Azərbaycan xalçaçılığı - milli və bəşəri mədəniyyətin nadir nümunəsi

 

 

(Əvvəli ötən sayımızda)

Xalça sənəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olduğu kimi, mədəni maddi sərvətlərimiz sırasında da müstəsna yer tutur. Tarixi mübarizələrlə dolu keçmişi olan xalqımız yaşam tərzini,  mənəviyyat tarixini xalı-xalçalara köçürərək yüzillər boyu nəsillərdən-nəsillərə ötürüb, bu günə kimi yaşadıb. Bu sənətin ümumxalq sənəti kimi yaşaması, inkişaf etdirilməsi, mədəniyyətimizdə, milli dəyərlər sistemində layiqli yer tutması onun əzəli əbədi mahiyyəti ilə bağlıdır.

Xalça Muzeyi sentyabrın 2-də ilk qonağını qəbul edib Açıq Qapı günü qeyd edilib. Ümumi həcmi 93000 m3 olan binanın 4 giriş yeri var, tamburdan (dəhliz) əsas giriş, kafeyə ayrıca giriş texniki ehtiyaclar üçün 2 giriş. Binada 6 eskalator 3 lift mövcuddur, bunlardan biri yükdaşıyandır. Muzeyin  birinci mərtəbəsində  Fond şöbəsinin əməkdaşları üçün ofislər, avtomatlaşdırılmış fond saxlancı, bərpa konservasiya üzrə emalatxanalar, zərgərlik əşyaları üçün seyf otağı, bufet, texniki avadanlıq zonası yerləşir. Mərtəbə 0-da  foye, suvenir mağazası, müvəqqəti sərgi zalı, muzeyin inzibati ofisləri, ziyarətçilərlə otağı, xalçaların xüsusi emal otaqları, arxiv, elmi kitabxanası, təsərrüfat anbarı, bufet yer alıb. Mərtəbə +1-də sərgi sahəsi, kitabxana, konfrans zalı, kafe, terras, VİP sahəsi, bufet. Mərtəbə +2-də  sərgi sahəsi, konfrans zalı, buffet, mərtəbə +3-də sərgi sahəsi, uşaqlar üçün interaktiv sahə, video audio prezentasiyaları üçün auditorium, istirahət zonası, bufet  yerləşir. Muzeyin əsas funksional təyinatları daimi ekspozisiya müxtəlif sərgilərinin təşkili, elmi-tədqiqat işlərin aparılması, interaktiv proqramların işlənib hazırlanması, xalça sənətinin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, tərəfdaşlıq layihələrin hazırlanması icrası s. ibarətdir.  Hazırda Muzeyin fondunda 15.000-ə qədər eksponat mövcuddur. Muzeydə təkcə nümayiş deyil həmçinin master klaslar , uşaqlar böyüklər üçün proqramlar göstərilir ki, bu da muzeyə gələnlər üçün olduqca maraqlı yeni bir işdir.  Birinci mərtəbədə ilk xovsuz xalçalar, onların növləri palaz, cecim, şəddə, sumax digər xalça növləri yer alıb. Həmçinin bu mərtəbədə yunun qırxılması, əyrilməsi hazırlanması texnologiyasını, boyanmasını göstərən dəzgahlar da yer alıb. Muzeydə bütün eksponatlar XIX əsrin sonu XX əsrin əvvəllərinə aiddir. Bircə qədim xalça var ki , o da XVII əsrə aiddir. Ən qədim xalça Qarabağ məktəbinə aiddir. Bu xalçanı amerikalı vətəndaş şəxsi kolleksiyasından təqdim edib . Sözügedən xalçanın təntənəli nümayişi keçirilib.

Məktəblərdən söz düşmüşkən bildiyimiz kimi, Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm naxış, kompozisiya, rəng həlli texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz. Xalça Muzeyinin mərtəbələrində bu məktəbləri əhatə edən xalçalar sərgilənib.

Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə dağlıq, dağətəyi ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Buduq, Qırız, Cek, Salmasöyüd s. kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı-Əmirxanlı, Xəlfələr, Şahnəzərli, Pirəbədil, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi s. kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı s. kəndlərində mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" s.dir. Quba xalçaları ilmə sıxlığı ilə 1dm2-a 45 x 50 , 50 x 50,  50 x 60 olmaqla 3-7 mm hündürlüyü olan yumşaq parlaq yundan toxunurlar. Onlar mürəkkəb yığcam kompozisiyaları, ornament həllinin zərifliyi uzadılmış formaları ilə səciyyələnir. Bu növ xalçalar üçün ritmik şəkildə növbələnən xaçvari formalar, romb svastikaya bənzər həndəsi elementlər, habelə həndəsi tərzdə üslublaşdırılmış nəbati ornamentlər səciyyəvidir. Bu elementlərin arası müxtəlif  quş, heyvan digər canlıların təsviri ilə doldurulur. Quba xalçaçılıq mərkəzində 40-dan çox çeşni istifadə edilir.

Bakı məktəbi Abşeronun kəndlərini - Görədil Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu ona daxil olan Qədi, Hil, Keş, Fındığan s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" s. çeşnilər daxildir.

Şirvan xalçaçılıq məktəbi Azərbaycanın mərkəzi qismən şimal-qərb bölgələrini əhatə edir. Regionun həqiqi yüksəlişi antik orta əsrlər dönəminə təsadüf edir.  Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn, öz bədii texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir.  Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" s. kompozisiyalar daxildir.  Şirvan xalçalarının bədii dəyəri haqqında VI-VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar veriblər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilib. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini verib.

Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri onun ətraf kəndlərini, Gədəbəy Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınıb. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olub. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərib. Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir. Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax onun ətraf kəndləri, Ağstafa Tovuz rayonları daxildir. Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, Icevan, Qaraqoyunlu Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir. Borçalı xalça mərkəzini  Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir. Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərlixalçası", "Göyçəli xalçası", "Salahlı xalçası" s. çeşnili xalçalar daxildir. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edib. XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilib.

(ardı var)

Samirə QULİYEVA,  

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 6 noyabr.- S.6.