Ukrayna olayları təkcə Ukrayna üçün təhlükə deyil

 

Rusiya tərəfindən əvvəlcə Ukraynanın bir hissəsinin - Krım yarımadasının anneksiya olunması sonra bu ölkənin cənubi-şərqindəki regionu bütünlüklə qopardıb zorla Rusiyaya birləşdirmək üçün indiyədək aramsız olaraq davam edən cəhdlər, yaranmış böhran faciəli olaylar göstərir ki, Kreml özünün imperialist niyyətlərini reallaşdırmaq naminə xalqlar arasında milli zəmində açıq-açığına ədavət salmaqdan qatı şovinizm əhval-ruhiyyəsini qızışdıraraq qanlı qarşıdurma yaratmaqdan çəkinmir. Rusiya dövlətinin başında duranlar artıq çoxdan yaxşı başa düşüblər ki, əsasən onların təhriki ilə yaradılan böyük fərasətlə idarə edilən etnik münaqişələr bir bəhanə olaraq qonşu dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün çox gözəl səbəb vasitədir. İndiyədək bu cür bəhanələrə əsaslanıb dəfələrlə həyata keçirilmiş müdaxilələr həmin dövlətlərin ərazilərinin "qayçılanmasına" gətirib çıxarıb.

Bu baxımdan belə bir ehtimal irəli sürməyə əsas var ki, Rusiya digər qonşu dövlətlərin torpaqlarını da, o cümlədən Azərbaycan Litva ərazilərini eyni məqsədlə hədəfə ala bilər. Nəinki ala bilər, hətta deyərdik ki, hazırda belə bir təhlükəli addımın atılması həm nəzəri, həm əməli cəhətdən tam real şəkildə mümkündür. Çünki bu cür addımlar "ipə-sapa yatmayan" qonşulardan Kremlin "qisas almaq" strategiyasının səciyyəvi kinli əlamətlərindən biridir. Belə ki, biz İmperiyanın qıraqlarında yaşayan xalqların hələ 1988-ci ildə müstəqilliyə qovuşmaq cəhdləri göstərdikləri zaman bunun şahidi olmuşuq. Odur ki, hazırkı qanlı olaylar yalnız indi təkcə Ukraynada başlanmayıb.

 

İndiki olayların məzmun istiqamətini qabaqlar SSRİ-nin bəzi respublikalarının sovet imperiyası məngənəsindən azadlığa qurtulmaq istədiyi zaman rəsmi Moskvanın ayrı-ayrı xalqları qəsdən bir-birilə toqquşdurub gərginlik yaratmaq siyasəti, həmin respublikalarda guya "daxili səbəblərdən törəmiş" "təbii şəkildə əmələ gəlib üzə çıxmış" separatçılığa mərkəzdən dəstək verib şövqləndirmək hərəkətləri çox gözəl izah edir. Buna aid misallar kifayət qədərdir: Qarabağ, Dnestryanı bölgə, Abxaziya Cənubi Osetiya (Acarıstan Qaqauziyada da vaxtında belə təşəbbüslər edilibdir), indi isə Krım Ukraynanın cənubi-şərq bölgəsi.

 

Analoji model o vaxtlar Litvada da sınaqdan keçirildi. Xatırlatmaq istərdik ki, 1988-1991-ci illərdə Litvanın cənubi-şərq ərazilərində baş qaldırmış polyak "muxtariyyatçıları" bəzilərinin düşündükləri kimi Varşavadan yox, məhz hər yolla Moskvadan qızışdırılırdılar. Amma o vaxtlar "separatçıların" fəaliyyət göstərdiyi ərazilər indi Ukraynanın Krım yarımadası ilə baş vermiş halda olduğu kimi açıq-açığına ilhaq olunmurdu. Belə ki, "müstəqil əyalətlər" onda ya birbaşa Rusiyanın protektoratı altına düşürdü, ya da qondarma Dağlıq Qarabağ respublikasının "müstəqilliyi" ilə bağlı halda olduğu kimi, guya heç kəsdən asılı olmadan öz təşəbbüsü ilə hərəkət edən, əslində isə öz sahibi Rusiyaya vəfalı köpək kimi sadiq olmaq qarşılığında qonşu dövlətin əlinə keçirdi. Hazırda isə açıq-açığına birbaşa anneksiya etmək addımları atılır. Bu, o deməkdir ki, təcavüskar siyasətin icrası daha da tezləşdirilibdir.

 

Buna görə İmperiya tərkibindən qurtulmaq istəyən ölkələrə qarşı onları İmperiyada saxlamaq məqsədi ilə Mərkəz tərəfindən tətbiq edilən mexanizmi bütün təfərrüatı ilə başa düşmək indi çox vacib əhəmiyyət kəsb edir. SSRİ-dən ayrılmaq istəyən İttifaq respublikaları (Mərkəzin işlətdiyi terminlə desək, "separatçı" respublikalar) eləcə muxtar respublikalar (məsələn, Tatarıstan yaxud Çeçenistan) belə niyyətlərinə görə dərhal cavab zərbəsinə məruz qalırdılar. Bu zaman həmin ölkələrdə yaşayan milli azlıqlardan ibarət "mikroseparatçılar" təşkilatlanırdılar. Daha dəqiq desək, bu təşkilatlanma "yuxarıların" göstərişi dəstəyi ilə həyata keçirilirdi. "Mikroseparatçı" dəstələrin özəyi  isə əsasən Sov. İKP aktivindən DTK-nın inanılmış şəxslərindən yaradılırdı.

 

Hansı İttifaq respublikaların tərkibində milli-ərazi yaxud etnik-ərazi prinsipləri əsasında yaradılmış muxtar əyalətlər vardısa, Moskva həmin muxtar qurumların "xidmətlərindən" böyük fərasətlə istifadə edirdi. Mənim etnik vətənim Azərbaycanda "bu vəzifəni" cırtdan inzibati qurum - 1923-cü ildə Mərkəzin təşəbbüsü ilə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV)  yerinə yetirdi.  Belə ki, DQMV 1988-ci ilin fevral ayında Azərbaycandan ayrılması barədə bəyanat verdi (əslində Dağlıq Qarabağda erməni separatizmi 1988-ci ilin fevralında yerli qanunverici orqanın "müstəqillik" barədə qərarı ilə yox, daha əvvəl başlamışdı. Bu separatizmi Moskvada yüksək partiya hökumət vəzifələrində işləyən ermənilər qızışdırırdılar).

 

Qonşu Gürcüstanda isə bu rolu başqa cırtdan qurum - 1922-ci ildə burada qurulmuş Cənubi Osetiya Muxtar Vilayəti icra etdi; bu vilayət 1989-cu ilin noyabr ayında Gürcüstandan ayrılması barədə qərar qəbul etdi. Ancaq bununla burada işlər bitmədi. Gürcüstanın tərkibində 1921-ci ildə təşkil olunmuş daha iki muxtar respublika - Abxaziya Muxtar Respublikası (1989-cu ilin mart ayında "müstəqillik" barədə bəyanat qəbul etdi) Acarıstan Muxtar Respublikası (1991-ci ildə burada hakimiyyət başına Aslan Abaşidze klanı gəldikdən sonra bu muxtar respublika da tədricən Gürcüstandan uzaqlaşmağa başladı. Lakin bu separatist sürüşmənin qarşısı 2004-cü ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin qətiyyətli hərəkətləri sayəsində alındı) rəsmi Moskvanın onlara burada ayırdığı rolların icraçısı oldular.

 

Hərgah, müstəqilliyə qovuşmaq istəyən ittifaq respublikaların tərkibində muxtar qurumlar yox idisə, onda Mərkəz bu cür inzibati vahidləri burada təcili surətdə yaradırdı demək olar ki, dərhal da onları həmin ittifaq respublikasının tabeliyindən çıxardırdı. O vaxtlar bu məqsədlə yaradılmış iki yeni "Sovet Sosialist Respublikası"nı misal göstərmək olar: 1990-cı ilin avqust ayında Moldova ərazisində Qaqauziya SSR həmin ilin sentyabrın 2-də isə Dnestryanı Moldova SSR yaradıldı.

 

1990-cı ildə Moldovada yeni "suveren sovet respublikalarının" qurulmasından cəmi dörd gün sonra Litvada da bunlara bənzər inzibati vahid - Vilnüs əyaləti polyaklarının milli muxtariyyat ərazisi yaradıldı. Lakin polyakların muxtar ərazi qurumu 11 mart 1990-cı ildə öz dövlət müstəqilliyini bərpa etmiş Litva Respublikasının tərkibində yox, - artıq o zaman mövcud olmayan Litva SSR-nin çərçivəsində təşkil edildi.

 

Daha sonra - 1991-ci ilin yanvar ayında Ukraynanın Krım əyalətində Krım MSSR-nin yaradılması barədə qərar qəbul edildi. Lakin bu "respublika" etnik maraqların təmsil olunması baxımından 1921 - 1946-cı illərdə burada mövcud olmuş Krım tatarları muxtar qurumunun (Krım tatarcası: Qrım Muhtar Sotsialist Şuralar Cumhuriyyeti) bərpa edilməsi şəklində yox, məhz bu yarımadada yaşayan ruslar üçün nəzərdə tutulub təsis edildi.

Hələ 1991-ci ilin iyul ayında Kremlin təhriki ilə Estoniyanın rusdilli Narva, Kohtla-Yarve Sillamye şəhərlərinin icra hakimiyyəti strukturları tərəfindən ölkənin Fin körfəzi Rusiya ilə həmsərhəd olan şimal-şərq bölgəsində (əsasən İda-Virumaa vilayəti əsasında) Narvayanı SSR-nin yaradılması təklifi irəli sürülmüşdü (təbii ki, sonradan bu "suveren respublikanın" RSFSR-in tərkibinə qatılması nəzərdə tutulmuşdu). Lakin o zaman rəsmi Tallin bu cür "təşəbbüsə" olduqca sərt münasibət bildirdi operativ hərəkət edərək bir sıra siyasi təşkilati əks tədbirlər həyata keçirdi. Bununla yanaşı, 18 avqust 1991-ci ildə SSRİ- Dövlət Fövqəladə Vəziyyəti Komitəsinin (rusca: QKÇP) yaradılması bir neçə gündən sonra bunun dövlət çevrilişi kimi dəyərləndirilməsi ilə bağlı olaylar da qondarma Narvayanı SSR-nin təsis edilməsi planını o zaman tamamilə pozdu.

Bu doktrinanın gerçəkləşdirilməsinin siyasi-təşkilati istiqamətlərindən biri bundan ibarətdir ki, qurulması yaxın gələcəkdə nəzərdə tutulmuş Avrasiya İttifaqına (bu qurumun embrionu hazırkı Gömrük İttifaqıdır) Avropa Asiya qitələrindən mümkün qədər çoxlu sayda dövlətlər sürünüb salınsın. Lakin birinci növbədə o dövlətlər ki, əvvəllər vaxtsa ya Rusiya İmperiyasına, ya da SSRİ- mənsub olublar. Əgər belə namizəd dövlət artıq kifayət qədər "domestifikasiya" olunubsa bir o qədər müqavimət göstərmirsə, onda həmin dövlət gələcək Avrasiya İttifaqına lazımi normaya çatdırılmış şəkildə, - necə deyərlər, tamamilə "komplektləşdirilmiş" formada daxil olur. Məsələn, Ermənistan, Qazaxıstan yaxud Belarus respublikaları kimi. Yox, əgər belə deyildirsə, onda "inadcıl" dövlətlərin tərkibindəki hansısa muxtar qurum yaxud hər hansı bir milli azlığın, ya da etnolinqvistik qrupun yığcam yaşadığı region gələcək "Soyuza" girmək barədə dərhal qərar qəbul edir. Şübhəsiz ki, həmin muxtar əyalət yaxud etnolinqvistik region əvvəlcə müstəqillik barədə bəyannamə qəbul edir, sonra isə gələcək Avrasiya İttifaqına (bu İttifaqın SSRİ-nin bərpa olunaraq zahirən az-maz yeniləşdirilmiş analoqu olmasını başa düşmək çətin deyildir) yaxud Rusiya Federasiyasının tərkibinə qəbul olunması barədə "böyük ruh yüksəkliyi ilə" müraciət ünvanlayır. "Dağlıq Qarabağ respublikası" adlanan qondarma qurumunsa Avrasiya İttifaqı tələsinə düşməsindən əvvəl, onun bu yolda aralıq dayanacağı olaraq Rusiyanın özünə yox, Kremlin vassalı olan Ermənistana aid edilməsi ehtimalı vardır.

Məhz belə bir model lap yaxınlarda Krımda tətbiq edildi. Maraqlıdır ki, Avropada kommunist sisteminin çökməsindən sonra yalnız üç Avropa dövləti - Rusiya, Ermənistan Serbiya özlərinin ərazi xəritələrini qonşularının hesabına "genişləndirmək" fikrinə düşüblər. Serbiya onun üçün təyin olunmuş "şok terapiyası" seansını keçirdikdən sonra, göründüyü kimi, hazırda tamamilə sağalmağa doğru gedir. Rusiya Ermənistanı isə bunu hələ gələcəkdə gözləyir.

Yuxarıda çəkdiyimiz misallar heç göstərilən dövlətlərdə məskunlaşmış milli azlıqların zənn edilən qeyri-loyallığını qeyd etmək üçün nəzərdə tutulmayıbdır. Biz sadəcə olaraq demək istəyirik ki, milli hisslər tez duyğulanan tez sınan hisslərdir. olduqca neqativ hal ondan ibarətdir ki, bəzən bu hisslərlə oynamaq istəyən daxili xarici qüvvələr meydana gəlir. İndiyədək biz etnik münasibətlər zəminində yalnız xaricdən yaradılan təhlükələr barədə, - ilk növbədə Rusiya tərəfindən törədilən təhlükələr haqqında danışdıq. Lakin belə bir təhlükə hər zaman dövlətlərin daxilində baş qaldıra bilər. heç unutmaq lazım deyildir ki, Orta Şərqi Avropanın postkommunist ölkərindəki vətəndaş cəmiyyətlərinin kamillik dərəcəsi inkişaf etmiş Qərbi Avropa dövlətlərindəki cəmiyyətlərin müvəffəq olduqları yetkinlik səviyyəsinə hələ çatmayıbdır. Bunun üçün bir qədər vaxt eləcə böyük hövsələ gərəkdir. Bunu eynilə etniklərarası münasibətlərin ahəngləşdirilməsi haqqında da demək lazımdır. Belə ki, həm Litvada Polşada, həm Macarıstanda, Azərbaycanda Ukraynada, eləcə bir sıra digər postsovet ölkələrində hazırda kifayət qədər ksenofobiya halları mövcuddur, qonşu yaxud uzaq xalqlar barədə burada müxtəlif stereotiplər gəzib dolanır. Bu, həm milli çoxluqların, həm milli azlıqların təmsilçilərinə xas olan təzahürdür (bu baxımdan biz hamımız bir-birimizdən olduqca az fərqlənirik yaxud bir-birimizə çox bənzəyirk).

Milli azlıqlar barədə stereotiplərin geniş yayıldığı əsas məkan tarixdir. Məsələn, litvalıların polyakların böyük qismi Böyük Litva Knyazlığı Polşa Krallığı arasında 1 iyul 1569-cu ildə Lyublin şəhərində imzalanmış İttifaq (Uniya) müqaviləsi barədə anlatma izahları qətiyyən eyni cür qəbul etmirlər. Onlar həmçinin, XX əsr ərzində bir neçə dəfə Vilnüs şəhərinin hansı dövlətə mənsub olması ilə bağlı baş vermiş dəyişilmələri fərqli surətdə dəyərləndirirlər. Litvalıların Litva yəhudiləri ilə keçmiş münasibətləri məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, Hitler Almaniyasının SSRİ-nin üzərinə hücum etməsindən dərhal sonra, 22 - 28 iyun 1941-ci ildə Kaunasda sovetlərə qarşı başlanmış üsyanı, litvalıların müstəqil Litva dövlətini bərpa etmək səylərini o zaman onların yaratdıqları Müvəqqəti Litva hökumətinin yerli yəhudi vətəndaşlara qarşı həyata keçirdiyi aksiyaları dəyərləndirmək baxımından litvalılar yəhudilər arasında indi kifayət qədər böyük fikir ayrılığı vardır.

Tarixdə belə misallar çoxdur şübhəsiz ki, arzu olunan halda onların siyahısını davam etdirmək olardı. Lakin əgər qondarma misallarla doldurulub "zənginləşdirilmiş" tarixin səhifələrini müxtəlif miflərdən "təmizləyib" saflaşdırmaq mümkün olsaydı, onda fərqli mövqelərin bir-birinə yaxınlaşması münasibətlərdə antaqonizmin nəzərə çarpacaq dərəcədə azalması istiqamətində işıqlı bir ümid yaranmış olardı. Hərçənd ki, bunun üçün müntəzəm olaraq tərbiyəvi maarifləndirmə işləri aparılmalıdır. Ən vacibi odur ki, milli mənsubiyyətindən peşə kimi istifadə edən yaxud onu öz biznesinə çevirmiş bəzi üzdəniraq xadimlərə xalqları milli zəmində qızışdıraraq bir-birinin üstünə salmaq üçün yol vermək lazım deyildir. Belə xadimlər isə, qeyd etdiyimiz kimi, həm milli çoxluqların, həm milli azlıqların aralarında vardır. Odur ki, bu ya digər bir etnik qrupu süni şəkildə iblisləşdirmək lazım deyildir bunun üçün heç bir lüzum yoxdur.

Lakin bu məsələdə xalqları onların yaşadıqları dövlətlərin atdığı bəzi addımlarla da eyniləşdirmək olmaz. Elə dövlətlər, daha dəqiq desək dövlətləri idarə edən rejimlər vardır ki, xalqın o cümlədən xaricdə yaşayan həmvətənlərin milli hisslərindən sui-istifadə edirlər, etnik duyğuları qəsdən qeyri-konstruktiv məqsədlərlə indoktrinasiya edirlər. Bu baxımdan həm Litva, həm Azərbaycan üçün ən böyük təhlükəni Rusiya onun əlaltısı olan satellit ölkələr yaradır. Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin öz fəaliyyətində dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq "Avrasiya İttifaqı" ideologiyasına əsaslanır. Bu ideologiyanın yeniləşdirilmiş versiyasının yaradıcısı olan Aleksandr Duqin isə dəfələrlə yazmışdır ki, Rusiya Litvada polyaklarla litvalıların arasında mövcud olan ixtilaflardan hər bir üsulla öz xeyrinə istifadə etməyi özünə həmişə borc bilməlidir. Təəssüflər olsun ki, Litvada indiyədək çoxları bunu başa düşmürlər.

Həmin "avrasiyaçı" qüvvələr Qarabağı mənim etnik vətənim Azərbaycandan qopardıqdan sonra hələ bununla kifayətlənməyiblər. Belə ki, hal-hazırda onların Rusiyada Ermənistanda fəaliyyət göstərən təbliğat təxribat mərkəzləri Azərbaycanın Dağıstanla İranla həmsərhəd olan rayonlarının ərazilərni setsesiya etmək ssenarisinin gerçəkləşdirilməsi üzərində mütəmadi yorulmadan aparırlar. "Avrasiyaçılar" bu məqsədlə həmin ərazilərdə guya müstəqil ləzgi talış cırtdan dövlətlərinin yaradılması planlarını müntəzəm olaraq irəli sürürlər ki, sonra həmin "müstəqil" dövlət "qırıqlarını" Rusiyanın yaxud Avrasiya İttifaqının (hərçənd ki, bunların hər ikisi eyni şeydir) tərkibinə inkorporasiya etsinlər. Ümidvaram ki, müxtəlif etnolinqvistik qruplara millətlərə aid olaraq Azərbaycanda məskunlaşmış qədim həmvətənlərim Şeytanın bu şirnikləndirici təkliflərinə aldanmayıb onun qabağında dura biləcəklər.

Şeytan əməllərini onun şirnikdirici təkliflərini mən elə-belə yada salmadım. Belə ki, onun belə hərəkətlərinin bəzi nəticələri hal-hazırda Litvada apaydın göz qabağındadır. 1988-ci ildən indiyədək Litvanın milli azlıqlar siyasətində bilavasitə iştirak edən 2009 - 2012-ci illərdə Litva Milli İcmalar Surasının sədri olmuş şəxs olaraq tam təsdiq edə bilərəm ki, son 15 il ərzində Rusiyanın Litvadakı səfirliyi (aydındır ki, təkcə səfirliyi yox) demək olar ki, burada fəaliyyət göstərən bütün rus ictimai təşkilatlarını Rusiyanın imperiya maraqlarının təsir dairəsinə salmağa tam ələ almağa müvəffəq olmuşdur. Bu, həmçinin onunla təsdiq olunur ki, Litva rusları artıq çoxdandır ki, etnik vətənləri Rusiyanın İçkeriyaya, Gürcüstana ya Ukraynaya qarşı törətdiyi təcavüzkarlığa qarşı heç bir tərzlə etiraz edərək səslərini qaldırmırlar. Litva Sayudis Seyminin sabiq üzvü olaraq yaxşı xatırlayıram ki, Litva xalq hərəkatının ən fəal dövründə - 1988 - 1991-ci illərdə Litva ruslarının nəzərə çarpan qisminin SSRİ-nin imperiya siyasətinə qarşı baxışları tamam başqa cür idi.

Ancaq bu heç o demək deyil ki, biz özümüz daxildə etnik azlıqlar siyasətini yararlı surətdə formalaşdırıb həyata keçirmək baxımından hər şeyi düzgün edirik. etnik siyasətə aid bütün məsələləri qarışdırıb xaos yaradanlar da guya yalnız xarici ziyankar qüvvələrdən yaxud daxili yaramazlardan ibarətdir. Doğrudur, "hansısa" ziyankar qüvvələr yaxud yaramaz ünsürlər həqiqətən mövcuddur, onlar həqiqətən indi dağıdıcı fəaliyyət göstərirlər bundan sonra da göstərəcəklər. Amma, məsələ burasındadır ki, Litvanın öz daxilində xeyli sayda bizim hələ tamamlaya bilmədiyimiz "ev işləri" vardır. Bu baxımdan ilk növbədə konstatasiya etmək lazımdır ki, hazırda Litva dövlətində vahid etnik siyasət yoxdur. Litvanın aidiyyatı olan ayrı-ayrı dövlət hökumət institusiyaları çağdaş dövrdə öz aralarında razılaşdırılmamış müddəaları bir-birindən gözəçarpan dərəcədə fərqlənən etnik siyasət aparırlar. Ümumiyyətlə, vahid etnik siyasət indiki vəziyyətdə ortaya necə qoyula bilər ki? Axı, artıq beş ilə yaxındır ki, Litvada bu siyasəti formalaşdıran həyata keçirən xüsusi dövlət qurumu - Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Emiqrasiya Departamenti ləğv edilibdir. Bununla yanaşı, hələ 1989-cu ildə qəbul edilmiş Litva Respublikasının Milli Azlıqlar haqqında Qanunun qüvvədə olma müddəti 2010-cu ildə uzadılmayıbdır.

Bir sözlə, biz hamımız həm özümüzün, həm özgələrin buraxdığı səhvlərdən nəticə çıxarmalı, ibrət dərsləri götürməli elə işləməliyik ki, Litva daha heç bir zaman Rusiya təcavüzünə məruz qalmış zərərdidə dövlətləri siyahısına düşməsin.

 

Vilnüs-Bakı, 8-16 may 2014-cü il

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

 

525-ci qəzet.- 2014.- 4 oktyabr.