50 yaşlı “Sehirli xalat”
Noyabrın 12-də Nizami Kino Mərkəzində C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilmiş “Sehrli xalat” uşaq filminin 50 illik yubileyi keçirilib.
Mərkəzdən Lent.az-a verilən məlumata
görə, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə baş tutan yubiley tədbirində
filmin rejissoru Əlisəttar Atakişiyev,
ekran əsərində
çəkilmiş Əliağa
Ağayev, Möhsün
Sənani, Ağahüseyn
Cavadov, Anatoli Falkoviç, Hüseynağa
Sadıxov kimi sənətkarlar yad edilib.
Yubileydə Cavid İmamverdiyevin
ssenari əsasında çəkilmiş videoçarx
nümayiş olunub və Nizami rayon Mədəniyyət Mərkəzinin
əməkdaşı Rəna
Kərimovanın rəhbərlik
etdiyi uşaq qrupu çıxış
edib. Filmdə çəkilmiş
aktyorların filmin çəkilişi
haqqında xatirələri
maraqla qarşılanıb.
Nizami
Kino Mərkəzinin foyesində
əfsanəvi filmlə
bağlı Dövlət
Film Fondunun təşkil
etdiyi fotosərgi nümayiş edilib.
525-ci qəzet.-
2014.- 14 noyabr.- S.7.