Əsərləri - V  cild  (1918 – aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Partiyalarımıza    

Bir şəxs və ya bir partiya, bir millətin azadlığı əleyhində çalışarsa, o milləti digər bir millətin və ya bir neçə nəfər xudsər adamların hökmü altında qul etmək istərsə, o şəxs və ya o partiya insaniyyətə düşməndir. Adını sosialistqoymuş olsa, hürriyyətpərəst də qoymuş olsa yalandı”.

“Azərbaycan”, 3 dekabr 1918, ¹55

Təəssürat

“Məclisin açılmaq saəti yaxınlaşdı. Tamaşaçılar – ki içlərində müsəlman xanımları da az deyildiboş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministrlər müavinləriylə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmayıb sağsol iki lojanı doldurdular.

Bunların hamısı başı açıqdırlar – bir nəfərdən səvayı, görünür ki, soyuqdan qorxurmuş, həqiqət çox soyuqdur.

Hamı amədə olub intizarda ikən Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu.

Məhəmməd Əmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı.

Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı.

Məhəmməd Əmində – natiqlikdə “patent” qazanmış olanaratorlara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi.

Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndigini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi.

Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən kəlamda birböyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət veriliyordi. O idi ki, hər bir cümlə axırında alqışlar yağırdı...

Məhəmməd Əmin nitqi iftitahisində bu üç rəngin: Türkləşmək, İslamlaşmaq və Müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə – “Bu bayraq endirilməz” dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu..”

Parlamanımız açıldı, gördük. Fətəli Xan doğru dedi ki, yatsa idikyuxumuza girməzdi”.

“Azərbaycan”, 9 dekabr 1918, ¹60

Təəssürat

Üç günlük bir “müharibə”nin şahidi olduq. Müharibə parlaman zalında vaqe olub sağ tərəfdən “İttihad” və sol tərəfdən “İttifaq” fraksiyalarının hökumətə qarşı hücumilə başlandı.

Hücum nagəhani idi.

Bu səbəbdən idi ki, bixəbər hökumət, həngamənin əvvəllərindən özünü “müharibə” vəziyyətinə sala bilməyib, “dalbadalvurulan zərbələri rəddi-bədəl edə bilmiyordu.

Halbuki müxaliflərin bez “kəməndləri” hökuməti dolaşdırdığı halda neft “atəşləri” də yandırıb, buğda “güllələri də” yağış kibi yağırdı.

Sənaye və ticarət vəziri müavini ki hücumların əvvəlki hədəf və nişanəsi bu idi – müxaliflər qarşısında müqavimət edə bilməyib ricətə məcbur oldu. Müxaliflər onu təqib edib qova-qova Daxiliyyə Vəzarətinə yaxınlaşdılar. Daxiliyyə vəziri öz vəzarətini düşmən hücumları qarşısında görüb tez müdafiəyə qalxdı və mümkün olduğu qədər cansipəranə bir surətdə müharibəyə girişdi. Lakin amansız Qarabəylinin “İttihad” tərəfindən vurduğu şiddətli zərbələri o qədər müəssir idi ki, müdafiəyə macal vermədi, o idi ki, Daxiliyyə Vəzarəti darbadağın olubqubernator qaldı, nə naçalnik, nə pristav, nə qorodovoy... Meydani-müharibədə “gəştə”lərdən püştələr əmələ gəldi.

Hökumətin mühüm səngərləri olan Daxiliyyə Vəzarəti əldən gedəndən sonra sair vəzarətlər dəxi müdafiəsiz qalıb bir-bir müxalif hücumlarının qurbanı olurdular.

Əhval fəna oldu. Ümumhökumət təhlükə içində idi. Ona görə hökumət bir növ özünü düzəldənə qədər kənardan bir kömək lazım idi ki, müxaliflərin başını qatışdırıb hökumətə fürsət versin.

O idi ki, “Müsavat” firqəsi Məhəmməd Əmin Rəsulzadənin təhti-komandasında böyük bir kömək göndərdi ki, tez gedib hökumətin canını qurtarsın, vəilla “böhranqurğusu hamını əndişəyə salmaqda idi.

Məhəmməd Əmin vaqeədə böyük qoçaqlıq göstərdi. Yetişən kimi müxalifləri çevirmə üsulu ilə əhatə edib qaçıb qurtarmaq yollarını kəsdi. Ondan sonra müxalifləri bir-bir döyməgə başladı. Əvvəlki zərbələr sol “İttifaq”ın başına vuruldu. Bunların sərkərdəsi olan Ağa Əlizadə yoldaşYa Əli!” çağırmağa məcbur oldu.

Lakin köməksiz müsəlmanları sosial-daşnak hökuməti-zaliməsinin pəncəyi-qəddaranəsindən xilas edən türklərdən narazılıq büruzə verən bir şəxsə Əli kömək durardımı?!

İttifaq” basıldıqdan sonra növbət “İttihad”ınkı idi. Bunların baş komandanları olan Qarabəyli cənabları ehtiyatsız olaraq özünə aid bir takım “qara xəbərləri” yada salmaqla öz-özünü tutub Məhəmməd Əminin əlinə verdi...

Müxaliflər basıldıqlarını sezibqaçmaq yollarını bağlı görüb Sədi əleyhirrəhmənin:

“Vəqte-zərurət çu nəmanənd qorız,

Dəst begir əz səre şəmşire-tiz” (Əgər zərurət vaxtı qalmayıbsa qaç, Və əlinlə iti qılıncdan tut!) –

kəlamını yada salıb hökumətdən əl çəkdilər və “Müsavata qarşı “şəmşiri-tiz” çəkdilər. Lakin müsavatçılar qorxmadılar. Çünki Məhəmməd Əminin şücaətinə əmin idilər. Filhəqiqə Məhəmməd Əmin Rəsulzadə nərəyi Ya Rəsulüllah çəkib:

“Əgər türkləri Qafqaza gətirdən və Azərbaycanı türk qəhrəmanlarının əliylə sosial-daşnaq “samasud”larından xilas edən, siz deyən kibi – yalnız “Müsavatoldusao halda müsavatçılar bununla ancaq fəxr edə bilərlər” – deyib bir həmlədə məğlub və məqhur etdi.

Bu tərəfdən dəxi hökumət fürsətdən istifadə ilə özünü düzəldib və müharib bir hala salıb müxaliflərə qarşı əks hücumlara başladı. İş böylə olduqdaİttifaq” və “İttihad”ın əhvalı hökumətin əvvəlki halından da bədtər oldu. Doktor Qarabəyli çox “əlac”lar axtardı ki, zərbələrdən hasil olan yaraları sağaltsın. Lakin əlacpəzir olmadı. Bu cürə yaraları sağaltmaq üçün “cərrah” lazım idi. Ağa Əlizadənin cəmaəti qəh-qəhə ilə güldürmələri də gülməkdən başqa bir mənfəət vermədi.

Bilaxirə hökumət “Müsavat” köməgilə qalib gəlib “böhranzail oldu və məmləkətimiz bu böyük bəladan qurtuldu.

Doğrudan bu idi?

İçimiz çölümüz pusquda duran gizli aşkara düşmənlər ilə dolu olduğu bir haldaİttihadfirqəsinin bu nazik zamanda hökuməti yıxmaqda məqsədi idi?

Hərçi badabaddeyib xüsusi intiqam almaq, yoxsa məmləkətə mənfəət yetirmək niyyətiləbacarıqsızhökuməti düşürübbacarıqlı”sını qoymaq?

Əgər intiqam qəsdi imiş isəvay olsun bizim halımıza ki, müqəddəratımızıhərçi badabad”a qurban etmək məqsədli fikir sahiblərimiz varmış!...

Əgər “bacarıqsız” və “bacarıqlı” söhbəti isə bu halda ki, istiqlaliyyətimiz hələ rəsmən tamam degildir, hökumətin bacarığını – Fətəli Xan Xoyski demişkən Tağıyev fabrikasının bez arşını ilə ölçmək olmaz, bəs nə ilə ölçmək olar?

Zənnimcə, tomsonların və milinlərin Azərbaycanda ancaq Azərbaycan hökuməti tanınacaqdır – məzmunlu sözlərinin – kimin səyi və çalışması və aqilanə və müdəbbiranə politikası nəticəsi olduğu keyfiyyətinin əhəmiyyəti – fövqəladəsi ilə ölçmək gərəkdir.

Ola bilsin ki, “İttihad” fraksiyasının “bezi düz ölçə biləcək” kandidatları var. Fəqət bu kandidatlar bugünki siyasət və vəziyyətin nə qədər nazik və rəqibligini də layiqilə ölçə bilərlərmi? Və hərgah bu gün Azərbaycan məmləkətinin halı “İttihad”çıların sözlərinə görə “cəhənnəm”dirsə, əcəba bu “cəhənnəm”i döndərib də “cənnət” halına sala biləcək adamları varmı ki, bunları düşürüb də onları qoyaq?

bir də vaqedə “bezoğurlayanlar, rüşvətxorlar və sair cinayət sahibləri varsa və şikayət bunun üstündə isə, o halda o cürə xainləri hökumət əliylə tutdurub məhkəməyə vermək lazımdır, daha hökuməti itələyib yıxmağın mənası nədir?!

Üzeyir

“Azərbaycan”, 10 fevral 1919, ¹110

Düz yol

Mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca biduni-haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağasola dönmək tərəddüdündən azad olub da rast bir istiqamət üzrə getmək qəsdini yalnız birMüsavat” firqəsində müşahidə etdigimizdən bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib, onun fikir və arzularına qəzetəmizdə kəmali-məmnuniyyətlə yer verməgi özümüzə borc bilirik”.

“Azərbaycan”, 10 mart 1919, ¹133

Üzeyir bəyin 1919-cu il martın 19-da Parisə qardaşı Ceyhun bəyə göndərdiyi məktubundan    

“Qəzetəni idarədə davam edirəm, ancaq çox olduğuna görə yoruluram. Xeyli şrift gətirdik. Bu günlərdə qəzetəni böyüdəcəyik. Qərəz hər şey öz yerində sazdır.

Bədə bizim qəzetədən sənə hər ay məvacib çıxmaq məsələsi də baş tutmadı. Çünki səndən sonra Nəsib bəy mənlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al və Məhəmməd Əmin də sənin məvacibini alsın, deməli daha sənə xüsusi məvacib yeri qalmadı və smeta dəxi öylə də yazıldı. Lakin Məhəmməd Əmin yalnız məqalə yazır, ağır mənim boynumdadır”.

8 oktyabr 1919-cu il

Dolanacaqda öylə bir sıxıntı çəkmirik. Ümum məvaciblər artıbdır. Camal (Camal Məmməd oğlu Paşayev (1895-1953), jurnalist, Üzeyir bəyin böyük bacısı Sayad xanımın böyük oğlu) 3 mindən çox və mən də 6 min məvacib alırıq. Əlavə məqalələrin də sətri bir manatdır. Deməli, mən 7-8 qazana bilirəm. Qəzetənin işi pis degildir

Bu saət Bakıda 20-dən çox qəzet çıxıyor. “Kaspipulsuzluq üzündən bağlandı”.

13 yanvar 1920-ci il

 

“Qəzetə işim musiqi işlərimə çox xələl yetirir, odur ki, qəzetdən çıxmaq istəyirəm, lakin hələ ki, bir münasib müdir tapa bilmiyorlar. İndi mən sən gələni gözləyib gəzetəni saxlaram. Sən gələndən sonra işə baxarıq”.

 

Son

Məhəmməd Əmin Rəsulzad

525-ci qəzet.- 2014.- 8 noyabr.- S.26.