Abbas Abdullanın təqdimatında:
Gördüyüm və
sevdiyim Nazim Hikmət”
Bugünlərdə şair Abbas Abdullanın “Gördüyüm və sevdiyim Nazim Hikmət” kitabı nəşr edilib. Önsözdə müəllif Nazimi bir türk kimi tanıdığını və türk kimi sevdiyini vurğulayıb: “Sovetlər Birliyində türk sözü, türk milləti bizim üçün qadağan olunanda o, bizim və özünün türk olduğunu var səsi ilə elan edirdi. Bütün bunları dilə gətirdiyimə görə Türkiyədə millətçilər də, solçular da mənə düşmən kimi baxırdılar. Sağçıların kommunist milliyyətçi kimi təqdim etməyim xoşlarına gəlmirdi, solçuların da onun kommunistliyini dilə gətirməməyim. Mən sözümdən dönmürəm, Nazim Sovetlər Birliyində türk idi və türkçü idi”.
Kitabda A. Abdullanın N.Hikmətin 85 illiyinə həsr olunmuş və “Bakı” qəzetində dərc edilən məqaləsi, 1994-cü ildə İstanbulda Baş konsul işləyərkən bir toplantıda yubilyarla bağlı söylədiyi məruzə və böyük türk şairinə sevgisini isbatlayan şeirləri yer alıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 31 may.- S.30.