Azərbaycan xalçaçılığı – milli və bəşəri mədəniyyətin nadir nümunəsi

 

 

(Əvvəli ötən sayımızda)

 

Qarabağadı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub yenə istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçalarıQarabağadlandırırlar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalarXan yaXan Qarabağkimi müxtəlif adlar alıblar, eyni eskizlə Qubada toxunan xalçalar isə “Africa” adlanırdılar.Qarabağadı ilə tanınan xalçalar bir necə cür olur: bir neçə medalyondan ibarət olan orta sahənin kompozisiyası İran Hindistan bədii parçalarının əsasən basma naxışlı pərdələrini xatırladır. Bitki elementləri ilə bəzədilən bu medalyonları XV-XVII əsr Təbriz rəssamlarının tərtibatı hazırlanan Quranın ədəbi-bədii əsərlərin üz qabığında rast gəlmək olar. Medalyonların yuxarı aşağı tərəfində yerləşən başlıqlar medalyonlar ilə orta sahə arasında boş yerləri doldurur. Həmçinin xalça toxuyucuları arasındaÇini-çeşniadı alanQarabağxalçaları mövcuddur. Bu xalçaların kompozisiyasını bir cərgədə yerləşən səkkizguşəli medalyonlar təşkil edir. Xanlıq Azərbaycanın ən tanınan xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub hər zaman da belə olaraq qalmaqdadır. Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar Dünya bazarına yarmarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu. Xanlıqxalçasının orta sahəsində böyük göl yerləşir. Onun yuxarı aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşən ləçək yerləşir. Xanlıqxalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. Xanlıqxalçasının orijinal nümunələri xüsusi sifarişlə toxunan mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasındaxan qızıkimi tanınanXanlıqxalçası toxunub. Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu Qasımuşağı xalçasıdır.Qasımuşağı xalçası”nın adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu, sözsüz ki, bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunub. Qasımuşağıxalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunan böyük medalyon yerləşir. Medalyonun ortasında dördguşəli medalyon (xonça) yerləşir. Gölün yanlarından dörd bir tərəfə burulan budaqlar ayrılır. Orta sahənin yuxarı aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyükqolyerləşir. Bu göllərin (böyük gölün yuxarı aşağı hissəsində) arasında yalnız bu xalçalara xas olan naxışın ümumi rəsmini harmoniyalaşdıran qubpa yerləşir.

Bəhmənli xalçasının adı indiki Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. Bəhmənlixalçasının orta kompozisiyası bir-birinin ardınca düzülən, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. Qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlarheykəl”, “manqal yaçanq” (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir. Belə bir nəticəyə gəlmək olar ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlıbağanın təsviri ilə bağlıdır.

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürüb. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olublar. Onların xalçaları bütün Qarabağda məşhur idi. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mərfəş, yəhər üstü örtüks. Bunlar məişətdə və kənd–təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır. Malıbəyli xalçasının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə yerləşən qellər təşkil edir. Bu qellər orijinal bədii xüsusiyyətlərə malikdir: onlar orta sahənin hansı hissəsində yerləşməsinə və kəmiyyətinə baxmayaraq, formalarına görə eynidirlər. Hər bir qelin mərkəzində hovuz təsviri yaradan kvadrat formalı element yerləşir, onun üzərində isə əks tərəflərə baxan iki ördək təsvir edilir.Ördəklər həyat əhəmiyyətli ünsürlərdən biri olan suyu simvolizə edən 5 formalı naxışlarla əhatə olunur. Kvadratlar özləri isə bulud təsviri yaradan naxışların forması olan ilanabənzər elementlərlə əhatə olunur. Məlum olduğu kimi, dekor elementibulud təsviri kimi Şərq dekorativ incəsənətinin bütün sahələrində qədim zamanlardaorta sahələrdə istifadə olunan ördək təsvirləri xüsusilə suyu simvolizə edən rəmzi mənaya malikdir. IX əsrdən etibarən, bulud təsviri və uyğurÇin incəsənətinin, xüsusilə miniatür və saxsı məmulatlarının digər dekorativ elementləri Azərbaycan xalq incəsənətinə daxil olur. Azərbaycan incəsənətinin bu elementləri belə asanlıqla qəbul etməsinin səbəbi yerli ictimai şərtlərlə, dini inanclarla və əhalinin həyat tərzi ilə bağlıdır. Yaxın Şərq ölkələrində və Azərbaycanda suyu balıq, ördək, düz və dalğalı xətlər və ya onların hissələri şəklində təsvir ediblər.

Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: “Təbriz”, “Qeris”, “Ləçəkturunc”, “Əfşan”, “ağacalı”, “Dörd fəsil”. Ərdəbil qrupu isə “Ərdəbil”, “Şeyx Səfi”, “Sərabi”, “Şah Abbası”, “Mirkimi xalçaları ilə məşhurdur. Bu qrupun yüksək inkişaf səviyyəsinə çatan bədii və texniki xüsusiyyətlərinə görə ənənəvi xüsusiyyətləri zaman  keçdikcə Azərbaycandan  kənarlarda da məşhurlaşmağa başlayıb. Bütün bu məktəblərin hər birinə aid xalçalar muzeydə nümayiş olunur.

Muzeydə nümunələri sərgilənən xalçaçılıq məktəblərini sadaladıqdan sonra bir məqamı da qeyd edək ki, Xalça Muzeyinin dördüncü mərtəbəsində ən müasir xalçalar sərgilənir, bundan əlavə Lətif Kərimov, Səttar Bəhlulzadə və digər rəssamların çəkdikləri rəsmlər əsasında toxunan xalçalar nümayiş olunur. Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlarxalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür. Hər mərtəbədə muzeyin fondundan digər əşyaların və eksponatların sərgilənməsi üçün vitrinlər və platformalar quraşdırılıb ki, bu da sərgiyə tam dolğunluq verir və tamaşaçıların sərgini daha yaxşı izləməsinə şərait yaradır. Muzeydə nümayiş zalı da vardır. Burada xalçalar, naxışlar, xalçaçılıq sənətindəki ənənələr barədə filmlər nümayiş olunur. Xalçalardan əlavə muzeydə milli geyimlər də nümayiş olunur.

Muzey həftənin birinci günü istisna olmaqla bütün günlər fəaliyyət göstərir. Hər ayın sonuncu şənbə günü muzeyə gələn üçün açıq qapıdır. Gün ərzində muzeyə gələn turistlərin də sayı az deyil.

Göründüyü kimi, Azərbaycan xalça sənətinin çoxəsrlik tarixi varbu gün də respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirikromantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu “Azərxalça” İstehsalat Birliyinin fəaliyyətidir. “Azərxalça” nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarını zənginləşdirir.

 

Samirə QULİYEVA,

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 8 noyabr.- S.30.