Azərbaycan
xalçaçılığı - milli
və bəşəri mədəniyyətin nadir
nümunəsi
(Əvvəli ötən sayımızda)
Xalça sənəti Azərbaycan xalqının milli mənəvi dəyərlərindən
biri olduğu kimi, mədəni və maddi sərvətlərimiz
sırasında da müstəsna yer tutur. Tarixi mübarizələrlə
dolu keçmişi olan xalqımız yaşam tərzini, mənəviyyat
tarixini xalı-xalçalara
köçürərək yüzillər boyu nəsillərdən-nəsillərə ötürüb, bu günə kimi yaşadıb. Bu sənətin
ümumxalq sənəti
kimi yaşaması, inkişaf etdirilməsi, mədəniyyətimizdə, milli
dəyərlər sistemində
layiqli yer tutması onun əzəli və əbədi mahiyyətilə
bağlıdır. İlkin,
ibtidai şəklini havadan, oddan, sudan və
torpaqdan - bu dörd ünsürdən
aldığı iddia
edilən xalça sənətinin dəqiq tarixi hələ də bəlli deyil. Hətta bu sənətin
ilkin himayəçilərinin
peyğəmbərlər olduğu
da qeyd edilir.
Əlinə qələm alıb
bir xalça əsəri yaratmaq istəyən rəssamın
keçirdiyi hisslər,
qarşısına qoyduğu
ideyalar necə mühümdürsə, toxunacaq
xalça layihəsinin
hazırlanması da o
qədər vacib mərhələdir, bu iş çox böyük zəhmət,
bilik və zövq tələb edir.
Azərbaycan xalça sənətinin
elm sahəsi kimi öyrənilməsi və
professional rəssamların yaradıcılığında müasir inkişafı Xalq rəssamı Lətif Kərimovun adı
ilə bağlıdır.
Lətif Kərimov
1906-cı ildə Qarabağda
- Şuşa şəhərində anadan
olub. Onların nəsli - bütün
"Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları
ilə Qarabağ mahalında məşhur olub. 1912-ci ildə ailəsi
İranın Məşhəd
şəhərinə köçüb.
Xalça sənətinə məhəbbəti Lətifi
burada Mirzə Ələkbər Hüseynzadənin
emalatxanasına gətirib
çıxarıb. Gənc Lətif
zaman-zaman Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib,
hər sənətkardan,
hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənib. Şuşa şəhərində "Qarabağxalça"
artelində 1928-ci ildə
təlimatçı kimi
fəaliyyət göstərən
Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma
işinin sirlərini öyrənib. O, 1930-cu ildən
xalça sənəti
mütəxəssisi kimi
"Azərbaycanxalça" birliyində rəssam-təlimatçı
vəzifəsində fəaliyyət
göstərib. İlk dəfə
olaraq Bakıda və Qubada (1932-36) xalça məktəblərinin
açılmasında Lətif
Kərimovun böyük
zəhməti olub.
Lətif
Kərimov təkcə
xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də
fəaliyyət göstərib.1930-40-cı
illər Lətif Kərimovun yaradıcılığında
xüsusi yer tutur. Şərq, o cümlədən Azərbaycan
xalçası və
dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq
edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi
bəzək elementləri
əsasında yeni dekorativ motivlər yaradıb. L.Kərimovun eskizləri əsasında
toxunan "Əfşan"
(1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl"
(1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı"
(1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində"
(1969), "Şəbi-hicran" (1975),
"Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd
Vurğun" (1956), "Vaqif"
(1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin
Urməvi" (1975), "Əcəmi"
(1976) və s. ornamental və
portret xalçalar
ornament elementlərinin uyarlığı,
kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi
və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq
sənətinin qiymətli
nümunələrindəndir. 1949-cu ildə kollektiv
müəlliflərlə birgə
yaratdığı "Stalin" xalçasına görə
1950-ci ildə SSRI Dövlət
mükafatına layiq görülüb. 1986-cı ildə Londonda açılan fərdi sərgisi böyük müvəffəqiyyətlə keçib, sərgidə rəssamın "Bəndi-Rumi"
(1980,1981), "Ləçəkturunc"
(1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik"
(1983), "Kətəbəbəndlik"
(1984), "Əsrlərin nəğməsi"(1985)
və s. xalçaları
nümayiş etdirilib.
L. Kərimovun çoxcildli
"Azərbaycan xalçası"
əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin
təhlili verilib.
Azərbaycanda Xalça Muzeyinin yaranması da əsasən Lətif Kərimovun adı ilə bağlıdır. Lətif Kərimovun
Bakıda 1967 - ci ildə yaratdığı,
ölkədə ilk dövlət
xalça və xalq tətbiqi sənəti muzeyi, alim-rəssamın milli mədəniyyətimizə sanballı
töhfəsi olub.
Keçirilmiş simpoziumlarda xalça
muzeyinin bazasından istifadə edilib. Azərbaycan xalçaçılıq sənəti
sahəsində dünyanın
aparıcı ölkələrindən
birdir. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı
Xalça Muzeyi ayrı-ayrı dövrlərdə
müxtəlif ünvanlarda
yerləşib. İlk dəfə Muzey İçərişəhərdə "Cümə məscidi"nin binasında yerləşirdi və onun ilk ekspozisiyası
1972-ci ildə açılıb.
1991-ci ildə Xalça Muzeyi Muzey Mərkəzinə köçürülüb. Hazırda isə Azərbaycan Xalça Muzeyi Dənizkənarı Milli
Park ərazisində yeni
inşa olunan binada yerləşir.
Muzeyin yeni binası barədə söz açmazdan əvvəl bir məqamı qeyd etmək vacibdir ki, dövlət
rəhbərliyinin milli
mədəniyyətə göstərdiyi
yüksək qayğı,
həmçinin Azərbaycan
qeyri-maddi mədəni
irs nümunələrinin
qorunması və beynəlxalq səviyyədə
təbliği məqsədi
ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən
silsilə tədbirlər
bu sahədə müstəsna rol oynayır. Həmin tədbirlər nəticəsində
2010-cu ilin noyabrında
YUNESKO-nun qeyri-maddi mədəni
irs üzrə Hökumətlərarası Komitəsinin
V sessiyasında "Azərbaycan
xalçası" sənəti
bu mötəbər beynəlxalq qurumun Bəşəriyyətin qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Bu diqqətin təzahürü
olan Xalça Muzeyinin yeni binası Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il
martın 6-da "Azərbaycanda
muzey işinin yaxşılaşdırılması haqqında" imzaladığı
Sərəncam əsasında
tikilib. Sərəncamda
deyilir: "Azərbaycanda
muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi
həyatının inkişafı
baxımından əhəmiyyətini
və perspektivlərini
nəzərə alaraq
elmi və mədəni sərvətlərdən
hərtərəfli istifadə
imkanlarını genişləndirmək
üçün Azərbaycanın
regionlarında fəaliyyət
göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına
dair xüsusi tədbirlər planı hazırlansın". Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatlar dövlət
başçısının göstərişinə əsasən
Azərbaycanda muzeylərin
fəaliyyətinin müasir
prinsiplər əsasında
müvafiq olaraq yenidən qurulması və onun bütün
ekspozisiyalarının azərbaycançılıq
məfkurəsinə uyğunlaşdırılması
yolunda işə başladı. 2014-cü il
avqustun 26-da Prezident İlham Əliyevin iştirakı ilə Xalça Muzeyi açıldı və yeni binada fəaliyyətə
başladı.
(Ardı var)
Samirə
QULİYEVA,
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 5 noyabr.- S.6.