Azərbaycanın Elektron hökumət modeli

 

 

Real imkanlar

Vətəndaşı saatlarla gözləmə mövqeyində saxladan, bəzən günlərlə vaxt, pul itkisinə yol verilməsinə zəmin yaradan, müəyyən hallarda da bürokratik əngəllərlə üz-üzə qoyan sənədləşmə prosesini həll etmək bu qədər asan olmayıb. İnformasiya texnologiyalarının təklif etdiyi imkanların tətbiqilə şəffaflığın artırılması ictimai nəzarətin gücləndirilməsi korrupsiya hallarının qarşısının xeyli alınmasına imkan verir. Dünya müasir dövrdə informasiya texnologiyalarının təsir dairəsinə düşdüyü üçün istər dövlət orqanları, istər özəl müəssisələrdə müqavilələr, sənədləşmələr real məkandan virtual aləmə daşınıb. Sadəcə elektron imzaya sahib olmaqla vətəndaş fiziki prosedurlardan asanlıqla azad ola bilər. Çünki dövlət strukturları arasında elektron hesablaşmalar kimi fiziki hüquqi şəxslərə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi mümkündür.

Təbliğat işin yarısıdır...

Qloballaşan dünyaya inteqrasiya dövründə zamanın müasir standartlara cavab verən tələbləri ilə rahat ayaqlaşan Azərbaycan Elektron hökumət sistemi öz əhatə dairəsini daha da genişləndirmək gücündədir. Hazırda Azərbaycanda Elektron hökumət quruculuğu sahəsində  yüksək nəticə əldə etmək üçün  bütün dövlət orqanları bu prosesə cəlb olunub. Xüsusilə, dövlət başçısı İlham Əliyevin 2013-cü ili "İnformasiya Kommunikasiya" ili elan etməsi bu sahəyə olan marağın daha da artırılmasına yönəlmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsinə stimul yaradıb. Elektron dövlət quruculuğunun inkişafına xüsusi diqqət ayıran Rabitə YüksəkTexnologiyalar Nazirliyi cəmiyyəti daha da məlumatlandırmaq bu yeniliyə cəlb etmək üçün ictimai təbliğat məzmunlu tədbirləri davamlı şəkildə həyata keçirir. Belə layihələrdən biri nazirliyin Məlumat Hesablama Mərkəzinin həyata keçirdiyi aksiya olub. Aksiya zamanı onlayn elektron ərizə xidməti vasitəsilə imza sertifikatı almaq üçün müraciət edən ilk 1000 vətəndaşa ödənişsiz elektron imza kartı verilib.

Elektron hökumətin məlumat bazası

Beynəlxalq təcrübə mübadilələri nəticəsində yüksək texnologiyalarla formalaşmış Elektron hökumət quruculuğu sağlam, səmərəli sürətli inkişaf modelinə çevrilib. Dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi "2010-2012-ci illəri əhatə edən rabitə informasiya texnologiyalarının inkişafına dair Dövlət Proqramı", daha sonra "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı digər normativ hüquqi aktlarla səmərəli effektli fəaliyyət üçün hüquqi baza yaradılıb. Qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən Rabitə Yüksək Texnologiyalar  Nazirliyi məlumat bazası kimi "Elektron hökumət" portalını hazırlayaraq vətəndaşların istifadəsinə verib. Elektron imkanlardan yararlanmaq,  müxtəlif məlumatlar əldə etmək, yeni layihələrlə tanış olmaq, istifadə imkanlarını öyrənmək istəyən şəxslər internet resurslarından "www.e-gov.az"a daxil olması kifayətdir.

Elektron imzaya necə sahib olmaq olar?

Elektron imzanın istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb. Bununla, texnoloji inqilab yeni eranın başlanğıcı kimi Elektron hökumət quruculuğunun meydana gəlməsi inkişafı ilə distant əlaqəni möhkənləndirməyə xidmət etmiş olub. Verilmə qaydaları olduqca sadələşdirilən elektron imzanı əldə edərək mövcud baza şəraiti ilə dövlət təşkilatlarında, xarici əlaqələrin qurulmasında, maliyyə sektorunda, elektron ticarətdə digər sferalarda sənəd müqavilələrin rəsmiləşdirilməsində istifadə etmək mümkündür. Bu imzanın tətbiqi layihəsi "Elektron imza elektron sənəd haqqında" qanuna uyğun olaraq həyata keçirilir. Qanuna əsasən elektron imzanın adi imzadan hüquqi baxımdan heç bir fərqi, ayrıcalığı yoxdur. İstənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Bu imzanın tətbiqi məmur - vətəndaş əlaqələrini virtual məkana daşıyır ki, nəticədə vətəndaş vaxt, pul itkisi ilə, bürokratik əngəllərlə üzləşir. Şəffaflığının qorunması korrupsiyanın aradan qaldırılması baxımından çox önəmli layihə olan elektron imzanın artıq bir neçə ildir ki, ölkəmizdə tətbiqinə başlanılıb. Belə bir imzaya sahib olmaq istəyənlərə, sadəcə Prezindent yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılan ASAN xidmət mərkəzlərinə müraciət etməsi kifayət edəcək.

Təbliğat kampaniyalarında mətbuatın rolu

Elektron imkanlar xeyli müddətdir ki, vətəndaşların xidmətinə verilsə , təbliğat-təşviqat kampaniyalarının, maarifləndirici tədbirlərin yetərsizliyi sıravi insanlarımızın bu yenilikdən hələ xəbərsiz qalmasına gətirib çıxarıb. Əslində  bu o demək deyil ki, dövlət səviyyəsində əhalinin məlumatlandırılması baxımından az tədbirlər keçirilib. Sadəcə fikir, düşüncə azadlığı - açıq söz mühitində müxtəlif səpkili fikirlərin səslənməsi, bir-birinə əks mövqeli publisistik, araşdırma məqalələrin dərc olunması əksər insanların tam nəticəyə gəlməsinə mane olur. Elə insanlar da var ki, hər hansı bir qəzet ya informasiya portalında elektron hökumət quruculuğu ilə bağlı rast gəldiyi təsadüfü xəbər materialının başlığının tənqidi yönümlü, yəni, əks təbliğatın nəticəsi olması həmin şəxsin bu yeniliyə qarşı mənfi fikrə gəlməsinə kifayət edir. Bu baxımdan kütləvi informasiya vasitələrinin məramı elektron hökumət quruculuğu sahəsində üstünlükləri üzə çıxarmaqdırsa, o zaman mövzunun oxucu üçün daha oxunaqlı cəlbedici təqdim olunması üçün üslub başlıq seçiminə ciddi diqqət yetirilməlidir.

Ceyhun ABASOV

Məqalə Multimedia Mərkəzinin keçirdiyi  "Onlayn media" müsabiqəsinə təqdim olunur.

525-ci qəzet.- 2014.- 14 noyabr.- S.5.