Milli Kitabxananın direktoru Misir Mədəniyyət Mərkəzinin müdiri ilə görüşüb

 

  Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi və Misir Mədəniyyət Mərkəzinin müdiri  Dr. Ahmed Sami Elaydyin Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovla görüşündə qeyd edilib.

Görüş zamanı Azərbaycan – Misir mədəni əlaqələrindən, hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı  əməkdaşlıqdan söhbət açılıb.

K. Tahirov öz növbəsində qonağın kitabxanaya gəlişindən və bu görüşdən məmnunluğunu bildirib.

Dr. Ahmed Sami Azərbaycan Milli Kitabxanasının tələbələr və elm adamları üçün son dərəcə mühüm rol oynamasından,  istənilən məlumatların operativ şəkildə əldə edilməsindən söz açıb.

Görüşdə həmçinin Azərbaycan və Misirin milli kitabxanaları arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə tədbirlərin keçirilməsi və Milli Kitabxana üçün lazımlı kitabların Misirdən gətirilməsinin mümkünlüyü barədə müzakirələr aparılıb.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 6 noyabr.- S.7.