Beynəlxalq Aşıq Festivalı çərçivəsində
Şəmkirdə konsert olub
Heydər
Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar
Birliyinin təşkilatçılığı
ilə keçirilən
İkinci Beynəlxalq
Aşıq Festivalı
çərçivəsində növbəti konsert Şəmkirdəki Əhməd
Cavad adına
mədəniyyət sarayında
təşkil edilib.
Azərbaycanla yanaşı, Türkiyə,
İran, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan,
Gürcüstan və
Dağıstandan sənətkarlar
qatıldığı mərasimi
Şəmkir rayon icra
hakimiyyətinin başçısı
Alimpaşa Məmmədov
belə bir konsertin keçirilməsini
rayonun mədəni həyatında əlamətdar
hadisə kimi dəyərləndirib.
Tədbirdə professor Qəzənfər Paşayev, Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış
edərək aşıq
sənətinin həm
Azərbaycan xalq ədəbiyyatının, həm
də, ümumiyyətlə,
mədəniyyətimizin qədim
tarixə və zəngin ənənələrə
malik qollarından biri olduğunu vurğulayıblar.
Bildirilib ki, bu gün
aşıq sənətinin
inkişafı Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində
yeni mərhələyə
qədəm qoyub. Muğam
sənətindən sonra
aşıq sənətinin
də UNESCO-nun "Bəşəriyyətin
Qeyri-maddi Mədəni
İrsinin Reprezentativ Siyahısı"na daxil edilməsi bunun əyani ifadəsidir.
Sonra festivala
qatılan sənətkarların
ifaları dinlənilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 18 noyabr.- S.7.