"Aşıq Pəri: həyatı, mühiti və sənəti"nin təqdimatı keçirilib

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Əlisahib Əroğulun "Aşıq Pəri: həyatı, mühiti sənəti" kitabının təqdimatı olub.

 

Kitab Mədəniyyət Turizm Nazirliyinin sifarişi dəstəyi ilə "Şərq-Qərb" nəşriyyatında çapdan çıxıb. Mərasimi açan mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən diqqət qayğıdan danışıb:

 

"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü yaxından köməyi ilə aşıq sənətimiz UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. 2010-cu ildə Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycanda ilk dəfə keçirilmiş böyük əks-sədaya səbəb olan birinci Beynəlxalq Aşıq Festivalı aşıq-ozan sənətinin təntənəsi idi. Bu il isə Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə ikinci Beynəlxalq Aşıq Festivalı keçirir. "Aşıq Pəri: həyatı, mühiti sənəti" kitabının təqdimatı da festival çərçivəsində keçirilən tədbirlərdəndir. Kitabda XIX əsrin birinci yarısında yaşayıb-yaratmış klassik qadın aşıq şeirinin banisi Aşıq Pərinin həyat yaradıcılığından bəhs edilir".

Professor Qəzənfər Paşayev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu başqaları nəşrin əhəmiyyətindən söz açıblar.

 

Qeyd olunub ki, kitab Aşıq Pəri irsinin əldə olan hissəsini bütövlükdə əhatə etməklə yanaşı, həm aşığın həyatının müəyyən məqamlarına aydınlıq gətirilməsi baxımından da əhəmiyyətlidir. Burada indiyəcən ədəbiyyatşünaslıqdakı Aşıq Pəri ilə bağlı fikirlərə əlavələr olunub ki, bu da kitabın folklorşünaslıq baxımından dəyərini artırır. Bundan əlavə, Aşıq Pərinin şəxsiyyəti ilə ilgili dildə-ağızda dolaşan xoşagəlməz şayiələrin əsassız olduğu tutarlı dəlillər faktlar əsasında müəllif tərəfindən üzə çıxarılıb. Bu da əsərin üstün keyfiyyətlərindən biri, bəlkə ən başlıcası hesab olunmalıdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.7.