Görkəmli ictimai xadim Kamran Hüseynov "Ömrün 100 anı"nda

 

Ömür yolu zəngin çoxşaxəli, maraqlı unudulmaz olan insanlar dünyalarını dəyişəndən sonra da şirin bir nağıl kimi dildən-dilə düşərək nəsillərə yol yoldaşı, insanlara xeyirxahlıq, kamillik, nəciblik örnəyi olurlar. Görkəmli ictimai xadim Kamran Hüseynov da belə insanlardan biri idi. O, xalqı Vətəni üçün gördüyü böyük işlərlə qəlblərdə özünə əbədi heykəl ucalıb.

AzərTAc xəbər verir ki, "Mütərcim" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş "Ömrün 100 anı" kitabında da Kamran Hüseynovun nəcib insani keyfiyyətlərindən, xeyirxahlığından, gördüyü böyük işlərdən söz açılır.

"Ömrün 100 anı" görkəmli ictimai xadimi Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə açılır. Bu Sərəncamı yüksək qiymətləndirən Hüseynovlar ailəsinin üzvləri nəşrdə dövlətimizin başçısına dərin təşəkkürlərini sonsuz minnətdarlıqlarını bildirirlər.

Kitabın müəllifi tanınmış jurnalist, yazıçı-publisist Etibar Babayev görkəmli ziyalılarla, dövlət hökumət adamları, ictimai xadimlərlə, tanınmış qələm sahibləri ilə görüşüb söhbət etmiş, onların xatirələri, təəssüratları əsasında Kamran Hüseynovun böyük obrazını yaratmağa bu fədakar insanın yüzillik ömür yoluna işıq salmağa çalışıb. Kamran Hüseynovun ailə üzvlərindən alınan müsahibələr, eləcə nadir fotoşəkillərin təqdimatı kitabın dəyərini artırır onu daha da oxunaqlı edir.

Müəllif, Kamran Hüseynovun ömür yolu, fəaliyyəti, qarşılaşdığı çətinliklər, qazandığı uğurlar, ali insani keyfiyyətləri qısa, lakin olduqca böyük məharətlə nəzərdən keçirib. O yazır: "Bəli, Kamran Hüseynov artıq 100 yaşını haqladı. Dərin məzmunlu həyat dastanı, zəngin təcrübəsi, şəxsi nümunəsi ilə gənc nəslə hər zaman nümunə ola biləcək Kamran Əsəd oğlu Hüseynovu XXI əsrin fəxri vətəndaşı adlandırsam, elə bilirəm, heç yanılmaram".

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan "Ömrün 100 anı"nda Kamran Hüseynovla bağlı səmimi xatirələr, unudulmaz görüşlər, onun özünün hikmət dolu fikir deyimləri, müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər böyük maraq doğurur.

Bu dəyərli nəşrə Kamran Hüseynovun vaxtı ilə dediyi sözlərlə yekun vurulur: "Mən heç vaxt mükafat naminə çalışmadım. Gənc yaşlarımdan qurub-yaratmaqdan, abadlıq işlərindən, xeyirxah əməllərdən zövq aldım. Təbii ki, əməyim, zəhmətim qiymətləndiriləndə, hamı kimi, mən sevinmişəm. Dəfələrlə müxtəlif orden medallara layiq görülmüşəm. Onların hər biri mənim üçün qiymətlidir, əzizdir. Amma etiraf edim ki, həyatımın ən fərəhli unudulmaz anını müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev "Şöhrət" ordenini mənə şəxsən təqdim edərkən yaşadım".

 

525-ci qəzet.- 2014.- 18 noyabr.- S.7.