Ogyüst Roden – müasir heykəltəraşlığın
titanı
(Əvvəli
ötən şənbə sayımızda)
Rodenlə
bir neçə il davam edən sevgi məsələsi
hökmən öz davamı kimi narahatlıq da gətirməli
idi. Münaqişə istedadlı, ehtiraslı və əsəbi
xarakteri olan rəssamla – Kamilla ilə, heç də az ehtiraslı olmayan, ancaq çox sadə
qadın olan Roza arasında baş verdi. Belə
hadisələrdə daim baş verən kimi, hər iki
qadın aqoniyadan əzab çəkirdi və o vaxtdan
onların hər ikisi barışmaz və möhkəm iradəli
rəqibə çevrildilər. Məzəmmətlər,
göz yaşları və hətta hədələr Rodeni cana yığırdı.
Əgər o, evə gələndə geciksəydi, Roza
qısqanclıqdan dəli olub, qisas duyğusu ilə yanaraq,
lunatik kimi qaranlıq bağda, hər ikisinin sevdiyi və nifrət
etdiyi addım səslərini eşitmək üçün
dolaşırdı. Məhəbbət məsələsinin adəti
qaydada olan həllində olduğu kimi Roden Rozaya görə
Kamillanı tərk etməli oldu. Bu
düzgün idimi? Axı o, qızın
yeganə məşuqu deyildi, bəstəkar Debyüssi bu məhəbbətdə
onun rəqibi idi. 1895-ci ilddə Qonkur məlumat
verir ki, Rocer Marks şahiddir ki, heykəltəraş və onun
məşuqəsi yan-yana, böyük məhəbbətlə
işləyirdilər. Belə bir
maraqlı şəhadət də vardır ki, Kamilla onu
atıb getmişdi. Roden özü də bəyan
etmişdi ki, qız bir gün onu tərk etdi, sonra
qayıtdı və nəticədə həmişəlik
çıxıb getdi – məhəbbət məsələsində
çox vaxt təkrar olunan bir nümunə ondan ibarətdir
ki, üçlük nəticə etibarilə hökmən
dağılır.
Bu baş verdikdə, Roden göz yaşları içində
dostuna demişdi ki, o, artıq Kamillanın üzərində
heç bir təsir gücünə malik deyildir. Nəticə
hər ikisi üçün çox xoşagəlməz idi.
Kamilla əsəb xəstəliyinə, nevrastaniyaya
tutuldu. Rodenə isə onu unutmaq olduqca
çətin idi, o, Kamilla ilə ayrılıqdan əzab
çəkirdi və bu dərd çox-çox illər davam
etdi.
Roden, onu ləkələyən keçmiş məşuqəsi
barədəki parlaq xatirəsini ömrünün sonunadək
qoruyub saxladı. Kamilla isə onu özünün
uğursuz həyatına və karyerasına görə ittiham
edirdi. Axı onu da qeyd etmək
lazımdır ki, istedadlı adamlar nadir hallarda xoşbəxt
olurlar.
Kamilla
ruhi xəstəliyə tutulduqdan sonra ona elə gəlirdi ki,
Roden onu ələ salır, onun köhnə işlərini
düzəldib, öz adına
çıxır. Belə depressiya vəziyyətində
o, heykəllər qayırırdı, lakin sonra qəzəbindən
onları qırıq-qırıq edirdi. 1913-cü ildə
onu dəlixanaya götürdülər, burada o, otuz il qaldı. Bu qadın əmin idi
ki, onun bura salınmağının təqsirkarı da
Ogyüst Rodendir. O, dahi rəssamı özünün
bütün bədbəxtliklərində təqsirləndirirdi,
onu lənətlərlə yad edirdi. Sonradan o,
artıq heykəltəraşlıqdan da əl çəkib,
bu işə bir daha toxunmadı.
Kamilla 1943-cü ildə 79 yaşında öldü. Ölümündən
əvvəl onun yanına gələn doğma qardaşını
da tanımadı. Bu gün də Rodenin
muzeyində onun şagirdi Kamilla Klodenin heykəltəraşlıq
işlərini görmək olar. Bu, rəssamın
özünün vəsiyyətinə uyğun olaraq
edilmişdir.
Rodenin sənəti daim qadına hörmət
mövqeyində idi. Kamilla bunun mərkəzində idi və
Roden daim ona, bu qız barədəki düşüncələrinə
qayıdırdı. Bununla əlaqədar
bir şaiyə də yada düşür, bunda isə ümumən
onun qadın bədəninə dəlicəsinə
vurulması öz əksini tapır. O, “Kale burgerləri”
üzərində işləyəndə çılpaq
fiqurun modelini hazırlayırdı. Onun modeli
masanın üstündə uzanmışdı və Roden
gündəlik işini bitirdikdə qıza tərəf əyilib,
onun gənc qadın göbəyindən öpdü – təbiətin
saysız mərhəməti qarşısında sitayiş
bacını bu yolla qızdan aldı.
Roden qadın məlahətindən istifadə edən
idi, çox müxtəlif olan nəhayətsiz və
sevindirici dərəcələrdə qadın bədənini əsir
etməyə çalışırdı, bu müxtəlifliklər
qadının döşlərinin və göbəyinin
arasındakı hərəkətdə və ya ehtiras
impulsunun təsiri altında qəbul edilə bilən qadın
bədəninin qeyri-adi və adəti olmayan ölçülərində
özünü göstərirdi.
Divanda uzanan qadının gözəl başı onun
qurtaracağında qərar tuturdu. Saçları,
saçın qızıl piramidası yanaqların ətrafına
tökülürdü. Saç payız
yarpaqlarına bənzər rübənddə işıq
saçırdı. Sifəti əhatə
edilən gözəl saç qızıl sünbül
topaları olan taxıl zəmisinə bənzəyirdi. Rütubətli qırmızı ağız
heyranedici idi, onun nəcib əyrisi ilana bənzəyirdi, dəyirmi
bəbəklər qapalı idi, kirpiklərin tikişi ilə
çarpazlanırdı. Bu, gözlərlə
ağız arasındakı incə harmoniya idi. Bu
sözləri onun modellərini öyrənən bir səriştəli
adam yazmışdı.
Roden
uzanan qadın bədəninə yaxınlaşmaq
üçün əyilirdi və qorxurdu ki, səsinin
azacıq eşidilməsi bu sevimli zərif məxluqu narahat edə
bilər, ona görə də pıçıldayırdı:
“Ağzını elə tut ki, elə bil ki, fleyta
çalırsan. Yenə! Yenə!”
Bu təsvir
davam edirdi: “Ağız, qabağa çıxan parlaq dodaqlar
hiss edilən qədər ifadəli idi... Buradan ətirli
nəfəs gəlirdi və arı kimi içəri cumub və
pətəyindən qaçırdı”. Roden
bu təəssüratı barədə deyirdi ki, bəşər
çiçəyini ardı kəsilmədən öyrənməyim
necə də məni sevindirir. “Necə bir
xoşbəxtlikdir ki, mənim sənətimdə sevilməyə
və həmçinin sevgim barədə danışmağa
qadirəm”.
Onu bəzən
ağuşuna alan pessimizmin əksinə
olaraq o, həyatla, insanlarla məhəbbətdə idi. Onun qadınlara ehtirası “I Sirena. Veneranın üz-gözünü bəzəməsi”
əsərində heyranedici qaydada ifadə olunur. Onun saçlarının burulması, bədəni və
yumulu gözləri bir bayram ləzzəti kimi yadda qalır və
adamı şadlandırır. Titsianın
qadınları kimi bu gözəl bədənli qız barəsində
də hansısa bir pozğunluq düşüncəsi ola bilməz. Bu qız sevilən
məmnun qalmanın obrazıdır, Rodenin bir dəfə həya
etmədən qeyd etdiyi kimi “məhəbbətdə hər
şeyin hesabı fəaliyyətdir”. O, həyatda baş
verən kontrastları vurğulamağa can atırdı. Buna ən təsirli nümunə “Öpüş” və
“Bir vaxt o, dəbilqə qayıranın gözəl arvadı
olmuşdu” əsərləridir. O, dəfələrlə
ötüb keçən məhəbbət, ölüm
mövzularına müraciət etmişdi. İkinci
əsərində isə, onun mövzusu Vilyonun məşhur
poemasından götürülmüşdür və qadın
ən pis vəziyyətdə, pərişan şəraitdə,
demək olar ki, skelet kimi təsvir edilmişdir.
“Ölpüş”dəki məhəbbət alovunda yanmaqdan həzz
alan xoşbəxt qızla bu bədbəxt
qadın arasındakı fərq həyatdakı kontrastı əks
etdirir.
Roden onun
dövrünü valeh edən problemlərdən birinin
birbaşa ürəyinə nüfuz edir – qadın kişi üzərində ağalıq edir. Bunu o, heyrətamiz “Hər şeyi məhv edən
qadın” əsərində təsvir edir. Freyd
nəzəriyyəsinə inam bəsləməklə, o, bizə
elə bil ki, dişi pələng olan qadının kişiyə
hücum etməsini göstərir. Qadın öz ovu kimi
taqətdən düşmüş kişinin üzərinə
atılır və kişi ona müqavimət
göstərmir. Kişi qadın üçün qul ola bilər, bunu o, “Əbədi büt” əsərində
açıb göstərir. Burada qadının
başı incə şəkildə irəli əyilmişdir.
O, aşağı, elə bil ki, sakit gecənin yüksəkliyindən
kişiyə baxır, axırıncının üzü elə
bil ki, bol çiçəklərin içərisində olan
kimi qadının
döşündə gizlənmişdir. O, həmçinin diz
çökmüşdür, lakin daşda olmaqla
aşağıdadır. Onun əlləri öz
arxasında yerləşmişdir, elə bil ki,
lazımsız, boş şeylərdir. Bu
qrupda sirli böyüklük nəzərə çarpır.
Roden çox hallarda olduğu kimi, bunun mənasını
da izah etməyə cəsarət etmir.
Roden ardıcıl olaraq qadının femme fatale – “bədbəxtlik
gətirən qadın” kimi izah edir, bunda o, romantiklərin təxəyyülünə
əsaslanır. Rodenin əsərində qadın
özünün sevilməsinə icazə verir, hissiyyatlı
qaydada öpüşlər daşqınına
bürünür, sevdiyi kişinin öpüşlərinin
sayı, çəkisi isə yoxdur. İyirmi beş yaşlı kişinin öpüşləri
hərarətli və sarsıdıcıdır.
Roden sənətində erotisizm məzmuna nüfuz edir. Burada şair Bodlerin təsiri
də hiss olunur. Bodlerin ölümündən
sonra Roden onun başının heyrətedici heykəlini
yaratmışdı. Bodler əsrin digər
şahidlərindən daha çox onun günah və lənət
konsepsiyaları ilə razılaşırdı, bunlara isə
XIX əsr rəssamlarının və
yazıçılarının təxəffülündə
rast gəlmək mümkündür. Dantenin
“Cəhənnəm qapıları” ilə Bodlerin təsirinin
çuğlaşdığı yol çox mühüm
xarakter daşıyırdı. Bu ali əsərinin
formalaşması üçün belə iki mənbə
Rodenin bacarığının əsasında dayanırdı,
bunlar özünü onun həyat fəlsəfəsinin
böyük hissəsini olduqca zəngin qaydada ifadə edirdi.
Bodlerin təsiri Rodenin lesbianizmlə razılaşdığını ifadə etməyə kömək edir, bu, onun “Heyranlıq və ekstaz”, “İctimai qadın”, “Sarılmış qadın” və “Vakkanaliya” kimi sənət əsərlərində müşahidə olunur. Bu, ona qadın bədənlərinin qeyri-adi mələklər görünüşündə göstərmək imkanı verir, kontrast şəkildəki insan əlaqələrini araşdırmağa qadir edir. Bu vaxt baş verən gənc və yaşlı, müqəddəs və dünyəvi sevgi arasında deyil, normallıqla ondan uzaqlaşmaq arasındadır.
Rodenin məhəbbət ehtirası, şəhvət duyğusu dini şəxsiyyətləri təsvir etməsinə də toxunmamış qalmır. Qadının kişiyə malik olması arzusunu təklif etmək sahəsindəki onun istəyi o qədər böyük idi ki, o, bu hissi yanaşmanı özünün 1894-cü ildə yartdığı “Xrist və Maqdalina” əsərində də tərəddüd etmədən tətbiq etdi. Maqdalinanın aydın göstərilən yançaqlarını, demək olar ki, barokko üslubunda təsvir edir. Onlar Xristin bədənini qucaqlayan kimi sıxırlar, elə bil ki, qadın bütün varlığını bir məşuqə sıçrayışı ilə onun qolları arasına atır. Mövzunun belə araşdırılması xristian konfiqurasiyasına roman notu kimi təqdim olunur.
Roden deyirdi ki, “Antik heykəltəraşlıq insan bədəninin məntiqini, mən isə onun psixologiyasını axtarıram”. Onun psixologiyanın inkişafı ilə xüsusən yaxın əlaqəsi var idi. O, Freyd nəzəriyyəsinə də hörmətlə yanaşırdı. Onun “Əbədi bahar” əsərində elə görünür ki, gənc qəflətən qızı öpmək üçün qolları arasına alır, bu da onun oturma oxunu yöndəmsiz qaydada dəyişir, bu vaxt qız isə öz növbəsində elə görünür ki, bunu anlamadan özünü təslim etmək istəyir. Bu anatomik cəhətdən çox sadədir. Adəmin bir tərəfə əyilməsi onun bütün bədəni ilə razılıqdadır, həm də onun qorxusunu göstərir. Bu vaxt qız özlüyündə bəlkə də bunu başa düşmədən özünü təslim edən kimi görünür. Bu anatomik cəhətdən əsas addım kimi təsvir edilmişdir. Adəm bir tərəfə əyilr, bütün bədəni ilə buna çalışır ki, Həvvanın qorxusunu nəzərə alsın. Onun başı öz biabırçılığını “bilə” bilər, ona görə də öz bədənində yoxa çıxmaq istəyi kimi görünür və dramatik qaydada uzanmış barmaq hələ də Allahın barmağı ilə kontaktdan əsir, bu jest, heç şübhəsiz, Rodenin əsərində Sikstin kapellasının tavanını yada salır. Mikelancelonun məşhur freskasında bu, “Adəmin yaranışı” tablosunda Allahın Adəmin əlinə barmağı ilə toxunması ilə ifadə olunur.
Dini mövzudan bir qədər abstraksiya edilsə, “Əbədi bahar” kompozisiyasında “Öpüş”də olan kimi qadın məhəbbət anında, kişinin hərarətli ağuşunda təsvir edilir. Hər ikisində əsl təmiz məhəbbətdən xəbər verən, bircə anlığa mövcud olsa da, hər şeyi öz alovunda məhv edən öpuş vasitəsilə kişi ilə qadının birgə, qarşılıqlı bağlılıq hissləri təqdim edilir. Xüsusən “Əbədi bahar”dakı səhnə hər iki gəncin hissiyyatın fiziki ifadəsindən daha çox, onları özünə əsir etmiş yanğını söndürmək üçün bu vasitəyə əl atdıqlarını göstərir. Mərmərdən yonulmuş kompozisiyada Roden qeyri-adi həll yolunu tapmışdır, dizi üstə düşən gənc qızın füsunkar bədəni, bu bədənin bütün ləyaqətləri ecazkar bir ifadədə təsvir olunur. Qızın sağ qolunun oğlanın başını özünə tərəf əyməsi, onun incə bədənini, məhəbbətə çağıran döşlərini seyr etməyə, əslində bu səhnəyə heyran olmağa çağırır. Oğlan isə sağ qolu ilə qızın çiynini qucaqlayıb, başını əymiş, sol qolunu həzzdən məst şəkildə uzatdığı tərzdə, dodaqlarını susuzluqdan təşnə adam səhradakı vahədə ağzını soyuq bulağa qapadığı kimi, qızın dodaqlarına möhürləmişdir.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.25.