“Pedro Paramo”nu yazsaydım...

 

 

 

Qabriel Qarsia Markes öz Nobel nitqinə belə bir sərlövhəni heç təzadüfən  seçməmişdi: “Latın Amerikasının tənhalığı”. Əvvəllər avropalıları Latın Amerikasına tərəf çəkən yeni qənimət əldə etmək istəyi, qızıl axtarışları idisə, 1971-ci ildə şair Pablo Nerudanın Nobel almasıyla Latın Amerikasının qəribə müəmmaları, mistik ədəbiyyatı ilə daha çox maraqlanmağa başladılar. 1982-ci ildə Markes Nobel mükafatı laureatı olduqdan sonra  demək olar ki, Latın AmerikasınınRobinzon Kruzoluğuna” son qoyuldu. Bu ədəbiyyat xüsusən, magik realizmi ilə dünyanın diqqətini cəlb edirdi. Onun sehrlə dolu reallığı bütün dünyanı ovsunlaya bildi. Bəs olan şeydir magik realizm? Dünya üçün bu mətnlər sehrli, mistik görünsə , Latın Amerikasında buna təbii bir hadisə, hər kəsin başına gələn adi həyat faktı kimi baxırdılar. Çünki həmin xalqların tarixində, folklorunda sehrlə dolu bu reallığın yaşı min illərlə ölçülür.

Dünyanı bir kənara qoyaq. Onlar otuz-qırx il əvvəl bu estetikada romanlar da, analiz yazıları da yazıb məsələni özləri üçün aydınlaşdırıblar. Bəs biz daha çox serialları ilə tanıdığımız Latın Amerikasının ədəbiyyatına qədər bələdik? Markesin xidmətini danmaq olmaz, ancaq niyə bizə elə gəlir ki, Latın Amerikası təkcə Markesdən ibarətdir? Bəlkə, Markesin az qala bütün əsərlərini dilimizə çevirməkdə məqsəd markesşünaslığa yeni töhfə verməkdir?...          

 Sualları da bir kənara qoyaq. Qaldığımız yerdən davam edərkən Mir Cəlalın məşhur bir sözünü xatırlatmaq istəyirəm: “Biz hamımız Mirzə CəlilinPoçt qutusu”ndan çıxmışıq”. Yəqin ki, bu cümləni eşitmisiniz: “Biz hamımız QoqolunŞinel”indən çıxmışıq”. Heminquey isə deyirdi ki, bütün Amerika ədəbiyyatı Mark TveninHeklberri Finnin macəraları”ndan çıxıb. “Pedro Paramo”nu yazsaydım, mən yazıçılığın daşını atardım” – bunu isə Markes deyib. Bu cür deyimləri yenə davam etdirmək olar. Ancaq biz bu yazıda sonuncu əsərin üstündə dayanacağıq. Hazır olun, başlayırıq.

Qulas asın:

Yuxarıda qeyd olunduğu kimi Azərbaycan ədəbiyyatı üçünPoçt qutusu”, rus ədəbiyyatı üçünŞinel”, Amerika ədəbiyyatı üçünHeklberri Finnin macəralarınədirsə, Latın Amerikası üçün “Pedro Paramoodur. Xulio Kortasar, Karlos Fuentes, Borxes kimi XX əsrin bir sıra dəyərli yazıçılarına təsirsiz ötüşməyən bu roman “Don Kixot”dan sonra ispan dilində yazılmış ən yaxşı əsər Markes Makondasının ilham mənbəyi hesab olunur. “Pedro Paramo” 1955-ci ildə çap olunub. 1970-ci ildə artıq Türkiyədə çap olunmuşdu. Azərbaycan dilinə isə bu yaxınlarda çevrilib.

Xuan Rulfo az yazan yazıçı kimi tanınır. Onun bütün külliyyatını bir yerə yığsaq üç yüz səhifəyə ancaq çatar. Bir anlıq yazıçının gənc yaşda ölməsi fikrinə qapılırsan. Ancaq belə deyil, o, 1918-ci ildə doğulub. 1970-ci ildə Meksika Milli Ədəbiyyatı 1985-ci ildə Servantes Mükafatına layiq görülüb. 1978-ci ildə rejissor Xose Bolanosom yazıçı ilə birlikdə “Pedro Paramo”nun əsasında ssenari yazıb, film çəkib. Xuan Rulfo 1986-cı ildə Meksikada dünyasını dəyişib. Altmış səkkiz illik bir ömür üç yüz səhifə. Demək, məsələ kəmiyyətdə yox, keyfiyyətdə imiş...

“Pedro Paramoiç-içə keçirilmiş üç hekayədən ibarətdir; Xuan Presiadonun, Pedro Paramonun Susana San Xuanın əhvalatı. Hər şey onunla başlayır ki, ölüm döşəyində anası Xuan Presiadoya atası Pedro Paramonu axtarıb tapmasını, ondan haqqı çatanları almasını vəsiyyət edir. Atasını tapmaq üçün oğul Komalaya səfərə yollanır. Komalaya çatanda isə buranın anasının ona danışdığından çox fərqli olduğunu görür. Xuan Presiado atasının izinə düşdükcə roman parçalanır, Pedro Paramonun Susana San Xuanın hekayəsi başlayır. Hər üç ayrı-ayrı hekayə paralel şəkildə nəql olunur.

Romanda zaman anlayışı sıfırlanıb. Keçmiş indiki zaman, yaşam ölüm, başlanğıc son arasındakı sərhəd silinib. İstifadə olunan monoloqlar, şüur axını, geriyə qayıdış (flashback) kimi metodlar o zamanlar Latın Amerikası üçün bir ilk idi. Yazıçı folklor modernliyi sintez edib. Əsərdə folklordan, miflərdən geniş şəkildə bəhrələnmə var. Bu mənada “Pedro Paramoilə HomerinOdisseya”sı arasında paralellər aparmaq olar:

A) “Odisseya”dakı əsas səfərlərdən biri də Telemaxın atası Odisseyi görə biləcək adamların yanına getməsi, onun başına gələnlər barəsində müxtəlif adamların danışdığı hekayələri eşitməsidir. “Pedro Paramo” romanı da Xuan Presiadonun atası Pedronun axtarışına çıxması ilə başlayır və atasının başına gələnlərdən başqalarının danışdığı hekayələr əsasında xəbər tutur.

B) Hər iki əsərdəki ata obrazı yüksək təbəqəyə mənsubdur. Odissey İtakanın hökmdarı, Pedro Paramo isə Komalanın ağasıdır.

C) Odissey də, Pedro Paramo da hiyləgər, fəndgir, ağıllı adamlardır. On il davam edən Troya müharibəsinin OdisseyinTroya atı” ideyasından sonra başa çatdığını, üzləşdiyi hər çətinlikdən hiylə ilə yaxa qurtarmasını, Polifemə necə qalib gəlməsini, eləcə də Pedro Paramonun Susananın atasına, inqilabçılar və Komalanın sakinlərinə qarşı gördüyü tədbirləri yada salmaq kifayətdir.

D) Hər iki obrazı sevgi müstəvisindən də təhlil edək: Odissey Kalipsonun əsirliyindən qaçmaq istəyir. O, vətəninə və arvadı Penelopaya doğru can atır. Heç bir qadının “yox” deməyəcəyi, qadınların gizli-gizli kəsdiyi Pedro Paramo da uşaqlıqdan ta ki ahıl yaşına qədər Susanaya olan sevgisinə sadiq qalır. Bu diktatorun ürəyini yumşalda biləcək yeganə qadın Susanadır. “Odisseyada Penelopa-Odissey, “Pedro Paramoda isə Pedro-Susana xətti əsərin əsas hissələrindən biridir.

E) Bu paralelliyi bir az da uzatmaq, yunan mifologiyası ilə oxşar məqamlarından yazmaq olar. Məsələn, ölənlərin ruhlarını Stiks çayının o biri tərəfinə keçirən qayıqçı Karon ilə Xuan Presiadoya Komalanı – ruhlar məskənini göstərən Abundio obrazı arasındakı oxşarlıq.

...Elə buradaca mətnlərarası əlaqələr axtarışının STOP düyməsini sıxırıq. Çünki həm “Pedro Paramo”, həm də Pedro Paramo barəsində yazılası çox şey qalıb...

Atası Lukas Paramo bir toyda təsadüfən tüfəngdən açılan güllə ilə öləndən sonra Komalanın ağır günləri başlayır. Pedro Paramo atasının qisasını almaq üçün şübhələndiyi bütün adamları öldürür. Hamıya atasının öldüyünü xatırladaraq, bundan sonra hər şeyin tamam fərqli olacağını bildirir. Atasından qalan borcları bəzən zor gücünə, bəzən də siyasi gedişlərlə bağlayır. İş o yerə çatır ki, “Əlvida”, “Yaxşı yolkimi sözlər Komalada ən çox işlənən sözə çevrilir.

Bütün bunlarla yanaşı əsərin bəzi məqamlarında adamın Pedro Paramoya yazığı gəlir. Gücünə, iti ağlına baxmayaraq onun da tənha, çarəsiz qaldığı məqamlar olur. Məsələn, uşaqlıqdan ölən günəcən unuda bilmədiyi, son nəfəsində də onun geri qayıtması üçün yalvardığı Susanaya olan sevgisi qarşısında və oğlu Migel Paramonun ölümü qarşısında Pedronun acizliyini, çarəsizliyini görürük. Xuan Rulfo bu iki məqamı elə gözəl təsvir edib ki, oxucuda Pedro kimi zalım adama belə mərhəmət hissi oyanır.

KomalaMeksika! Bəlkə də, ispancada bu iki sözün semantik bağlılığı, səslənmə yaxınlığı var. Əslində, Komala Meksikanın simvoludur. Komalaruhlar şəhəri Meksika xalqının keçmişinə işarədir. Daha geniş rakursdan yanaşsaq yazıçı Komalanın timsalında bütün bəşəriyyətin kiçik bir modelini yaradır. Ağa-qul, diktator-inqilab, ağ-qara, yaxşı-pis, sevgi-nifrət – bir sözlə, bu kiçik ərazidə, demək olar ki, hamı və hər şey var.

Komalaya atasını axtarmağa gələn Xuan Presiado burada yeganə sağ adamdır. Sonra o da yavaş-yavaş ölüyə çevrilir. Atasının əhvalatını da ölülərin dilindən eşidir. Maraqlıdır ki, ölülər başqa bir dünyada yox, yenə də Komalada yaşayırlar. Bu şəhərin təsviri isə cəhənnəmi xatırladır: yandırıcı günəş, aramsız yağışlar, ağacların yoxluğu, hürüşmə səsləri, xışıltılar, iniltilər... Yazıçı bununla Meksikanın cəhənnəm olduğuna, sakinlərinin ölüdən heç bir fərqi olmadığına, bura gələn sağ adamın da, getdikcə ölüyə çevrildiyinə işarə edir. Bəlkə, elə cəhənnəm ölülər arasında yaşamaqdır? Bəs görəsən bu ölülər arasında Xuan Rulfo neçə dəfə ölüb-dirilib? Kim bilir...

 

Ramil Əhməd

525-ci qəzet.- 2014.- 8 noyabr.- S.24.