İki 5  

 

 

 

İradə Tuncayın haqqında yazmağın necə çətin olduğunu – on gündən bəri cəsarət edib başlaya bilmədiyimbu yazı barədə, axır ki, bir qərara gələndə bütün dəqiqliyilə anladım.

 

Sarı odalar”ı ,Yol romanı”nı bir , bir vərəqlədikcə bu kitabların yaratdığı sirli auranın, halənin içindən hərdən beynimi didən (onun haqqında yazmağın çətinliyilə bağlı) bu sirrin cavabı peyda olurdu. Amma heç mahiyyətinə varmağa, dərininə getməyə imkan tapmamış qeybə çəkilirdi, çünki yenə yazılarının sehirli aləminə düşürdüm...

 

İradə xanımı 30 ildi tanıyıramən əziz, yaxın dostumun həyat yoldaşı kimi, sevdiyim şairin qızı kimi. Çoxlu söhbətləşməyə, hərdən reaksiyalarını, təpkilərini, sevincinin qəzəbinin səbəblərini müşahidə etməyə imkanım olub, bunları anlamağa çalışmışam. Düzünü desəm, bu 30 ildə ona münasibətimdə təzadlı məqamlar az olmayıb. Bəzən İradə xanımın söz-söhbətləri üçün darıxmışam, onun söhbətlərini dinləməyə, bəzən mübahisə etməyə can atmışam. Bəzən isə ondan qorxub, uzaq durmaq istəmişəm!

 

Hələ mətbu publisistika ilə, qəzetçiliklə məşğul olmadığı, TV-lərdə yeni göründüyü, sonra mütəmadi çıxdığı verilişlərdəsürətli nitqi, həyəcanlı danışığı üzündən çatdırıb hamısını həzm edə bilməsəm qəribə dopdolu, yüklü cümlələrindən heyrətlənmişəm. Yazıları işıq üzü görməyə başlayandan sonra, bu cümlələri təkrar-təkrar gözlə görmək, oxumaq imkanı olanda isə qorxunun səbəbini təxmini ayırd etmişəm.

 

İradə xanım hədsiz məlumatlı, savadlı olması, zəngin biliyilə yanaşı, intuisiyası, müşahidə qabiliyyəti, həssaslığı ilə seçilir. Bəzən adi, sakit söhbətlərdə insanlar haqdaadamın cızdağını, gözlərini hədəqədən çıxaranelə həqiqətlər söyləyir ki, donub qalırsan. Bilmirsən sevinəsən, heyrətlənəsən, ya o sözlərdən qorxub qaçasan.

 

Mətbu publisistikayla fəal məşğul olandan sonra isə bu keyfiyyətlər artıq onun yazılarında kök saldı, oturuşdu. biz “525”də İradə xanımın yazılarını hər şənbə günü dərc elədikcə bu heyrəti, heyranlığı, bəlkə büruzə verilməyən qorxunu bir sıra söz, ədəbiyyat sərraflarının da duyduğuna şahid oldum. Zövqünün üstünlüyünə inandığım ədəbiyyatçı jurnalist dostumuz Seyfəddin Hüseynli elə o illərdə, həmin yazılar qəzetimizdə çıxdığı günlərin birində: “İradə Tuncay indi bizim publisistikada mübahisəsiz, mübaliğəsiz birincidir” – demiş aşkar təəssüflə bunu da əlavə eləmişdi: “Böyük bir ölkədə yaşasaydı, bu intellektlə, belə ustalıqla daha geniş auditoriyalı bir dildə yazsaydı, tanınmış əcnəbi həmkarlarının çoxundan məşhur olardı”. Açığı, bu sözlər mənim tam ürəyimcə olmuşdu. Çünki keçirdiyim hisslərin zövqünə, təfəkkürünə inandığım insanın dilindən təsdiqini almaq da bir ayrı ləzzətdi.

 

Mənim öz təqvimim var” – deyir İradə Tuncay. Əvvəlki iki kitabındakı yazılarda da əsasən öz təqviminə söykənib, zəngin biliyə, məlumata dayanan, qaynaqlara söykənən əsərlərilə bu günün adamlarınabizlərə ətrafımızda baş verən hadisələrin, həyatımızdan saymazyana, sürətlə ötüb keçən, əslində əlamətdar olan tarixlərin kökünü, mahiyyətini amansız bir gerçəkçiliklə açıb göstərir. Sual verir heyrətamiz nəticələr, cavablar tapır!

 

İradə xanımın təqvimində yanvarın axırı, fevralın əvvəli hansısa şıltaq müğənninin doğum günü yox, Mirzə Cəlilin Həmidə xanımın həyatıyla bağlı günlərdi, yaxud Leninqradın blokadasıdı. O, dekabrda

Dekabristlərdən, mayda Cümhuriyyətimizin xaricə göndərdiyi yüz cavan oğlandan söz açır.

 

Son vaxtlar sosial şəbəkədə bu ənənəsini davam etdirən İradə Tuncayın üstünlüyü təqvimin günlərini bəhanə edərək tarixin qatlarına dalmaq, oxucularını, izləyicilərini maarifləndirmək, öyrətmək şərh etmək missiyasını həyata keçirir. Bu yazılarda keçmişlə indi bir vəhdət halına gəlir, bütöv görünür. Osmanlı tarixindən, İran tarixindən, Sovetlər Birliyindən, Səfəvilərdən söhbət açır. Bugünkü hər qüsurumuzun da, hər üstünlüyümüzün kökünü tariximizdə, genlərimizdə axtarıb tapmağa çalışır.

 

Hamısında da dürüst, inandırıcı mövqe zəngin məlumat sərgiləyir. Onun yazılarını ötəri, üzdən oxumaq olmaz! Hər yazısında alt qatlar, gizli laylar, görünməyən məqamlar varFüzuli, Məmməd Araz şeiri kimi.

 

Onun yazılarında dərin bir hüzn var! İradə xanım bizi düşündürür, beynimizi yormamaq üçün haqqında fikirləşmək istəmədiyimiz mətləblərə, yasaq saydığımız mövzulara toxunur. Zəif, uğursuz yönlərimizi, qazanmalı ikən itirmiş olduqlarımızı xatırladır ... içimizdə dərin bir hüzn yaradır.

 

İradə xanımın hər iki kitabına AYB-ninNatəvanklubunda təqdimat keçirmişik. ikisində bu kitabların publisistikadan daha çox, bədii ədəbiyyat olduğunu söyləmişəm. Əminəm ki, İradə xanımın yazıları öz bədii siqləti, obrazlılığı, təsir gücü, dərin qatları ilə çağdaş ədəbiyyatımızın ən yaxşı nümunələri sırasındadır.

 

buüçüncü kitabı da İradə xanımın ənənəvi yazılarının davamıdır. Burda da İradə xanım tanıdığımız tanımadığımız insanlar haqqında o qədər canlı, maraqlı, dolğun detallar, məqamlar sərgiləyir  ki, haqqında söhbət açılan adamları sanki çox yaxından tanıyırmışıq kimi bir hiss bürüyür adamı.

 

5 il öncə – 45 yaşım tamam olanda İradə xanım mənim haqqımda “5” adlı yazı yazmışdı. Mən indi hər dəfə o yazını oxuyanda həyəcanlanıram, heyrətə qərq oluram; surətimi belə dəqiqliklə çıxardığına, məni bu qədər dərindən tanıyıb-anladığına görə...

 

Bu yazımın da adını həmin yazıya uyğunlaşdıraraq qoydum. Amma bu mənim İradə xanım haqqında yazdığım tək yazı olmayacaq. Əminəm ki, onun haqqıda yazmağın çətinliyini qorxusunu çıxardançildağtapacam daha geniş bir yazı yazacam!

 

İndilikdə isə İradə xanımı iki 5 yeni kitabı münasibətilə təbrik edirəm!

 

Şövqünüz, ruhunuz, enerjiniz, gücünüz, yazmaq ehtirasınız azalmasın, – deyirəm! 

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

525-ci qəzet.- 2014.- 8 noyabr.- S.21.