“Gördüyümüz
işlərin əsas istiqaməti və baş
mövzusu Qarabağ
olmalıdır”
Skandinaviya Ölkələri ilə
Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət
Təşkilatlarına Dəstək
Şurasının maliyyəsi
ilə Norveç
və İsveç Krallıqlarında
səfərdə olub.
Səfərin məqsədi
adıçəkilən ölkələrin
universitetlərində Qarabağ
həqiqətləri ilə
əlaqədar guşə
yaratmaq və seminar keçirmək olub .Bununla bağlı Skandinaviya Ölkələri
ilə Mədəni və Elmi Əlaqələr
İctimai Birliyinin sədri Nazim Əhmədli ilə
həmsöhbət olduq.
– Nazim müəllim əvvəlcə təmsil
etdiyiniz QHT haqqında
məlumat vermənizi
istərdik.
– Skandinaviya Ölkələri
ilə Mədəni və Elmi Əlaqələr
İctimai Birliyi 2012 –ci ildə Ədliyyə
Nazirliyi tərəfindən
qeydiyyyata alınıb.QHT–nin
əsas məqsədi
Azərbaycanın milli-
mənəvi, elmi dəyərlərini, bir sözlə milli mədəniyyətimizi, ədəbiyyatımızı,
incəsənətimizi Skandinaviya
ölkələrində təbliğ
etməkdir. Ancaq indi xalqımızın
erməni işğalçıları
ilə üz-üzə
qaldığı bir şəraitdə təbii
ki, bizim o ölkələrdə gördüyümüz
işlərin əsas
istiqaməti və baş mövzusu Qarabağ olmalıdır.
– İlk səfəriniz
də yəqin ki, Qarabağla əlaqədar idi?
–Bəli. Dövlətin, dövlət başçısının,
ordunun və siyasətçilərin bu
münaqişə ilə
əlaqədar öz missiyası var. QHT–lər də dövlətimizin daxili və xarici siyasətinə uyğun olaraq öz işlərini qurmalıdır. Mən də
bir QHT sədri olaraq üzərimə düşən son dərəcə
məsuliyyətli bir işin yerinə yetirilməsi üçün
çalışdım. İki ölkədə beş tədbir
keçirdik.
– Keçirdiyiniz tədbirlər
barədə məlumat
verməniz yaxşı
olardı.
– Demək olar ki,
keçirdiyimiz bütün
tədbirlər haqqında
məlumatlar səfər
müddəti ərzində
AzərTac vasitəsi ilə Azərbaycan və Respublika qəzetlərində
və bir neçə başqa KİV-lərdə
yayıldı. Onu da qeyd edim ki,
Osloda Azərbaycan evinin sədri Ramil Əliyev keçirilən bütün
tədbirlərin təşkilatçısı
idi. Ramil Əliyev on ildən
artıqdır ki, Norveçdə Azərbaycanın
milli- mənəvi dəyərlərini təbliğ
edir. Qarabağ münaqişəsi ilə əlaqədar çoxsaylı tədbirlərə
də imza atıb.
İlk
olaraq Oslo Universitetinin
kitabxanasında sərgi
açdıq. Üç
gün davam edən sərgidə Qarabağ münaqişəsini,
Xocalı soyqırımı və
Azərbaycanın milli
mədəniyyətini əks
etdirən çoxsaylı
kitablar, bukletlər və video kasetlər nümayiş etdirdik. Təbii ki, sərgi ilə maraqlanan xarici tələbələrə və
müəllimlərə də sərgidə
nümayiş olunan kitab və bukletlərdən hədiyyə olundu. Sərginin ikinci günü Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov
da öz xanımı ilə bərabər Oslo Universitetinə
gələrək sərgidə
iştirak etdi və kitabların bir qismini də
Oslo Universitetinin kitabxanasının
direktoru Halvor Konqshavna təqdim etdi.. Sərginin video yazısı var və yəqin
ki, hazır olanda televiziyaların birində veriliş zamanı yayımlanacaq və sosial şəbəkələrdə paylaşılacaq.
İkinci tədbirimiz Osloda keçirilən Saqinə
festivalında yer
aldı. 10 may 2014-cü ildə Oslo şəhərinin
ən böyük bələdiyyəsi olan Saqinə bələdiyyəsi
Saqinə festivalını
keçirirdi. Saqinə
festivalında Norveç
Krallığının hökumət
və Qeyri-Hökumət
təşkilatları , siyasi partiyalar
və nüfuzlu ictimai siyasi qurumlar iştirak edirdi. Saqinədə fəaliyyət göstərən
ən aktiv təşkilatlarından biri
olan Azərbaycan evi də hər
il olduğu kimi bu il
festivala dəvət
almışdı. Festivalda Norveçin
milli mətbəx nümunələri, milli geyimləri, bitki və gül nümunələri, Osloda
yaşayan müxtəlif
xalqların nümayəndələrinin
gətirdikləri milli
məişət əşyaları
nümayiş etdirilirdi.
Həm də bu festival Suriyada vətəndaş müharibəsindən əziyyət
çəkən insanlara
yardım məqsədi
daşıyırdı. Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi də Oslo şəhərindəki
Azərbaycan Evi ilə əməkdaşlığı
çərçivəsində Saqinə festivalında Qarabağ həqiqətlərini
əks etdirən kitab sərgisi açdı. Mən və Ramil Əliyev festivala gələn iştirakçılara və
siyasi partiya nümayəndələrinə, eləcə də maraqlanan Norveç vətəndaşlarına ermənilərin
Xocalıda və Qarabağda törətdikləri
vəhşilik barədə
məlumat verdik və sərgidə nümayiş olunan kitab və bukletlərdən
onlara bağışladıq.
– Nazim müəllim, siz tədbiri necə planlaşdırmışdız?
– Əslində iki
nəfərin getməyi
nəzərdə tutulmuşdu
və tədbir ancaq Oslo Universitetində olmalıydı. Lakin Oslodakı
Azərbaycan evinin sədri Ramil Əliyevin orada olması ilə əlaqədar bu tədbirləri birgə keçirmək
qərarına gəldik
və müqavilə çərçivəsində işə başladıq.
Üçüncü tədbirimiz İsveçin
Linkopik Universitetində
oldu. İsveçin
Linkopink Universitetində
Ermənistanla Azərbaycan
arasındakı Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı
seminar keçirdik. Universitetin
professor, müəllim və
tələbə heyətinin
iştirak etdiyi tədbirdə Dağlıq
Qarabağ münaqişəsi
haqqında film nümayiş
olundu.
İsveç-Azərbaycan gənclər təşkilatının rəhbəri
Mahirə Muxtarlı
seminar iştirakçılarına Ermənistanla Azərbaycan
arasında Dağlıq
Qarabağ münaqişəsinin
səbəbləri və
acı nəticələri
barədə məlumat
verdi. Bildirdi ki, Ermənistanın apardığı təcavüzkar
siyasət nəticəsində
Azərbaycanın Dağlıq
Qarabağ bölgəsi
və ona bitişik 7 rayonu işğal olunub. Sonra mən və Ramil Əliyev çıxış etdik.
Ermənistanın yürütdüyü işğalçılıq siyasətini
pisləyən bəyənatlar
verdik. Xocalıda
insanları amansızcasına
qətlə yetirən
ermənilərin insanlığa
qarşı ən ağır cinayət törətdiyini qeyd etdik. Bildirdik ki, erməni təcavüzü
nəticəsində bir
milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.
BMT Təhlükəsizlik Şurası
tərəfindən erməni
qoşunlarının Azərbaycanın
işğal edilən
ərazilərindən dərhal
çıxarılması barədə
822, 853, 874 və 884 saylı
qətnamələrin qəbulundan
20 ildən artıq vaxtın ötməsinə
baxmayaraq, Ermənistan
təşkilatın bu
tələblərinə məhəl
qoymadan işğalçılıq
siyasətini davam etdirir.
Sonra
seminar iştirakçılarının suallarını cavablandırdıq və onlara Dağlıq Qarabağ münaqişəsi haqqında
kitab və bukletlər payladıq.
–Nazim müəllim, iki ölkədə bu tədbirlərin keçirilməsi sizin üçün çətinlik
yaratmadımı?
–Deyə bilərəm ki, Skandinaviyaya səfərim başlayandan Bakıya qədər 17 gün ərzində 8 dəfə təyyarə dəyişdim, bir dəfə qatarla və bir sutka da avtomobil kirayələyib İsveçə getdik. Sonuncu seminarımız Norveçin Berqen şəhərində oldu. E.Qriq Musiqi Akadamiyasında azərbaycanlı tələbələr “Azərbaycan-türk mədəniyyət evi”nin və Bergen Universitetinin nəzdində fəaliyyət göstərən E.Qriq adına Musiqi Akademiyasının birgə təşkilatçılığı, Qriq Akademiyasının azərbaycanlı tələbəsi Nigar Qəhrəmanovanın təşəbbüsü, mənim təmsil etdiyim “Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin, Cənubi Azərbaycan Milli Demokratik Hərəkatı Təşkilatının, Akademik Kvarter Tələbə Cəmiyyətinin və Müqəddəs Yohannes kilsəsinin dəstəyi ilə Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Mədəniyyət günləri çərçivəsində Dağlıq Qarabağ və erməni terroru mövzusunda seminar keçirdik və mən bu mövzuda məruzə etdim. Seminarda həmçinin Qarabağ həqiqətlərini təbliğ edən kitab və bukletlərdən ibarət guşə yaratmışdıq. Bu, əcnəbi qonaqların marağına səbəb oldu. Seminarın ikinci hissəsində Qriq Akademiyasının orqan ifaçılığında beynəlxalq diplom dərəcəsi üzrə təhsil alan Azərbaycan Respublikasının Prezidentinin təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Nigar Qəhrəmanovanın çıxışları dinlənildi. N.Qəhrəmanova əvvəl məruzəsində “Azərbaycan xalq və klassik musiqisi tarixi” haqqında əcnəbi vətəndaşlara məlumat verdi, milli-mədəni irsimiz olan muğamdan, eyni zamanda, dahi bəstəkarlarımızdan söhbət açdı. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatınin fəal sözçüsü Simin Sabri Cənubi Azərbaycan milli azadlıq hərəkatı və mədəniyyəti tarixi, Norveç və Azərbaycan xalqlarının qədim əlaqələri və genetik yaxınlığı mövzularında Norveç dilində geniş məlumat verdi. Qriq Akademiyasında piano ifaçılığı üzrə magistr təhsili alan azərbaycanlı tələbə Humay Qasımzadə Azərbaycanın müasir bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan Türkər Qasımzadənin “Şur məqamı” əsərini təqdim etdi. Azərbaycan ədəbiyyatı mövzusunda diaspor üzvləri üçün çağdaş ədəbiyyatımızdan danışdım və yeni şeirlərimi oxudum.
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 31 may.- S.10.