin
gənc əməkdaşları
- Vəfa, Ağca, Emin... Hamı direktorun otağında,
üstü çeşid-çeşid
şirniyyatlarla dolu jurnal masasının ətrafında toplaşmışdı.
Hər kəsin üzündə xoş, səmimi bir təbəssüm.
Teatrın "atası" kimi yubiley açılışını
Əliqsmət müəllim
edərək məclisin
səbəbkarlarını təbrik etdi, arzu və diləklərini
çatdırdı. Tədbir rəsmi
açılışla başladı.
Axı, Əliqismət müəllim
yaradıcı şəxs
olmaqla yanaşı, həm də bir məmurdu. Amma rəsmi hissə çox qısa sürdü. Sonra isə təklif yenə də Əliqismət müəllimdən
gəldi: “Yaradıcı
şəxslər toplaşsın
bir yerə, bizim "fotoqraf Əlibəy" şəklinizi
çəksin. Güllərinizi unutmayın".
Şüküfə Yusupova: Bəs, siz Əliqismət
müəllim?
Əliqismət Lalayev: Siz yaradıcı şəxslərsiniz,
bizim milli sərvətimizsiniz. Biz sadəcə prodüserlər,
inzibatçılar, bu
işləri həyata
keçirənlərik.
O anı əbədiləşdirmək
üçün hamı
bir-bir kamera qarşısında poz verməyə başlayır.
Kadr kadrı əvəzləyir.
Direktor otağının pəncərəsindən
düşən günəş
şüası, arabir
də pərdələri
yellədən sərin
meh ruha xüsusi ovqat qatır. Hələ yubiley səbəbkarlarının
çöhrələrindəki məmnunluğu, kövrək
baxışlarındakı minnətdarlıq və məmnunluq hissini demirəm. Yaradıcı insana xas həssaslıq, zəriflik,
adi bir xoş
sözdən, isti bir baxışdan belə təsirlənmə
hissini nə Telli xanım, nə də ki, Şükufə xanım gizlətmək fikrində idi. Bircə qalırdı məmnunluq qarışıq
sevinci sözə, cümləyə düzmək...
Telli Pənahqızı: Yol boyu gələrək fikirləşirəm ki, insan üçün ən önəmli məqam çalışdığı
kollektivin ona verdiyi dəyərdir. Mənim şərəfimə ay yarım
öncədən planlaşdırılan
bu yubiley mərasimi də bir insanın, bir kollektiv rəhbərinin
əməkdaşına verdiyi
qiymətdir, hörmətdir.
Əliqismət müəllim,
haqqınızda olan düşüncələrimi bilirsiniz,
bunu həm mətbuat vasitəsilə,
həm də dost ünsiyyətimizdə dəfələrlə
demişəm, ona görə də Sizi tərifləmək niyyətində deyiləm.
Minnətdaram - bu sevginiz,
bu qayğınız,
diqqətiniz üçün.
Necə
ki, Siz hər
kəsi sevirsiniz, ürəyinizdə hər
kəsə yer var, Allah da bunun
əvəzini Sizə,
ailənizin, nəvələrinizin
xoşbəxt günlərini
göstərməklə versin.
Minnətdaram hər birinizə.
Nə yaxşı ki varsınız.
Şükufə Yusupovanın xoşbəxtlikdən
dolmuş gözlərini
görməmək, hiss etməmək
mümkünsüz idi,
nə qədər gizlətməyə çalışsa
da: "Telli xanımın sözünə
qüvvət olaraq bir kəlməylə deyim ki, ailə,
övladlar, nəvələr
bir yana, amma kollektivin, sənət yoldaşlarının
diqqəti çox önəmlidir. Üç ildir ki, mən bu teatrda
"Evlənmə" tamaşasını
oynayıram. Və
burada özümü
qətiyyən yad hiss
etmirəm. Bu diqqətə, doğmalığa,
sevgiyə görə
bütün kollektivə
minnətdaram. Bəzən sevgi
dolu bir baxış, ürəkaçan
bir kəlmə, kiçik bir jest də sənətçi üçün ən böyük dəyərdir.
Səhər-səhər kövrəltdiniz
bizi, Əliqismət müəllim" - deyən
aktrisa həssaslığına
birtəhər hakim ola bildi.
Teatrın direktor müavini
Elxan Ocaqov: "İcazə verin, bir kəlmə də mən deyim. Telli xanım, Şükufə
xanım, sizi təbrik edirəm. Siz bu xalqın sevimli, bəxtəvər insanlarısınız, çünki
həm tamaşaçılar,
həm işlədiyiniz
kollektiv, həm ətrafınızdakı insanlar
tərəfindən sevilirsiniz.
Tanrının bundan böyük
xoşbəxtliyi yoxdur.
Bu da sizə qismət olub....".
Əliqismət müəllim: Yubilyar
xanımlar, buyurun hər biriniz öz tortunuzu kəsin. Amil, səsinlə bizi feyziyab et.
Və təbii
ki, tort kəsimində
alqışlarla "Happy Birthday"in
Azərbaycan versiyasını
unutmaq olmazdı.
Elə bu an teatrın
solisti Nərgiz Kərimova təngnəfəs
özünü direktorun
otağına çatdırdı:
"Salam, bağışlayın, bir az gecikdim".
Və girər-girməz Telli xanımı, Şükufə
xanımı bağrına
basıb öpür, ürəyindən gələn
bütün xoş, sevgi sözlərini ünvanlayır onlara.
Əliqismət müəllim: İndi
Nərgiz xanımı
cərimələyəcəyik - gözəl bir mahnı oxuyacaq.
Nərgiz Kərimova: Məmnuniyyətlə.
Əliqismət müəllim: Onda buyur. İstədiyin mahnı ilə təbrik elə. Hələ Amil də sənin səsinə səs verəcək!.
Nərgiz Kərimova və Amil Həsənoğlunun gah solo, gah da duet oxuduqları nəğmələr, daha sonra konsertmeyster Zülfiyyə Sadıqovanın pianoda müşayiətilə Gültac Əlilinin mahnıları bayram ovqatını tamamlayır...
Yenə ev yiyəsi qismində Əliqismət Lalayev məclisi yekunlaşdırır:" Nə qədər qəribə olsa da, insanlar ömrünün çox hissəsini işdə keçirir. Biz, özümüzü işə həsr edən insanlarıq. İşimizə ailəmiz qədər çox diqqət ayırırıq. Özəlliklə sənət adamları öz sevgilərini ailələrilə yanaşı tamaşaçılarla, tanımadıqları insanlarla bölüşür. Sevgini paylaşmaqdan gözəl nə ola bilər? Əminəm ki, bundan da gözəl ad günləri keçirəcəksiniz, istər ailənizlə, istərsə də həmkarlarınızla, sənət dostlarınızla birgə. Amma bu balaca otaqda, bu səmimi ortamda, bərabər keçirdiyimiz bu dəqiqələri heç unutmayacaqsınız: ilk dəfə Musiqili Teatr olaraq biz sizi təbrik etdik. Biz ilklərə imza atan insanlarıq. Bu gün mən bütün kollektivi bura yığmaq istərdim, çünki bu sənət məbədində çalışanların hamısı sizi sevir. Lakin bilavasitə sizə bağlı olan insanları bura dəvət etdim ki, siz özünüzü daha rahat hiss edəsiniz".
SEVDA BABAYEVA
525-ci qəzet.- 2014.- 28 may.- S.8.