Ürəkdən yazılan misralar
Bu yaxınlarda şair
Mahir Cavadlının
"Misra-misra ürəyimi
yazıram" şeirlər
toplusu nəşr edilib.
Kitabın əsas qayəsini müəllfin dünya və həyat, cəmiyyət və insanlar haqqında maraqlı düşüncələri,
doğma yurduna, torpağına bağlılığı,
bəşəri duyğuları
və dərin sevgisi təşkil edir.
Professor Vaqif Yusifli kitaba
yazdığı "Şeirdir...təbiidir, ürəkdən
gəlir" adlı önsözdə şairin
həyat və yaradıcılığından söhbət açıb:
"Mahir Cavadlının
şeirləri müxtəlif
mövzudadır, yəni
onun həyatda nə düşündürürsə,
onu yazır. Ümumiyyətlə, Qarabağ mövzusu
Mahirin şeirlərində
əsas motivlərdən
biridir. Mahir Cavadlı hisslərini
poetikcəsinə ifadə
etməyi bacarır, çünki o sözün
sehrini aça bilir. Onun sevgi şeirləri
də yaşanılan,
duyulan hisslərin poetik ifadəsi kimi diqqəti cəlb edir. Mahir Cavadlının sevgi şeirləri təkcə
aşiq-məşuq arasında
münasibətləri deyil,
həm də ümumən, məhəbbətin
qüdrəti, insanı
saflaşdırmaq, təmizləmək
missiyasını da yerinə yetirir".
Kitabdakı şeirlər "Tanrı
yazısı", "Təbim
yetə təbiətə",
"Gəz, dolan dünyanı", "Qələmim,
qəm-ələmim", "Adamlar, adamlılar",
"Sevgi dolu bir ürəyəm",
"Məsum sətirlər"
başlığında yer
alıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 6 noyabr.- S.7.