Bakıda bəstəkar Aleksandra Paxmutovanın 85 illiyi qeyd olunub

 

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) SSRİ Xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın 85 illik yubileyinə həsr edilmiş gecə keçirilib.

 

RİMM-nin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, mərkəzin kino-konsert zalında rusiyalı həmvətənlər, mədəniyyət xadimləri, gənclər toplaşıb. Müxtəlif nəsillərə mənsub olan bu insanları Aleksandra Paxmutovanın onun əri, şair Nikolay Dobronravovun yaradıcılığına istedadına məhəbbət hissi birləşdirir. "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov RİMM-nin qonaqlarına müraciətlə bu yaradıcı duet barədə səmimi sözlər söyləyib. Sonra bəstəkarın arxivində saxlanılan videosüjet nümayiş etdirilib.

 

Həmin süjetdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu bəstəkar-şair cütlüyü ilə özünün dostluğu barədə təəssüratlarını bölüşür, onların mahnılarını ifa edir. Zal ifaçını alqışlayır, Aleksandra Nikolayevna Nikolay Nikolayeviçin çöhrələrində xeyirxah təbəssüm görünür. Daha sonra gənc artistlər Ülkər Əliyeva, Nərmin Əliyeva, Fidan Babayeva (fortepiano), Aslan Əzimzadə, Nigar Hüseynova Ramil Hüseynli A.Paxmutovanın müxtəlif illərdə yazdığı, bu gün sevilən mahnılarını ifa ediblər. Gecənin aparıcısı Elcan Rəhimov idi.

 

Tədbirin sonunda Azərbaycan Leninqrad blokadasının iştirakçıları İctimai Birliyinin sədri İrina Qədimova çıxış edib. O, mənsub olduğu nəslin insanlarına həyatın müxtəlif mərhələlərində A.Paxmutova N.Dobronravovun mahnılarının necə kömək etməsindən danışıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.7.