Topqapı Sarayı kimin ideyasıdır?

 

 

 

Tarixçi Mükrimin Halil İnanç Topkapı sarayının tikilməsini belə izah edir:

 

İstanbulu ələ keçirən böyük cahangir Fateh Sultan Mehmet Han Bəyazit meydanında bugünkü İstanbul Universitetinin yerindəki sarayı özünə məskən olaraq seçmişdi. Bütün saraylar kimi bunun da ətrafı kiçik bir daş divarla çevrilmişdi. Fateh Sultan Mehmet bir gün kürəkəni Məhəmməd xanla İstanbulda gəzməyə çıxdı. Atasıyla küsülü olub, Fateh Sultan Mehmetə sığınan Uzun Həsənin oğlu Uğurlu Məhəmməd onun qızı Gövhər Xatunu alaraq onun kürəkəni olmuşdu. Fateh kürəkəni Məhəmmədlə sarayın ətrafında gəzərkən Uğurlu Məhəmməd Osmanlı sultanına bu sarayın bir hücumda alına biləcəyini söylədi. İkisi bərabər indiki Topkapı sarayı olan romalıların Akropol dedikləri təpəyə qədər yeridilər. Ətrafı gözdən keçirdilər. Uğurlu Məhəmməd o təpədə saray tikilməsinin daha uyğun olacağını söylədi Fateh bu fikri bəyənərək elə həmin an da oraya Topkapı sarayının tikilməsini əmr etdi”. (M.H. İnanç. Sohbetler,s.38)

 

Minlərcə turistin ziyarət edərək heyranlıqla gəzdiyi möhtəşəm Topkapı sarayının tikilməsinə səbəb olan Uğurlu Məhəmməd kimdir? Uğurlu Məhəmməd yuxarıda tarixçi M.H. İnançın da yazdığı kimi Azərbaycana da hakim olmuş Ağqoyunlu Dövlətinin qurucusu Uzun Həsənin ən böyük oğluydu.

 

Səfəvilərdən öncə Azərbaycan, İran, Ermənistan, Gürcüstan torpaqlarına, hətta Anadolunun yarısına Ağqoyunlular hakimdi. Ağqoyunlu hökmdarı Uzun Həsən mənbələrin çoxunda hətta Fateh Sultan Mehmetin məktublarında Azərbaycan hökmdarı olaraq da anılmışdır. Uzun Həsənin anası Sara Xatun isə İbn Tanrıberdinin yazdığına görə azərbaycanlı Pir Əli bəyin qızıdır. Bu azərbaycanlı xanım sultan Sara Xatun diplomatlığı ilə məşhurdur. Oğlu Uzun Həsən Fateh Sultan Mehmetlə indiki Ərzincan şəhərinə bağlı Otlukbelində 1473-cü il avqustun 11-də savaşmadan öncə onu Fateh Sultan Mehmetə barış görüşmələri üçün göndərmişdi.Yazılanlara görə Fateh Sultan Mehmet Sara Xatunu böyük hörmətlə qarşıladı və onaAna” deyə xitab etdi.

 

Sara Xatun Fatehin ordusu ilə bərabər o zamanlar rumların əlində olan Trabzona qədər getdi. Hətta Fatehin ordusunun Trabzon dağlarına dırmanışındakı zəhməti görüncə Fatehə belə səsləndiyini söylərlər:

 

“-Ey Oğul! Bu Trabzon üçün bunca zəhmət nəyə lazımdır?

 

Fatih Sara Xatuna doğru mənalı-mənalı baxdıqdan sonra bu cavabı verir:

 

Ey Ana! Bu zəhmət din yolundadır. Bizim əlimizdə islamın qılıncı vardır. Əgər bu zəhmətə qatlaşmasaq, bizəQazideyilməsi yalan olar. Bu gün yaxud sabah Allahın hüzuruna çıxınca utanaram”.

 

Bu gün bu qəhrəman azərbaycanlı qadından qalan Elazığın Harput qəsəbəsində bir Sara Xatun küçəsi o küçədə çox gözəl bir memarlıq sənəti olan Sara Xatun məscididir. Elazığa gedən azərbaycanlılar Sara Xatun məscidini ziyarət etdiklərində mutləq onun ruhu da şad olacaqdır.

 

İştə Topkapı sarayının tikilməsi fikrini ortaya atan oranın yerini təyin edən Uğurlu Məhəmməd Uzun Həsən kimi qəhrəman bir hökmdarın belə güclü, ağıllı, tədbirli bir qadının nəvəsiydi.

 

Uğurlu Məhəmmədin anası Diyarbəkir-Eyil bəyinin qızıydı. Tarixçilər onu cəsur, bacarıqlı uzaqgörən birisi olaraq tanıdırlar. Osmanlılarla olan məşhur Otlukbeli savaşında Ağqoyunlu ordusunun sol qanadına Uğurlu Məhəmməd başçılıq etmiş böyük qəhrəmanlıqlar göstərmişdir. Savaş öncəsi İsfahan Şirazı idarə edirdi.

 

Təəssüf ki, Uğurlu Məhəmmədin həyatı heç uğurlu olmadı. Ögey anası Səlcuk Şah Begüm onun atasıyla münasibətini pozanda  bir müddət İstanbulda qaynatası Fateh Sultan Mehmedin yanında qaldı. Fateh onu bəylərbəyi olaraq Sivasa göndərdi. Uğurlu Məhəmmədin Sivasda olduğunu xəbər alan Səlcuq Şah Begüm onu tələyə salmaq üçün ona yalan xəbərlər göndərdi. Atası Uzun Həsənin ölüm döşəyində olduğunu təcili gəlməsini söylədi. Uğurlu Məhəmməd bu xəbərə inandı hazırlıqsız yola çıxdı. Erzincana vardığında düşmənləri onu gözləyirdi orada Uğurlu Məhəmmədi öldürdülər. Adamları iki oğlunu düşmənlərinin əlindən qurtarıb qaçırdılar. Mahmud isimli oğlu Qahirəyə, ana tərəfindən Fateh Sultan Mehmetin nəvəsi Gödək Əhməd isə İstanbula aparıldı. Gödək Əhməd uzun müddət İstanbulda qaldı. Uzun Həsən onun yerinə keçən oğlu Sultan Yakup ölüncə Gödək Əhməd dayısı İkinci Bəyazitin( Sultan Səlimin atası) yardımıyla 1496-cı ildə Təbrizdə taxta çıxdı. Amma hökmdarlığı ancaq altı ay sürdü. İsfahanda olan bir savaşda məğlubiyyətə uğradı öldürüldü. Beləcə Uğurlu Məhəmməddən Topkapıdaxoş bir səda qaldı”.

 

Orxan ARAS

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.16.