Azərbaycan və Makedoniya
mədəni irsi Ağsuda
silsilə tədbirlərlə tanıdılıb
Ağsu şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin təşəbbüsü ilə
Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib.
MİRAS İctimai Birliyindən
"525”ə verilən məlumata
görə, bu təşəbbüsə Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, AMEA-nın Folklor İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət
Nazirliyi, bu ölkənin Sosio-mədəni
Antropologiya İnstitutu
və İslam Əməkdaşlıq Təşkilatının
İqtisadi və Ticarət Əməkdaşlığı
üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC dəstək veriblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin Ağsu şəhərindəki xatirə
abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Sonra Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan
və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin
açılışı olub. Ağsu Rayon İcra Hakimiyyətinin
başçısı Ənvər
Seyidəliyev sərginin
əhəmiyyətindən danışıb, Ağsuda
mədəni irsə ictimai marağın artdığını qeyd
edib. MİRAS İctimai
Birliyinin sədri Fariz Xəlilli Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin
genişləndiyini vurğulayıb
və Ohrid şəhərində "Azərbaycanın
arxeoloji inciləri"
sərgisinin açıldığı
barədə məlumat
verib.
Makedoniya Sosio-mədəni Antropologiya
İnstitutunun direktoru
Rubin Zemon Azərbaycan
və Makedoniya hökumətlərinin əməkdaşlıq
memorandumu imzaladıqlarını
və bu tədbirin əməkdaşlıq
üçün yaxşı
nümunə olduğunu
bildirib. Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev, "Ümumi mədəni irs şəhərləri" beynəlxalq
arxeoloji turizm layihəsinin koordinatoru Məleykə Hüseynova və başqaları çıxış edərək
mədəni irsin qarşılıqlı təbliğinin
ölkələrimizi və
xalqlarımızı bir-birini
daha yaxından tanımasına imkan yaratdığını vurğulayıblar.
Azərbaycanda mədəni irsin
qorunması sahəsində
görülən işlər,
arxeoloji turizmin perspektivləri, COMCEC-in dəstəyi
ilə həyata keçirilən beynəlxalq
layihədə orta əsr Ağsu şəhərinin əsas
marşrutlardan birini təşkil etdiyi diqqətə çatdırılıb.
MİRAS İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Ağsu arxeoloji ekspedisiyasının
fəaliyyətinə və
elmi-mədəni tədbirlərə
verdiyi dəstəyə
görə icra hakimiyyətinin başçısı
Ənvər Seyidəliyev
MİRAS mükafatı ilə
təltif edilib. Daha sonra Ağsu şəhəri Mədəniyyət
Sarayında Makedoniyanın
Vevçani bölgəsindən
olan "Kud Drimkol" folklor qrupunun ifasında rəqslərdən və
MİRAS musiqi qrupunun ifasında muğam dəstgahından ibarət
proqram nümayiş olunub. AMEA Folklor
İnstitutunun elmi işçisi Atəş
Əhmədli Azərbaycan
folkloru və folklor turizmi haqqında məruzə edib. "Kud
Drimkol" folklor qrupunun hüzn, ayrılıq, qəhrəmanlıq
və sevgidən bəhs edən xalq rəqsləri tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Media və turizm
nümayəndələrinin infoturu isə AzGranata MMC-nin Ağsu şəhərində
yeni açılmış
mağazasında yerli
məhsullarla tanışlıqla
davam edib.
Makedoniyalı qonaqlar üçün
Şəki, Qəbələ,
Şamaxı, İsmayıllı
və Ağsu rayonlarına mədəni
irs turları
təşkil olunacaq.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 12 noyabr.- S.7.