UNESCO Baş Konfransının prezidenti Mədəniyyət və Turizm Nazirliyində olub

 

UNESCO-nun Baş Konfransının prezidenti Hao Pingin ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində görüş keçiriılib.

Nazirliyin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzərbaycanUNESCO əməkdaşlığının tarixi, cari vəziyyəti və gələcək perspektivləri barədə qonağa məlumat verib: “Hazırda bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə özünün inkişaf dövrünü yaşayır.

Azərbaycanın Qobustan qayaüstü İçərişəhər kimi tarixi abidələri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, muğam, aşıq, tar ifaçılığı, xalça sənətləri, Novruz bayramı, çövkənQarabağ atüstü oyunu isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Ötən il UNESCO ilə Azərbaycan hökuməti arasında 5 illik çərçivə sazişi imzalanıb ki, bu saziş əsasında ölkəmiz UNESCO-nun beynəlxalq tədbirlərində maliyyə dəstəyi ilə çıxış edəcək”.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu deyən Hao Ping ölkəmizin inkişafının onda yüksək təəssürat doğurduğunu bildirib. O, həmçinin hazırda UNESCO-un Baş Konfransının prezidenti, eyni zamanda, Çinin təhsil nazirinin müavini, UNESCO üzrə Çini Milli Komissiyasının direktoru kimi Azərbaycanla sözügedən təşkilat Çin dövləti arasında humanitar sahədə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini bir daha önə çəkib.

 

S.ABDULLAYEVA

 525-ci qəzet.- 2014.- 31 may.- S.17.