Fidan Xuraman Qasımovalar Düsseldorfda konsert veriblər

 

 

Xalq artistləri Fidan və Xuraman Qasımovalar Almaniyanın Düsseldorf şəhərində konsert proqramı ilə çıxış ediblər.

Konsertin təşkilatçısı Troysdorfda fəaliyyət göstərən Alman-Azərbaycan dostluq cəmiyyəti olub. Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi də sənətkarlarımızın konsertinə öz dəstəyini əsirgəməyib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konsertdən əvvəl son vaxtlar Almaniya və Azərbaycan arasında əlaqələrdən, xüsusilə mədəniyyət sahəsində çoxsaylı tədbirlərdən söhbət açılıb. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyü vurğulanıb. Konsertin repertuarına Avropa və Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Xalq artistləri Fidan və Xuraman Qasımovaların ifası alqışlarla qarşılanıb.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 5 noyabr.- S.7.