“Sarı gəlin” kitabının təqdimatı keçirilib

 

Bu gün Mətbuat Şurasının (MŞ) Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Qafqaz Universitetinin professoru Minəxanım Təkləli NuriyevanınSarı gəlinkitabının təqdimat mərasimi keçirilib.

 

Şuradan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edənsədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasını zənginləşdirən sənət nümunələrinin yaşadılması son dərəcə mühüm addımdır istər media, istərsə ictimaiyyət bu vəzifənin icrasına böyük yer verməlidir:

 

Təqdimatı keçirilən nəşr hamımızın yaxından tanıdığı, professor Minəxanım Nuriyevanın çoxillik elmi axtarışlarının nəticəsidir. Müəllif öz işinə son dərəcə məsuliyyətlə yanaşaraq xalq mahnılarımızdan ibarət toplu formalaşdırıb. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir”.

 

KaspiŞirkətlər Qrupunun rəhbəri, “Kaspiqəzetinin təsisiçisi Sona Vəliyeva təqdimatı keçirilən kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə edib.

 

Daha sonra digər qonaqlar çıxış edib mövcud sahədəki neqativ halların aradan qaldırılması üçün orijinal mətnlərin toplandığıSarı gəlinkitabının geniş yayılmasının vacibliyini diqqətə çatdırıblar.

 

Sonda çıxış edən Minəxanım Təkləli Nuriyevə yaradıcılığına verdikləri dəyərə xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

 

525-ci qəzet.- 2014.- 13 noyabr.- S.2.