PAYIZ
Can verir, yaşayır yay son anları,
Payız haray salır, hökmə başlayır.
Baharın tikdiyi yaşıl
donları,
Sanki təbiətdə sökmə başlayır.
Çin
olur dağlara sinmək istəyi,
Nə edir çən, duman özəl eyləyir.
Yarpağın qızıla dönmək
istəyi,
Saraldıb bu cəhdi xəzəl
eyləyir.
Sükuta
dalıbdır sirri var kimi,
Baxanda qorxudur gözü sıldırım.
Əsəbi pozulmuş adamlar
kimi,
Mırtdana-mırtdana qalır ildırım.
Buludu altına döşüyür
günəş,
Şimşəyin önünə keçən
tapılmır.
Görəndə sanırsan üşüyür
günəş,
Amma hərarətin
ölçən tapılmır.
Əkinçi torpağa salır
cütünü,
Gör torpaq başına nə "turp" əkirlər.
Elə bil qızarmış, odlu ütünü,
Çəmənə çəkirlər, düzə
çəkirlər.
Toy-düyün susmayır, deyir:-yan, payız,
Sevənlər bu fəsli bir
şələ bilmir.
İşə bax, dağ-daşı
solduran payız,
Bircə məhəbbətə güc
gələ bilmir.
AXTARMA
Axtarma, tapılan deyiləm ki, mən,
Məni axtarmasan daha yaxşıdır.
O qəlb ki, qəlp
düşüb anmır
sevgidən,
O ürək nisgilə, aha yaxşıdır.
Mənim
eşq məbədim yazdır, qış deyil,
Yoxsa sən özünü düzə
çəkirsən.
Canım,
bu axtarış, axtarış deyil,
Sən öz suçlarına cəza çəkirsən.
Axtarma, tapılan deyiləm asan,
Yolumda həsrəti
bitirməyəydin.
Bilirdin sən məni axtaracaqsan,
Elə qoruyardın,
itirməyəydin.
As məni, yolumda dayanma, ancaq,
Yerimi kimsədən
soruşma qəti.
Onsuz da kim tapsa qaytarmayacaq,
Sənin itirdiyin bu səadəti.
Bilirəm, çətindir təni
itirmək,
Qoy barı dərd
mənə təpgi verməsin.
Tək sənə itgidir məni itirmək,
Kaş xalqım,
vətənim itgi verməsin.
SUÇUM
YOX
Gedirsən, bilmirəm düşünüb
nəyi,
Düşün getdiyin tək qayıtmağı da.
Bilirsən həsrətə ömür
verməyi,
Barı bil həsrəti bayıltmağı da.
Göz yaşın ümmana dönür az
qala,
Suçum yox, qoy bunu
göylər də bilsin.
Bəlkə su səpirsən
getdiyin yola,
Mənə dönüşünü göyərdə
bilsin.
Nə olub, hardandır bu sevdada çən?
Qoyma hicran qəlbə tökülü
qalsın.
A canım, bənövşə
deyiləm ki, mən,
Bükəsən boynumu bükülü qalsın.
Mən ki, hər sözünə
min can demişəm,
Qıyma bu canları titrətsin nəsim.
Mən sənə canımı qurban demişəm,
Quzu istəyirsən
yüzünü kəsim.
Qayıt,
özün verdin bu eşqə qərar,
Mən onu torpaqdan yoğurmamışam.
Görərlər sinəmə saman
basarlar,
Sanarlar qəlbini
oğurlamışam.
ÇƏKƏMMƏRƏM
Gülüm, gəl danışaq
iki gül kimi,
Çək demə, mən Sərvi kol çəkəmmərəm.
Desən
şər şəklini
çəkim ləl kimi,
Kəs, doğra,
parçala, böl çəkəmmərəm.
Başlara börk qoyan, tez salar börkün,
Kökünü unudan, çürüdər
kökün,
Çək desən, çəkərəm
min dağın yükün,
Mən haqqa nahaqdan yol çəkəmmərəm.
Dözərəm könlümə qəm,
kədər versən,
Ya haqlı, ya haqsız, ya hədər versən,
Oxşaram vüsalı nə
qədər versən,
Həsrəti bir andan bol
çəkəmmərəm.
Desən dayazı çək qoşa dərinlə,
Axı uyğun gəlməz bu hal sərinlə,
Vallahi istəsən dara əlinlə,
İstərsən saçımı yol çəkəmmərəm.
Gəl salma bu eşqə şübhədən qada,
Salmasan canına olaram fəda,
Yoxsa layihəsi yazılıbsa
da,
Qüvvəyə minməyə qol çəkəmmərəm.
YERİNİ
TUT
Sev, sevgi məst olsun, olmasın qənim,
Mən səndən
yarıyım, sən
məndən yarı.
Hüsnün itiribdir ağlımı
mənim,
Sən də de, qaytarsın tapanı barı.
Üzündə nur seli elə allanıb,
Bundan çox
danışır sərt
qeybətçilər.
Birdən
elektrik işığı
sanıb,
Sayğaca qoşarlar nəzarətçilər.
Qalıb
xəyalım da pərənpərəndə,
Zaman da tez keçir,
vaxt da tezləşib,
Dilim lala dönür səni görəndə,
Qorxuram deyələr
"protez"ləşib.
Çalmısan həm məni,
həm də qəlbimi,
Qoy bəxt
ulduzumuz çəndə
olmasın.
Nə olar, mənə ver sən də
qəlbini,
Səndə iki olsun, məndə
olmasın?
Qoyma vüsal üstdə dayansın bulud,
Qoysan nəğməsini
həsrət bəstələr.
Nə qədər gec deyil gəl yerini tut,
Gec olar, özgələr səni üstələr.
Əbülfəz ÜLVİ
525-ci qəzet.-
2014.- 18 noyabr.- S.7.