İltimas
Boynumu soxmağa,
quyu qazanda
diribaş köməkçi,
kankan
ver, kankan!
Topal
olmuşumu qaza basanda
yolumu
tutmağa sükan ver, sükan!
Vuruldum,
dizinə
düşdü bədənim,
doğrandım,
bir deyil,
beşdi bədənim,
zülmündən hovladı,
şişdi bədənim
yaramı
deşməyə tikan ver, tikan.
Yükümü
tək çəkdim –
təkan vermədin,
sinəmə dirsəkcə məkan vermədin,
rahat
yaşamağa imkan vermədin,
sakitcə ölməyə imkan ver, imkan.
Heçə
toxunuram dönsəm
hayana,
Boşluğu
tapdayıb düşürəm qana,
Min fikir
yığmısan evə, eyvana –
onları
satmağa dükan ver, dükan.
Varım
bu; varımı toxum, darı san –
Necə
şum altına girsin yarıcan?
Sən ki
bu tarlanın mülkədarısan
Qara
kotanımı çəkən ver, çəkən!
2014
Həyat
haqqında zarafat
Dünya
içinə dolsa da,
hərədən bir iz qalsa da,
ömür doyulmaz olsa da
sonda məhkumdu
çarmıxa...
Siftə
başı sənlik deyil –
doğulursan çağa-çağa.
Keçir
bir il, keçir üç il...
öyrənirsən baxa-baxa.
Heç
bir körpə çirkin olmur –
körpəlikdə irqin olmur...
Keçidən
bir fərqin olmur
dırmaşırsan daşa, dağa.
İtsən
dərhal tapılırsan,
suç
etsən də öpülürsən...
Qismət
deyib təpilirsən
gah o
bağa, gah bu bağa.
İşıq
kimi saçılırsan –
kəsilmirsən
qayçı
vursan...
Qönçə
kimi açılırsan
baxan
deyir:
- oxay, oxay!
Nə yuxu
var,
nə də
dinclik
Gah o
incik,
gah sən
incik
leysan-leysan ötür gənclik
qız
telinə yağa-yağa.
Tanrı
kəsmir insafını,
seçir toxumun safını...
Bir də
gördün ətrafını
uşaq
basır-qaqaş, qağa...
Vaxt olur
can
sıxır canı –
diz
çökdürür bəyi, xanı...
bel
boşalır xanım-xanım,
dal əyilir
ağa-ağa.
Sonda
ürək cığallayır,
üst
alt olur,
alt da
bayır,
mürdəşirlər sığallayır
ağ kəfəni
yuxa-yuxa...
2013
Ağ-qara
ürək
Canımız
ağrıdı,
yola düzəldik,
Pulumuz az idi,
dərdimiz
çoxlu...
“Karpat”da,
sağlamlıq evinə gəldik
mən
idim,
bir də
ki, Çingiz Əlioğlu.
Həkim
seyriçiydi,
“UZİ”ydi həkim –
əslində monitor
bizi
yoxladı.
Bilmirəm,
Çingizə
nə dedi həkim,
məni
işarəylə sona saxladı.
Düzdü
qənşərimə rəngbərəng “atlas”:
- Bunlar,
“atlas” deyil,
ürəkdi, – dedi, –
Ürək
salamatsa, ağ-qara olmaz,
sənə rəngli ürək gərəkdi, – dedi.
Süzdüm
şəkilləri,
abı,
sarı, ağ...
Ürək
var, beş rəngin xəlitəsidi,
Yaşılı
çəməndi,
bozu
yalçın dağ,
rəngləri qarışıq ürək var, sanki
dünyanın fiziki xəritəsidi.
Həkim:
-Rəng
pozmaqdı dünyanın işi,
yaradan
ürəyi rəngli yaradır,
Nədən
ürəyinin rəngi, a kişi,
gecə-gündüz təki ağdı, qaradı?
...
Başımın üstündə peşəkar həkim,
ürək yoxlanışı, ekoqramma...
Monitor
donuqdu ağ şüşə kimi –
içində ürəyim vururdu amma!
Nə deyim həkimə?
Söyüm nə təhər?
Qaralır al rəngim, hirs məni boğur.
- Sən
heç bilirsənmi,
həkim, hər
səhər
Günəş
bu ağ-qara qəlbimdən
doğur?
Həkim,
əməlli bax;
Rəng nədi?
heç nə,
bilərzik boş şeydi, bazubənd hədər.
Ağ-qara
ürəyim
həm dost, həm
düşmən
həm
də sapı çıxıb bozarmış təkər.
İçimi
soldurub bəlkə də nəzər,
xalça varlığımdan
kilim
çıxmayıb.
Hayıf
ki, könlümün şəklinə bənzər
həyatda bir yönlü şəklim çıxmayıb.
Əsl
ürək hara, qatqı rəng hara;
aləmdə iki rəng gerçəyə tuşdu.
Mənim
ürəyimin rəngi ağ-qara –
beşikdən məzara dirək uçuşdu...
... mənimki hərəkət, mənimki səsdi,
bir az
ağ,
bir az da
qaradı hirsim.
Qəlbim
döyünürsə
mənə bu
bəsdi,
rəngi
yaradanın gözünə girsin!
2014
Şəxsi
güc
Dibindən
bələdəm
dibsiz həyata,
Yalla aldadaram ən quduz iti.
Oğruya
anayam, caniyə ata –
mənə əl qaldırmaz ən qatı qatil.
Kəndirli
kətili durub dan üzü
ayağım altından darta bilərəm,
ovxarlı xançalı
yalnız mən
özüm
sirr dolu
qarnıma yorta bilərəm!
2014
Köhnə
söhbət
İlk başmağım, son donum?
Çox sevirəm torpağı.
Məni
yekəldib onun
pencəri, yemiş tağı.
Torpaq,
üzün fətirdi –
bir dən
itirmədin heç.
Hayıf,
alaq bitirdin,
Adam bitirmədin heç.
Nə
babam var, nə nənəm,
iz
qalmadı atamdan.
Torpaq, səni
sevirəm,
Həm də
qorxuram, inan!
Baş əjdaha
ağzında;
torpaq,
eşit tövbəmi,
Durub kaha
ağzında
gözləyirəm növbəmi.
Torpaq, bir
gün oğlumu,
nəvəmi yeyəcəksən.
Eşib
qara bığını:
“doymadım”, – deyəcəksən.
Dərin
dibəcən sirsən,
dənsən, samansan, torpaq!
Bitirib
itirirsən,
Sən nə yamansan, torpaq?
2014
Əyyaş
Qoy
danlasın üzümü uşaq, arvad - içirəm!
Guya abad
canımı edib bərbad - içirəm...
“Tökülmüşə
səbəbsiz almaram tökülmüşü”
Kim deyir
yalan deyir ki, hər saat içirəm...
Olur ki, qəmlər
basır başımı mey qabına
Bəzən
də eşqim qalxır, oluram şad - içirəm...
Bilirəm
arsızları əzrail də bəyənmir,
Kefqomları qoruyur kefsiz həyat- içirəm.
Azman-azman
insanı boğub azaldır azan,
Rəhmət deyib çəkirəm yek salavat - içirəm.
Fələk
sıxıb suyumu çıxardanda yanıram,
Dərhal oda mey səpib ala-babat içirəm.
Dostun biri
satılır, birini maşın vurur
Görünür bu səbəbdən mən qatbaqat
içirəm.
Nuhu, Musa,
İsanı, İbrahimi düşünüb
Müqəddəslər eşqinə, bil, adbaad
içirəm.
Əndərir
boğazıma ömür ilan zəhrini
Arağı, dil altında sanıb nabat - içirəm.
Göydə
Allah, yerdə də həkim tapşırır, içmə,
Kürəyim
zoqquldayır, ürəyim çat- içirəm.
Quruyanı
kəsirlər, qorxuram dəhrəsindən
Dünyanın səhrasından canısulu keçirəm?
Vallahi, mən
içmirəm,
Billahi, mən
içmirəm!
2014
Salamat
Mən nə
istəyirəm;
salamat qalmaq!
Qalmaq məkanıdı
bu həyat –
qalmaq...
Haqqımdı,
öləndə Allah işinə
qəti
inanmamaq,
hətta mat
qalmaq!
Ya tikan,
ya
çiçək,
ya da ot qalmaq,
Ya dəvə,
ya inək,
ya da at qalmaq,
Min illik
şöhrətdən
daha
üstündü
qismətdən izafi bir saat...
qalmaq!
Getmək
–
çürüntüdü,
qənd-nabat –
qalmaq!
Yaxşısı
cəhənnəm, lap babat qalmaq...
Sirkanlar
gizləyən şipşirin qarpız,
Son
payız narı tək çatbaçat qalmaq!
Vaqifə
sərfədi
bomboyat
qalmaq
Tanrıya
ən düzgün hesabat –
Qalmaq!
Axı, qapısından it
kimi qovmur,
axı
mənə demir bu həyat:
Qalma!
2014
Səbir
Nə
vermisən bəsimdi,
ya iki
ver, ya bir ver
Sərvətim
sarı simdi,
Allah, mənə
səbir ver!
Ağayamsa
qul vermə,
yolçuyamsa yol vermə,
fəqirəmsə pul vermə,
Allah, mənə
səbir ver!
Dizdə
taqətim olmasın,
Sümükdə
ətim olmasın,
Evdə
züryətim olmasın-
Allah, mənə
səbir ver!
Əllərdən
ələ düşüm,
Məcnun
tək çölə düşüm,
Pis adla dilə düşüm?
Allah, mənə
səbir ver!
Fəndgiri
iraq elə,
Təndiri
iraq elə,
Kəndiri
iraq elə —
Allah, mənə səbir ver.
Qəmə
qəm hörüm, neynək,
Hökmünü
görüm, neynək,
İt
olum, hürüm neynək –
Allah, mənə
səbir ver!
Səbrimi
yoxlamağa,
Zülmətdə
ağlamağa,
Canımı
saxlamağa
Səbir
boyda qəbir ver,
Allah, mənə
səbir ver!
2013
Sən nə
yamansan, a yaz
Bu
yazın son qızılgülü
Su dolu balonda soldu.
Cəh-cəh
qoparan bülbülü
Heç bilmirəm nejoldu?
Anidi yaz yır-yığışı?
Şiddətli
şimşək çaxışı...
Bu
baharın son yağışı
Bostan vedrəsinə doldu.
Vəfasızmış,
Vaqif, bahar?
yay
ortası... saçında qar!
Ağgül
yazdan yadigar
Ağçal
qocalıq qaldı...
2014
Dəvət
Yaz gəlsən,
ələnsə yağışlar qəfil –
Şaman
tək qam tutub,
vuraram dəfi,
Tutaram
üstünə canımı çətir,
Haləsi göy boyda tül asdıraram.
Bağım
su istəyib yananda səssiz,
Günün
istisində donanda sənsiz,
Əgər
yayda gəlsən, ağlaram şəksiz
Sənə göz yaşımdan gilas dərərəm.
Demə
payız hara,
demə
bağ hara –
saralmış həsrəti, gəl, yara-yara.
İki
qara gözü çəkərəm dara,
şəninə cüt qara qul asdıraram.
Qoca həsrətimi
ağsaqqal bilsən,
salıb
qabağına başda gətirsən,
sən
mənim bağıma qar-qışda
gəlsən
Quru budaqlara gül asdıraram.
İstəsən
ayımdan-ilimdən kəsib
Sənə yaradaram beşinci fəsil.
Fərqi
yox, səmtini deməsən, desən
Təki gəl,
dörd yandan
yol
açdıraram.
2014
Övladlarımız
Heç
kimin övladı mum deyil,
balıq
sayaq suda çırpınanı,
quş
olub ağaca qonanı var.
Heç
kimin övladı mum deyil...
Səhərdən
axşamacan dəmir döyür
atalar, analar –
Hətta
daşyonan ata,
qum yeyən
ana da var!
Heç
kimin övladı mum deyil,
torpaq
deyil, bellə yumşaldasan,
ələyib ələkdən keçirmək olmur övladları –
onlar un
deyil, qum deyil,
saqqız
deyil ki, övladlar
diş
altına salıb əfkələyəsən,
Ağac
deyil ki, övladlar
baltayla
budayıb, sonra
muçur-muçur,
budaq-budaq,
yarpaq-yarpaq
göynəyəsən!
Namusdur
onlar!?
adam nədi,
heç
itə atsan da
yeyilməz!
İçimizdi,
içimizin içidi onlar –
dünya
dibindən qopar
onlar qəhrə
sayılmaz!
Onlar –
ciyərin,
ürəyin,
sinənin,
kürəyin
ayağın,
budun...
parçası
kimidi.
Onlar –
şir pəncəsinə
batmış
odun
parçası kimidi!
Ağrıdan
o
dünyanı görüb gələr şir,
amma ki,
heç bir halda
yaxınına boşdamaz
baytar həkimi
–
ki,
çəksin tilişkəni,
qurtarsın canı...
2014
Mərdəkan
Qədir
Rüstəmov
Azərbaycanın heç kəsə bənzəməyən
xanəndəsi Qədir Rüstəmov ağır xəstəlik
səbəbindən komaya düşdü və uzun müddət
komadan ayılmadan haqq dünyasına qovuşdu.
Dünən
vardı,
bu
gün yoxdur –
karvanını sürüb getdi.
Ağ
Damını, Şah Taxtını
Yurd içində qurub getdi.
Adamları
quru “sərdi”,
yaş
balığa könül verdi...
Haçan
suyu lili gördü
Ordan qəfil durub getdi.
Arıq cana qəsd elədi –
qoca qəmi
üstələdi,
yarpızları dəstələdi,
süsən-sünbül dərib getdi.
Verməzlər,
dedi bir yandan,
görməzlər, dedi bir yandan,
hörməzlər, dedi bir yandan...
saçın ucun hörüb getdi.
Əl
sürtüb gözü bağladı,
dözməyib – dözüb ağladı,
gülləri üzüb bağladı,
dörd
yanına sərib getdi.
İstədi
ölümü aşıra,
ötdü Qurbanlıq, Aşura...
bu
dünyada dura-dura
o
dünyanı görüb getdi.
Qaval olub
döyülmədi,
Tar-kamana əyilmədi.
Yuxu
yatdı ayılmadı
yuxusunu
yorub getdi.
Axır həddində
uyudu,
qoca cəddində
uyudu,
üçdə, yeddidə uyudu,
qırxın özü verib getdi.
Gizlin
qaldı ləl misalı,
haçalandı yol misalı,
havalandı yel misalı
qərib
gəldi, qərib getdi –
Qədir
getdi, Qədir getdi!
2012
Yarımçıq
... Qala
fikirlərdən alaçıq qalır –
yəqin
bir kəmlik var damazlığımda,
Eyzan
şeirlərim yarımçıq qalır,
qəhr
olur sözlərim –
qan
azlığından...
Misralar kəsilir
kəndir yerinə,
Div
qanı tükənir quyu ağzında,
Ağlımın
kəndiri getmir dərinə;
bəlkə də səbəbi...
dayazlığımdı!
Daşır
səbir kasam quyu başında,
Ha
hörüm –
uçulur
qalacıq sözüm.
Lap gedim
dünyadan milyon yaşında
bilirəm;
yarımçıq
qalacaq sözüm.
Amma hər
bir halda qoymaz azmağa,
yarımçıq canımda bölməz
dözümü,
Allah imkan
verər bütöv yazmağa
Vətən
kəlməsini,
Ana sözünü...
2013
Anamdan
sonra
Qoy deyim nələr
oldu,
nələr boşaldı, doldu? –
marallar
mələr qaldı,
şanlı səyyadlar soldu,
sən
solmadın ki, ana...
Kəsdi
toylar, düyünlər,
susdu
aşığın sazı.
Sovruldu sərçə
dənlər,
doğrandı qumral quzu?
sən
bilmədin ki, ana!
Çürüdü
gözəl çöhrən,
pakizə
əzaların öldü,
üstünü basdı pöhrə,
çürük əzabların öldü ?
baxtın
gülmədi ki, ana!
Qurşağa
qalxdı qarlar...
ellərin köç oldular,
əsdi
acı ruzigarlar,
oğlanların qəhr oldu,
qızların puç oldular?
sən
ölmədin ki, ana!
Analar firqətinə
dözərmi yer, asiman? –
balan
düşdü çətinə –
qırxım çıxdı, yasıma
sən
gəlmədin ki, ana!..
2012
Yeriyərkən
dediyim şeirlər
Sadə
izah
Xoşbəxtlik
nə yüz il sonrakı
nəsil-nəcabətə qismət olan axçadı,
nə
daş-qaşa tutulan,
qu
tükündən döşəli
taxçadı,
taxtdı,
Xoşbəxtlik
başqasının zərli-zibalı
taxtını görəndə
köks
ötürməmək,
başqasının
xoşbəxtliyinə baxıb
darıxmamaqdı!...
2012
Müəmma
Ya səni
deyirlər,
ya sən
deyirsən,
ya səni
yeyirlər,
ya sən
yeyirsən.
Ölməksə
əbədi
görünməməkdi –
nə səni
görürlər,
nə sən
görürsən...
2014
Nisgil
Məndən
əlin üzdü gözəl anam da,
Ala gözlərini yığdı yolumdan.
Döndüm
qara daşa
bir dar dalanda,
Anamsa
çürüdü
bir daş
altında...
2014
Çovğun
Çovğun
–
çoban
iti...
qaçır,
ləhləyir,
açıb gen ağzını dərələr –
hürür...
Təkənin
gözündə qum çiçəkləyir,
ha yana
üz tutsun? –
Anlamır sürü!
2014
Qaraçı
qalayçı
Ovcumun
içindən oxunmaz baxtım
Qanundan kənaram qaraçı kimi.
Sənətim
sirlərin üstün açmaqdı
Sürtgəcli, səbirli qalayçı kimi.
2014
Məhəbbətin
həcmi
Əcəli
dəhlizdən otağa qədər,
təşnəsi dodaqdan dodağa qədər...
əzilib
qəhr olur yataqdan sonra
məhəbbət yaşayır... yatağa qədər!
2013
Vaqif
BƏHMƏNLİ
525-ci qəzet.-
2014.- 15 noyabr.- S.28-29.